Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutununda daha bir xəstə ölüb

Baxış sayı:
1492

Bu barədə Mediaya ictimai vəkil Samir Zeynalov məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib. 69 yaşlı Bakı şəhər sakininə ağciyərlərin xroniki obstruktivi və böyrək çatışmazlığı diaqnozu qoyulub. “Xəstəxanada baş verən ölüm faktları ciddi-cəhdlə gizlədilir. Bir neçə gündür bu faktı dəqiqləşdirməyə çalışırıq. İnstitut rəhbərliyi tibb heyətini qorxutmaqla məlumat verməklərini əngəlləyir”, -Zeynalov iddia edib.
Onun sözlərinə görə, xəstəxanaya ağır vəziyyətdə olan xəstələr gətirilir, lakin ölümlərin səbəbi tək bu deyil. Belə ki, ağır ağciyər xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxanada həkim-reanimatoloq yoxdur. Reanimasiya şöbəsinin müdiri, həkim-reanimatoloq Fikrət həkim xəstəliyi ilə əlaqədar olaraq əmək qabliyyətini müvəqqəti olaraq itirib. Yanvarın 15-də baş verən 2 ölüm hadisəsindən sonra işə çağrılıb”.
Xəstəxanadan ölüm faktını təsdiqləməklə kifayətləniblər.Xatırladaq ki, yanvarın 15-də Lerik rayon sakini 1978-ci il təvəllüdlü, Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağciyər Xəstəlikləri İnstitutunda qanaxmadan ölüb. İstitutun direktoru Həqiqət Qədirova virtualaz.org-a bildirmişdi ki, hər iki şəxs ağır vəziyyətdə olub, göstərilən tibbi yardımlara baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.Onu da xatırladaq ki, xəstəxana yanvarın 1-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib. TƏBİB-dən isə israrlı zənglərimizə cavab verilməyib