PUTİNÇİLİK və PUTİNİN İSTEFA PLANLARI... / Şok detallar

Baxış sayı:
1216

Yanvarın 15-də bu ilki xalqa müraciətdə prezident Vladimir Putin Rusiya Konstitusiyasının dəyişdirilməsi ilə bağlı bəzi təkliflərlə çıxış etdi. Bu gözlənilməz hərəkəti ilə o, 2024-cü ildə (və ya ondan əvvəl) prezident vəzifəsindən getdikdən sonra hakimiyyətin şaquli yenidən qurulması ilə yekunlaşacaq yeni siyasi mərhələnin əsasını qoydu.
Onun çıxışı bir çox sualları cavabsız qoydu və bu yeni tənzimləmənin məqsədinin nə olduğunu anlamaq hələ ki, aydın deyil. Aydın olan tək məqam odur ki, Putin prezidentlik müddəti 2024-cü ildə bitəndə siyasətdən getməyi düşünmür.
Prezident öz çıxışında Rusiya cəmiyyətinin dəyişiklik tələb etdiyini etiraf etdi. Son bir neçə il ərzində keçirilən bir sıra sorğular ictimai düşüncələrdə sabitlik istəyindən dəyişikliklərə can atmaq meylini ortaya çıxardı. Noyabr ayında keçirilən bir sorğu göstərdi ki, rusların 60 faizi ölkədə "böyük dəyişikliklər" istəyir.

Klassik hökmdar olan Putin, populyarlığını insanlara eşitmək istədiklərini söyləmək və millətçilərdən liberallara qədər - çox fərqli olan cəmiyyətdə hər kəs üçün çalışdığı təbliğatı üzərində qurdu. O, eyni zamanda tarixi yenidən həyata keçirmək üçün post-modernist əhval-ruhiyyəsi olan təqlid ustasıdır. Uzun illər o, milyonlarla rusun siyasi və iqtisadi sabitlik illəri hesab etdiyi Brejnev dövrünün mühitini uğurla təqlid edirdi.
İndi xalq dəyişiklik tələb edir, buna görə də o, Qorbaçov tərzində perestroyka təklif edir. Ancaq əvvəllər olduğu kimi Putinin təqlidinin orijinala oxşayacağını gözləməyin.
Rusiya prezidentinin konstitusiyaya təklif etdiyi dəyişikliklər baş nazirin səlahiyyətlərini prezident hesabına artıracaq və Dövlət Şurasının səlahiyyətlərini genişləndrəcək, bu qurum hal-hazırda yüksək vəzifəli şəxslərdən və bölgə qubernatorlarından ibarət məşvərətçi qurumdur.
Çıxışdan bir neçə saat sonra baş nazir Dmitri Medvedev istefa ərizəsini təqdim etdi və bir gün sonra Federal Vergi Xidmətinin az tanınmış rəhbəri Mixail Mişustin ilə, xarizmatiklikdən uzaq, lakin nüfuzlu reputasiyası olan bir adamla əvəz olundu.

