“Can Azərbaycana canımız fəda” - ÇAVUŞOĞLU

Baxış sayı:
2614

“Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.
Bunu bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”dəki səhifəsində koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Türkiyə, Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyyəsi ilə əlaqədar yazıb: “Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik. Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda!”.
Qeyd edək ki, Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfər (onlardan 6-sı azərbaycanlıdır) Dr. Zekai Tahir Burak Xəstəxanasına yerləşdiriliblər.