Minlərlə insanın ölümünə fətva verən İŞİD müftisi həbs edildi - CƏMDƏYİNİ DAŞIMAQ ÜÇÜN YÜK MAŞINI LAZIM OLDU...

Baxış sayı:
595

İraqın Mosul şəhərində “İslam Dövləti» terror qruplaşmasının baş müftisi Şifa əl-Nima həbs edilib. Virtualaz.org bildirir ki, bu barədə "Daily Mail" İraq təhlükəsizlik rəsmilərinə istinadən xəbər verir.

Minlərlə insanın edamına hökm vermiş və Əbu Abdul Bari dini ləqəbi ilə tanınan əl-Nima ifrat kök olduğu üçün onu yük maşını ilə aparmaq lazım gəlib. Çünki polis avtomobilinə yerləşməyib.

Nəşr onun yük maşınına necə yerləşdirildiyinin fotosunu yayımlayıb.

Şifa əl-Nimanın son vaxtlar həbs olunan ən böyük İŞİD  liderlərindən biri olduğu bildirilir. Əl-Nima terrorçuların dini lideridir. Onun fətvalarına (İslamda dini əmrlərə) əsasən alimlər və ilahiyyatçılar da daxil olmaqla minlərlə adam edam edilib, məsciddə terror aktı törədilib və Yunus peyğəmbərin məzarı da daxil olmaqla bir sıra mədəni irs yerləri məhv edilib.

Suriyada İŞİD-lə mübarizəyə kömək edən ingilis hərbi məsləhətçisi Macer Gifford "Twitter"də  müftinin həbsini şərh edərək, onu "Ulduz Müharibələri" serialındakı Cabba Hat ("Jabba the Hutt")  personajı ilə müqayisə edib.

"O, kişilərin, qadınların və uşaqların edam edilməsinə cavabdehdir. Bu vəhşi heyvan təcavüz edib və öldürüb", - Gifford deyib. Ayrıca o, iraqlılara terrorçunu asmaqda uğurlar arzulayıb.

Antiekstremist analitik mərkəzi Qulliam-ın sədri Macid Navaz isə İŞİD-in heyvansifət baş müftisinin tutulmasını mühüm hadisə adlandırıb. “İŞİD insanları qula çevirəndə, işgəncə verəndə, etnik təmizləmələr və kütləvi qətllər həyata keçirəndə bu alçaq vəhşinin hökmlərindən çıxış edirdi, hansı ki, heç öz ayaqları üstündə də dayana bilmir”,-o bildirib.

“Yaxşı ki, suriyalılar, iraqlılar və digərləri bu alçağın bu cür alçaldılmasının şahidi oldular. O, o qədər kökdür ki, hərəkət edə blmir və alçalmış görkəmdədir. Bu da Allahın onlarla olduğunu düşünən İŞİD ağıldankəmləri üçün ibrət dərsidir”,-Macid Navaz yazıb.