Gələn xəbərlərə görə,rus və xarici siyasi təhlilçilərin çıxış etdiyi çoxlu şərhlərdən məlum olur ki, Putin hələ də əsas kartlarını göstərməyib.
Birinci və ən əsas irəli sürülən nəzəriyyə budur ki, prezidentlik institutunu zəiflətmək və baş nazirin rolunu gücləndirməklə Putin yanında bir cib prezidenti postu təsis etməklə kabinetin rəhbəri kimi ölkənin başında durmağa və öz yerini  qorumağa hazırlaşır. Bu, başqa sözlə, Medvedyevlə 2008-2012-ci illərdə razılaşdığı tandem yerdəyişməsinin yenidən işə düşməsi deməkdir.
Bu nəzəriyyənin zəif tərəfi ondan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edildikdən sonra da baş nazirin o qədər gücü olmayacaq, buna görə də Putinin son iyirmi ildə olduğu kimi qüdrətli hökmdar olması çətinləşəcək. Onun ölkənin gündəlik iqtisadi və sosial problemləri ilə məşğul olmaq üçün həvəsinin olub-olmadığı da məlum deyil. O, tandem dövrünün sonunda özünü çox yorğun hiss etdi, Medvedevin isə getdikcə daha çox özünü prezident kimi apardığı, hətta bəzi hallarda özünə nazirlərinə töhmət verməyə icazə verdiyi görüldü .
Bir çox analitik bildirir ki, bunun əvəzinə Putin Konstitusiyada xüsusi səlahiyyət verməyi təklif etdiyi orqanın-Dövlət Şurasının rəhbəri ola bilər. Bu, artıq qonşu Qazaxıstanda prezidentlikdən getmiş, lakin hakimiyyətini qoruyub saxlayan Nursultan Nazarbayev tərəfindən gətirilən yeniliyə yol aça bilər.
Bu modelin güclü və vokal müxalifəti olan, Aleksey Navalnının rəhbərlik etdiyi Rusiyada və müstəqil medianın olduğu mühitdə işləyəcəyi ehtimalı azdır. Putin rejimi özünün şəxsi maraqlarına uyğun olaraq konstitusiya quruluşunu kobud şəkildə dəyişdirməsi, onun real, lakin azalmaqda olan populyarlığından asılıdır. Əslində, hakimiyyətini itirmədən tandem sxemi ilə konstitusiyanı istədiyi kimi “əyib-bükmək” bacarığı bəzi tərəfdarları tərəfindən heyranlıqla qarşılandı.
Buna görə digər şərhçilər deyirlər ki, Putin güclü prezident idarəçiliyindən parlament demokratiyasına keçən ölkənin Dövlət Dumasının spikeri vəzifəsini gözaltı edib, elə gözlənilən də bu mənzərədir. Bir cib texnokratı olan baş nazir də bu rəsmə çox səliqəli şəkildə oturdulacaq.
Rusiya ilə Putin arasında olduğu kimi, müəyyən dərəcədə elastikliyə icazə verilməlidir. Bəli, əlavə 12 il də hakimiyyətdə qalmaq üçün konstitusiyaya dəyişiklik etməsi faktı, rejimin avtoritar və şəxsiləşmiş təbiətinin mükəmməl nümunəsidir.
Ancaq bir çox digər yaşlı cənablar kimi tarixi mövzuları müzakirə etmək üçün həddən artıq çox vaxt sərf edən Putin, o hakimiyyətdən gedən anda dağılacaq diktatura dövləti olmasını istəməz.
Buna görə də onun funksional yoxlama və tarazlıq sistemi olan, bir insandan asılı olmayan dövləti təsəvvürü ağlasığmaz deyil. Əslində, Kremlin ən məşhur hekayə memarlarından biri Vladislav Surkov, bu razılaşmanı öz patronu üçün ən yaltaq şərtlərlə tərtib etdi.

O təklif etdi ki, gələcək Rusiya əti, qanı olan canlı Putin ilə deyil, kollektiv birgə yaşamaq və sağ qalmaq ideologiyası kimi Putinçiliklə birləşdirilsin.
Bu, Argentinanın Peronizmi kimi səslənir, yəni demokratiyaya uyğun deyil.
Nəticədə Putinin, həm Rus, həm də Qərb Kremlinoloqlarından daha yaxşı anladığı bir şey var: o budur ki, Putin, daim dəyişən Rusiya siyasi mədəniyyətinin məhsuludur. O, rusiyalı mütəxəssislərin tez-tez "kollektiv Putin" adlandırdıqlarının canlı təcəssümüdür. Bir siyasətçi olaraq tektonik mədəni və sosial dəyişikliklərə uyğunlaşa bilər, ancaq çətin ki, onları çökdürə və ya istiqamətlərini dəyişdirə bilsin. Bəlkə də ən yaxşı halda onları ləngidə bilər.
Rusiya xarici siyasətinin çirkli tərəfi ilə əhatə olunan bu dəyişikliklər kənar müşahidəçilər üçün görünməz olaraq qalır. Ancaq onlar var və güclüdürlər. Onlar qloballaşma və Qərblə - həyat tərzində, insanların istehlak etdiyi mədəniyyət məhsulları və ideyaları, xüsusən də onlayn müstəvidə çox böyük yaxınlaşma istiqamətində gedirlər.
Rusiyanın gələcək siyasi quruluşunu Putin deyil, məhz bu dəyişikliklər təyin edəcək.
"Aljazeera"
Tərcümə etdi:Ülviyyə Şükürova
Muxalifet.az