Deputat və arvadını öldürən qatil intihar etdi

Baxış sayı:
2134

Rusiyanın Rostov vilayətində mənzillərində ölü tapılan deputat Andrey Alabuşev və arvadı Olqa Alabuşevanın qatili məlum olub.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, onun meyitini deputatın mənzilindən tapıblar.

İlkin ehtimala görə, o intihar edib.

Andrey Alabuşev Rusiyanın Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Aqrar-elmi mərkəzin direktoru olub.

Yaşadıqları mənzildə dünən onun və arvadının üzərində çoxsaylı kəsik yaraları olan meyiti aşkar edilib. Onların qarət məqsədilə öldürüldükləri barədə xəbər yayılmışdı.