Axtarış

The search found 105849 results in 0.137 seconds.

Search results

  1. "NATO Rusiyanın raket yerləşdirməsinə cavab verəcək" - Stoltenberq

    NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Şimali Atlantika Alyansı Rusiyanın nüvə başlıqlı raketlərinin Avropada yerləşdirilməsinə cavab verəcək. Bu barədə «Yevropeyskaya pravda» nəşri xəbər verib.

    «Söhbət SSC-8-dən («İskəndər» opertiv-taktiki kompleksləri - Red.) gedərkən, biz, HHM sistemləri və raket əleyhinə müdafiə, adi silahlar üzərində nəzarət, döyüş qabiliyyətliliyin qaldırılması və xəbərdarlıq müddətinin uzadılması üzərində işləyəcəyik» - Stoltenberq bəyan edib.

    Muxalifet4 - 15-01-2020

  2. Putin Baş nazir vəzifəsinə namizədini açıqladı - MEDVEDEVİ MUŞİSTİN ƏVƏZ EDƏCƏK... / FOTO

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir:

    “Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və ona hökumət başçısı vəzifəsini təqdim edib. Razılıq aldıqdan sonra o, Mişustinin namizədliyini baxması üçün Dövlət Dumasına təqdim edib”.

    Qeyd edək ki, Mişustin 2010-cu ilin aprel ayından Federal Vergi Xidmətinə rəhbərlik edir. Onun 54 yaşı var.

    Muxalifet4 - 15-01-2020

  3. “Qızım itən vaxt İlkinlə 3-4 dəfə rastlaşmışıq, soruşurdu ki...” - NƏRİMİNİN ATASINDAN ŞOK AÇIQLAMA / Video

    "Tovuzun Dondar Quşçu kəndindən qayıdıram. Həm Nərmingilin ailəsində oldum, həm də həbs edilən İlkin Süleymanovun bacısıyla görüşüb söhbət etdim".

    Muxalifet4 - 15-01-2020

  4. Məşhur market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – FOTO

    "OBA" marketlər şəbəkəsində vaxtı keçmiş məhsullar istehsal tarixi dəyişdirilərək satılır.

    YeniSabah.az-a daxil olan şikayətə görə, sözügedən hal marketin Ceyranbatan ərazisindəki filialında yaşanıb. Şikayətçinin sözlərinə görə, məhsulun üzərində bir-birinin əksi olan iki tarix yapışdırılıb:

    "OBA" marketdən pendir almışıq. Üstünə ikinci qiymət kağızı yapışdırılıb. Əvvəlki oktyabr ayı, yenisi isə yanvar".

    Muxalifet4 - 15-01-2020

  5. AZƏRBAYCANDA ŞOK OLAY - Bu həkimlər sağlam insanlara “xərçəng“ diaqnozu qoyublar... / TƏFƏRRÜAT

    Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.

    Muxalifet4 - 15-01-2020

  6. Nazirlik əməkdaşları meşədə qızıl axtararkən yaxalandılar - AXTARIŞ MUXTAR BABAYEVİN TAPŞIRIĞI ƏSASINDA APARILIB...

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinin Lerik meşələrində qızıl axtarmaq cəhdlərinin qarşısı alınıb.

    Etibarlı mənbənin MilliYol.az-a verdiyi məlumata görə, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Şahin Cəfərov Lerik rayonu Gürdəsər Meşəbəyliyinin 11-ci meşə dolayında qızıl axtarırmış. Lakin təqribən 4 gün əvvəl Lerik rayon Polis Şöbəsinin əməkdaşları meşədə qazıntı aparan dəstəniin üzvlərini saxlayıb.

    Muxalifet4 - 15-01-2020

  7. Türkiyə Liviyaya muzdlu silahlılar yeritdi - Böyük müharibə hər an BAŞLAYA BİLƏR

    Türkiyənin nəzarətindəki 2 min suriyalı döyüşcü Liviyaya göndərilib.

    BBC xəbər verir ki, Böyük Britaniyanın “Guardian” qəzeti belə iddia yayıb. İddialara görə, muzdlu silahlılar Türkiyə marşrutu ilə Liviyaya göndərilib. Məlumata görə, Suriyada 500 lirə qarşılığında döyüşən silahlılar, Liviyada təqribən 2 min lirə alacaq.

