Neftçalada baş verən yanğın söndürüldü - VİDEO / YENİLƏNİB

Baxış sayı:
2644

Neftçalada dördmərtəbəli yaşayış bınasında baş verən yanğın söndürülüb.
“Report”un Aran bürosu xəbər verir ki, Neftçala şəhəri Heydər Əliyev prospektində yanan yaşayış binasında yanğın zamanı xəsarət alan olmayıb. 
İlkin məlimata görə, təxliyə edilən sakinlər icra hakimiyyətinin binasındadır. Binanın bir qrup sakini müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşacaq. Qalmağa yeri olmayanlara isə şəhərin ərazisindəki mehmanxana təklif olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində, 4 ünvanında qeydə alınıb.
Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.
Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Təcili yardımın 4 briqadası hadisə yerinə cəlb edilib. Hadisə zamanı qorxu keçirən sakinlərə ambulator yardım göstərilib.