“Kompensasiya əlimdən alınıb” - Məşhur bankla bağlı prezidentə müraciət edildi

Baxış sayı:
3359

“Unibank” ASC Hökməli kənd sakini Eldar Abasquliyevə düşən kompensasiya ödməkdən yayınır. 

Bu barədə Yenisabah.az-a Eldar Abasquliyevin özü bildirib. Onun sözlırinə görə, 29 noyabr 2014-cü ildə “Unibank” ASC-dən 5000 min dollar kredit götürüb. “Həmin vaxt 1 dollar 78 qəpik idi. Mənim götürdüyüm məbləğ milli valyuta ilə 3900 manat edirdi. 

Birinci devalvasiyadan sonra krediti yeni məzənnə ilə ödədim. İkinci devalvasiya baş verdi, bank yenə güzəşt etmədi və mən kreditimi 1.70 AZN-lə ödəmək məcburiyyətində qaldım. 

Beləliklə, 5000 dolların, qarşılığında banka 11 min manat pul ödədim. Krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərman verilənədək hər ay vaxtlı-vaxtında qrafikə uyğun ödəmişəm”, -deyə şikayətçi bildirib.

Eldar Abasquliyevin sözlərinə görə, problemli kreditlərin həlli ilə bağlı fərmandan sonra ona da kompensasiya hesablanıb və bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında məlumat yerləşdirilib. 

“Həmin məlumata əsasən mənə cəmi 3361.58 manat kompensasiya hesablanıb. Lakin “Unibank”  ASC-nin rəhbərliyi Prezidentin Fərmanını qulaqardına vuraraq bu günə qədər mənə çatmalı olan kompensasiyanı ödəməkdən şəkildə imtina edir. 

Daha doğrusu, əvvəlcə gecikmə bəhanəsi ilə həmin məbləğdən 1083 manat çıxdılar. Yerdə qalan 2278 manatı aldım. Az sonra mənə bildirdilər ki, sənin bizə 2200 manat borcun qalıb”.

Vətəndaşın sözlərinə görə, “Unibank” ASC faktiki olaraq ona ödənilən kompensasiyası müxtəlif yollarla mənimsəyib.

Əlacı hər yerdən üzülən Eldar Absquliyev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

“Sizə müraciət etməkdən başqa yolum qalmayıb. 

Möhtərəm cənab Prezident!

Xahiş edirəm “Unibank” ASC-nin bu qanunsuzluq və özbaşınalığına son qoyulması və mənə düşən kompensasiyanın tam şəkildə ödənilməsi üçün göstəriş verəsiniz”, - deyə Eldar Quliyev müraciətində qeyd edir.