    Xəbərdə qeyd olunur ki, muzdlu döyüşçülərin məvacibini Türkiyə deyil, Liviyanın Milli Birlik Hökuməti ödəyəcək. Bundan əlavə, suriyalı silahlılara Liviyada döyüşmək qarşılığında Türkiyə vətəndaşlığı da vəd olunub.

    Muxalifet4 - 15-01-2020

  8. Putin Medvedyevi niyə istefaya göndərdi? – MÜHÜM SƏBƏB

    Rusiya Prezidenti Vladimir Putinin daha çevik baş nazirə ehtiyacı var.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu analitik Elxan Şahin oğlu qeyd edib. O, Rusiya hökumətinin tam tərkibdə istefaya getməsinin Rusiyanın Baş naziri Dimitri Medvedyevin fəaliyyəti ilə bağlı olduğunu bildirib:

    Muxalifet4 - 15-01-2020

  9. Putin varisinin səlahiyyətlərini niyə azaldır-ömürlük hakimiyyət üçün?

    Rusiyanın baş naziri Dmitri Medvedyev, 2024-cü ildə prezidentlik müddəti bitdikdən sonra hakimiyyəti təhvil verməyi və nüfuzunu qorumağı planlaşdıran prezident Vladimir Putinin hökuməti qəfil silkələməsindən sonra istefa verdi.
    Putin vaxtilə prezident vəzifəsini icra edən müttəfiqi və siyasi tərəfdaşı olan Medvedevin istefasını qəbul etdi. Medvedev isə Rusiya hökuməti strukturunda Təhlükəsizlik Şurası sədrinin müavini olaraq qalacaq (Təhlükəsizlik Şurasının rəhbəri Rusiya Federasiyasının prezidentidir).

    Muxalifet3 - 16-01-2020

  10. Tehran universitetlərində izdihamlı mitinqlər davam edir

    İran liderlərinin sərnişinləri arasında çoxu iranlı Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf etməsindən sonra İranın İslamçı hökumətinə qarşı Tehranın dörd universitetində izdihamlı mitinqlər davam edir.
    Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla bildirir. Əldə olunan videolarda çərşənbə axşamı Tehran Universiteti, Əmir Kəbir Texnologiya Universiteti, Şəhid Beheşti Universiteti və Tehran İncəsənət Universitetindəki etiraz aksiyalarında onlarla tələbənin hökumət əleyhinə şüarlar səsləndirdiyi nümayiş etdirilib.

    Muxalifet3 - 16-01-2020

  11. ABŞ Almaniyadan Şərqi Avropaya hərbi kontingent köçürür-RUSİYADAN TƏHLÜKƏ SİQNALINA QARŞI.../ Detallar

    Uzun zamandan bəri alman yollarında bu sayda əsgər olmayıb. Yanvarın sonundan etibarən Almaniya son 25 ildə ABŞ qoşunlarının ən böyük yerdəyişmə mərkəzinə çevriləcək. ABŞ, digər ölkələrdən olan tərəfdaşları ilə birgə bir diviziyanın Almaniyadan Polşa və Baltikyanı ölkələrə köçürəcək.
    "Avropanın müdafiəsi 2020" (Defender Europe 2020) – bu yaz hərbi texnika ilə 20 min qoşunu ABŞ-dan Almaniyaya köçürən manevrlər belə adlanır. Artıq Avropada yerləşdirilmiş ABŞ qüvvələri və tərəfdaş ölkələrin şəxsi heyəti ilə birlikdə 37 min hərbçi təlimlərdə iştirak edəcək.

    Muxalifet3 - 16-01-2020

  12. İran prezidenti milli birliyə çağırıb

    İran prezidenti Həsən Ruhani İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsini vurub salmasına görə baş qaldıran kütləvi etirazlardan sonra çərşənbə günü milli birliyə çağırıb.
    İran əvvəlcə komMersiya təyyarəsinin düşməsinə mexaniki problemlərin səbəb olduğunu bildirib, bir neçə gün sonra isə təyyarənin hərbi qüvvələr tərəfindən səhvən vurduğunu etiraf edib. Qəza nəticəsində təyyarədə olan bütün 176 sərnişin və uçuş heyətinin üzvü həlak olub.

