Ermənistanda növbəti etiraz aksiyası - BU DƏFƏ FERMERLƏR AYAĞA QALXDI

Baxış sayı:
2374

Erməni fermerlər Yerevanda hökumət binası qarşısında aksiya keçirirlər.

“Report” bildirir ki, onlar mal-qaranın kəsilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər.

"Kəndlilərin mal-qaranı kəsim məntəqlərinə çatdırmaq, orada kəsimə görə pul ödəmək imkanları yoxdur. Bu cür qaydalar Ermənistanda heyvandarlıq təsərrüfatını məhv edəcək. Qadağanın aradan qaldırılması üçün magistral yolların bağlanmasına qədər istənilən addıma hazırıq”, - aksiya iştirakçılarından biri söyləyib.

Etirazçılar aksiyanı yanvarın 20-də hökumət binası qarşısında davam etdirəcəklərini əlavə ediblər.

Qeyd edək ki, yanvarın 15-dən etibarən Ermənistanda fermerlərin mal-qaranı yalnız xüsusi təchiz olunmuş kəsim məntəqələrində kəsdirəcəyi təqdirdə ət sata biləcəyinə dair tələb qüvvəyə minib.