Axtarış
The search found 105849 results in 0.122 seconds.
Search results
Sabiq nazirin bankında nələr baş verir? - “Müştərilər vəsaitlərinin batmasından qorxurlar”
"“Ata Bank"da nə baş verir? Əmanətçilər depozitlərini nədən geri çəkə bilmirlər?”
Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir:
Muxalifet4 - 17-01-2020
Gürcüstanın baş naziri istefa verəcək? - "FİNALI GÖZLƏYİN..."
Gürcüstanın baş naziri Girorgi Qaxaria istefası ilə bağlı yerli mətbuatda yayılan məlumatlara münasibət bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında onları tələsməməyə çağırıb.
G.Qaxaria media nümayəndələrini finalı gözləməyə çağırıb: “Final seriyanı gözləyin. Hökumətin iclası olacaq və mən bir az tələsirəm”.
Qeyd edək ki, qonşu ölkə mətbuatında G.Qaxarianın istefa verəcəyi və onun yerinə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin təyin olunacağı ilə bağlı məlumatlar yayılıb.
Muxalifet4 - 17-01-2020
Dövlət bu hallarda vətəndaşa 210 AZN pul ödəyir - ŞƏRTLƏR
Son vaxtlar ünvanlı dövlət sosial yardımın verilməsinda qarşılaşan problemlərlə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur.
“Qaynar xətti”mizə daxil olan müraciətlərin çoxunda sosial yardımın verilməsilə bağlı müraciətlərə imtina edilməsindən şikayətlənirlər.
Belə şikayətçilərdən biri də Minəxanım Rəhimovadır. M.Rəhimova deyir ki, yardım almaq üçün müraciət etsə də, ona imtina ediblər.
İmtina sənədində bir neçə səbəb göstərilib. Səbəblərdən biri də, ailə üzvlərindən birinin gəlirinin tam göstərilməməsidir.
Muxalifet4 - 17-01-2020
PUTİNÇİLİK və PUTİNİN İSTEFA PLANLARI... / Şok detallar
Yanvarın 15-də bu ilki xalqa müraciətdə prezident Vladimir Putin Rusiya Konstitusiyasının dəyişdirilməsi ilə bağlı bəzi təkliflərlə çıxış etdi. Bu gözlənilməz hərəkəti ilə o, 2024-cü ildə (və ya ondan əvvəl) prezident vəzifəsindən getdikdən sonra hakimiyyətin şaquli yenidən qurulması ilə yekunlaşacaq yeni siyasi mərhələnin əsasını qoydu.
Onun çıxışı bir çox sualları cavabsız qoydu və bu yeni tənzimləmənin məqsədinin nə olduğunu anlamaq hələ ki, aydın deyil. Aydın olan tək məqam odur ki, Putin prezidentlik müddəti 2024-cü ildə bitəndə siyasətdən getməyi düşünmür.Muxalifet3 - 17-01-2020
Liviyadakı Koroğlu türkləri kimdir?
Liviya türklərindən danışan Türkiyə prezidenti, vətəndaşları bu əsrarəngiz Kuloglunun kim olduğu, həm də Koroğlu sualına cavab tapmaq üçün ölkə vətəndaşlarını tələsik internetdə axtarmağa məcbur edən bir termini dilə gətirdi. Əs-Səraca Tripolinin müdafiəsini təşkil etməyə kömək edən hərbi qüvvənin 80%-i haqda başqa nə məlumdur.
Muxalifet3 - 17-01-2020
Amerikalı analitik: Müharibə başlasa, Azərbaycan Ermənistan qoşunlarını Qarabağdan çıxaracaq
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə, demək olar ki, 1991-ci ildə olduğu kimi qalır.
Bunu Oxu.Az-a açıqlamasında ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl deyib.
Analitik bildirib ki, Ermənistan Azərbaycandan çox böyük ərazi güzəşti tələb edir, amma əvəzində heç bir təkliflə çıxış etmir.
“Buna görə də Bakı və Yerevan müzakirə mövzusundan geri çəkilib. İndi iki beynəlxalq prinsipin hansının daha vacib olduğu üzərində müzakirələr gedir.
Muxalifet3 - 17-01-2020
Vaşinqton niyə Bağdadı S-400 almaqdan çəkindirir?
Vaşinqton S-400 alacağı təqdirdə İraqı sanksiyalarla hədələyir. Rusiya hava hücumundan müdafiə sistemi Bağdadı ABŞ qırıcılarını əldə etmək və İsrailin gələcək hücumlarının qarşısını almaq ehtiyacından xilas edəcək, Bağdad bu fikirdən imtina edəcəkmi?
Muxalifet3 - 17-01-2020
ABŞ İran hücumundan 11 hərbçisinin yaralandığını təsdiq etdi
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 hərbçinin yaralanması ilə bağlı xəbəri təsdiq edib.
Bu barədə RİA “Novosti”yə Komandanlığın rəsmisi Bill Erban məlumat verib.
Onun sözlərinə görə, müalicə alan hərbçilərin xidmət üçün yararlı olduqları zaman İraqa qayıdacaqları gözlənilir.
Qeyd edək ki, xəsarət alan ABŞ hərbçiləri Almaniya və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər.Muxalifet3 - 17-01-2020
ABŞ-dan BƏYANAT: Maduro Hizbullaha sığınacaq verir
ABŞ Venesuela hakimiyyətini Livandakı Hizbullah Partiyası ilə əlaqələrdə ittiham edib.
ABŞ həmçinin rəsmi Karakasın Kolumbiyadakı sol radikal Milli Azadlıq Ordusu qruplaşması və Kolumbiya İnqilabçı Silahlı Qüvvələri təşkilatına da dəstək verdiyini bildirib.Muxalifet3 - 17-01-2020
SON DƏQİQƏ: Angela Merkel Putini də Berlinə dəvət etdi
Kreml, Berlində təşkil olunacaq Liviya konfransı barədə bəyanat verdi.