    Muxalifet3 - 16-01-2020

  13. Nümayəndələr Palatası impiçment maddələrinin Senata göndərilməsini səsə qoyur

    ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment maddələrinin gələn həftə başlanacağı gözlənilən məhkəmə araşdırmasına göndərilməsi üçün çərşənbə günü Senatda səsverməyə çıxarır.
    Muxalifet.az 
    bu barədə "Amerikanın Səsi"nə istinadla bildirir.
    Nümayəndələr Palatası impiçment maddələrini keçən ay təsdiqləsə də, spiker Nensi Pelosi təqdimatı təxirə saldı. Belə ki, palatadakı Demokratlar Senat liderlərini məhkəmə dövründə yeni şahidlərin ifadə verməsinə icazə verməyə razı salmağa çalışırdı.

    Muxalifet3 - 16-01-2020

  14. Səhiyyə Nazirliyindən yeni virusla bağlı əhaliyə MÜRACİƏT

    Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Çində yayılan virusla bağlı əhaliyə müraciət edib.

    Muxalifet4 - 16-01-2020

  15. ŞOK FAKTLAR: Sabiq nazirin 1 milyon 250 min manatlıq dələduzluğu üzə çıxdı

    Şəmkir klubunun alqı-satqısı zamanı Dilqəm İsmayılov aldadılıb; indi isə onu və ailəsini iddiasından vaz keçməsi üçün hədələyirlər

    Muxalifet4 - 16-01-2020

  16. Deputatlığa rekord sayda namizəd qeydə alınıb - MSK AÇIQLADI

    “Öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Seckinin mediada isiqlandırlması" mövzusunda keçirilən informasiya sessiyasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
    MSK sədri deyib ki, dünənə olan məlumata görə, 1534 deputatlığa namizəd qeydə alınıb.

    Muxalifet4 - 16-01-2020

  17. Seçkilər müasir beynəlxalq standartlar çərçivəsində keçiriləcək - PA RƏSMİSİ

    Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxış edib.

    Muxalifet4 - 16-01-2020

  18. Mikayıl Cabbarov da evlərin sığortalanmasından danışdı

    İqtisadiyyat naziri Mikayıl Cabbarov mənzillərin icbari sığortasına əməl etməyən şəxslərin cərimələnməsi haqda danışıb.

    Muxalifet.az-'n "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, daşınmaz əmlakın və digər dəyərli əmlakın sığortalanması həm iqtisadi, həm də sabitlik baxımından məqsədəmüvafiq addımdır. Amma onun icarə və ya könüllü olması qanunverici orqandan asılıdır:

    "Bununla bağlı sualı müvafiq qurumlara ünvanlasanız daha yaxşı olar".

    Muxalifet4 - 16-01-2020

  19. “Azərbaycanda ikinci hakim partiya yaranacaq və…” - NATİQ CƏFƏRLİ

    “Çox güman ki, 9 Fevralda formalaşacaq Parlament keçici olacaq, bir müddət sonra buraxılacaq, amma ondan öncə ölkədə yeni referendum olacaq, proporsional seçki sistemi bərpa olunacaq, ikinci hakim partiya yaranacaq, prezidentin 2 dəfədən çox seçilmə haqqının olmaması yenidən tədbiq ediləcək, Nazirlər Kabineti, İcra Başçısı institutu ləğv ediləcək, rayonlar əvəzinə iqtisadi və inzibati bölgələr yaranacaq”.
    Muxalifet.az xəbər verir ki, bu barədə Natiq Cəfərli bildirib.

    Muxalifet4 - 16-01-2020

  20. ​ƏDV-nin qaytarılması prosesi bu tarixdən başlayacaq - RƏSMİ

    2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi pərakəndə satış müəssisələrində POS-terminalların işlədilməməsinə də münasibət bildirib.

    Muxalifet4 - 16-01-2020

Pages