Kremlin mətbuat katibi bildirdi ki, Vladimir Putin də Angela Merkelin dəvəti ilə Berlində baş tutacaq Liviya konfransında iştirak edəcək.
Muxalifet.azMuxalifet3 - 17-01-2020
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb
Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. Belə ki, mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.
Muxalifet4 - 17-01-2020
Ermənistanda növbəti etiraz aksiyası - BU DƏFƏ FERMERLƏR AYAĞA QALXDI
Erməni fermerlər Yerevanda hökumət binası qarşısında aksiya keçirirlər.
“Report” bildirir ki, onlar mal-qaranın kəsilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər.
"Kəndlilərin mal-qaranı kəsim məntəqlərinə çatdırmaq, orada kəsimə görə pul ödəmək imkanları yoxdur. Bu cür qaydalar Ermənistanda heyvandarlıq təsərrüfatını məhv edəcək. Qadağanın aradan qaldırılması üçün magistral yolların bağlanmasına qədər istənilən addıma hazırıq”, - aksiya iştirakçılarından biri söyləyib.
Muxalifet4 - 17-01-2020
TEHRAN-BAKI MÜNASİBƏTLƏRİNİ KORLAMAĞA YÖNƏLMİŞ ERMƏNİ TƏXRİBATI - Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən Bağdadda öldürülməsindən istifadə edərək erməni xüsusi xidmət orqanları Azərbaycanla İran arasında münasibətləri korlamağa yönəlmiş primitiv cəhdlər edir. Belə ki, ermənilərə bağlı bəzi internet saytlarında Qasım Süleymaninin öldürülməsi əməliyyatında amerikalıların buraxdığı raketləri hədəfə guya Azərbaycandan qalxan pilotsuz təyyarənin yönləndirildiyi iddia edilir.
Muxalifet4 - 17-01-2020
Taxtdan yapışan Vladimir Putin əbədi hökmranlıq yolunda... / TƏHLİL
Dəyişim ərəfəsindəki Rusiya siyasəti
Detallar çox da aydın deyil, amma onun konstitusiyaya dəyişiklik etmək niyyəti heç də geri çəkilmə strategiyasına oxşamır. Bəs, Vladimir Putin nə oyunu aparır?
Muxalifet3 - 17-01-2020
BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edib
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.
Muxalifet4 - 17-01-2020
Angela Merkeldən Yunanıstana "RƏDD" cavabı
Haftarın Yunanıstana səfəri davam edərkən Almaniyanın Baş naziri Merkeldən Yunanıstana cavab gəldi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
Bazar günü Berlində keçiriləcək Liviya zirvəsində,Türkiyənin Liviya ilə bağladığı dəniz sərhəd sazişinin ləğvi üçün Yunanıstanın cəhdlərinə Merkel mənfi cavab verdi. Merkel telefon görüşməsi etdiyi, Yunanıstanın baş naziri Miçotakisə '' Türkiyənin Liviya ilə bağladığı razılaşma gündəmə gəlməyəcək, yalnız atəşkəs barədə danışılacaq "dedi.
Muxalifet.azMuxalifet3 - 17-01-2020
Qara dənizin Gürcüstan sahillərində neft və qaz çıxarılacaq
Gürcüstan Dövlət Neft və Qaz Agentliyi Qara dəniz şelfində neft və qaz ehtiyatlarının istismarından ötrü baş lisenziya üçün açıq beynəlxalq tender elan edib, agentliyin verdiyi xəbərdə deyilir.
Muxallifet.az bu barədə "Kavkazplus"-a istinadla bildirir. Agentliyin məlumatına görə, söhbət Gürcüstan sahillərində 5,3 min kvadrat kilometr əraziyə və 3,5 min kvadrat kilometr əraziyə malik iki ərazidən gedir.Muxalifet3 - 17-01-2020
Minlərlə insanın ölümünə fətva verən İŞİD müftisi həbs edildi - CƏMDƏYİNİ DAŞIMAQ ÜÇÜN YÜK MAŞINI LAZIM OLDU...
İraqın Mosul şəhərində “İslam Dövləti» terror qruplaşmasının baş müftisi Şifa əl-Nima həbs edilib. Virtualaz.org bildirir ki, bu barədə "Daily Mail" İraq təhlükəsizlik rəsmilərinə istinadən xəbər verir.
Minlərlə insanın edamına hökm vermiş və Əbu Abdul Bari dini ləqəbi ilə tanınan əl-Nima ifrat kök olduğu üçün onu yük maşını ilə aparmaq lazım gəlib. Çünki polis avtomobilinə yerləşməyib.
Nəşr onun yük maşınına necə yerləşdirildiyinin fotosunu yayımlayıb.
Muxalifet4 - 17-01-2020
"Nazarbayevin bu təklifi keçsə, Bakı su altında qalacaq...” - AMEA-dan AÇIQLAMA
"Xəzərlə Qara dənizi birləşdirəcək kanal çəkilsə, Azərbaycan çox şey itirəcək".
Muxalifet.az xəbər verir ki, bunu qaynarinfo-ya AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin "Avrasiya" kanalının inşası təklifinə münasibət bildirərəkən deyib. O, layihənin gerçəkləşdiriləcəyi təqdirdə, ölkəmizin böyük miqdarda torpaq itkisinə məruz qalacağını, həmçinin Xəzərdəki biomüxtəlifliyin pozulacağını bildirib.
Muxalifet4 - 17-01-2020
DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi - "Hüquqi qiymət veriləcək"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək", - o deyib.Muxalifet4 - 17-01-2020