Axtarış
The search found 105849 results in 0.13 seconds.
Search results
Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxdı
Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov və Fikrət Mirzəliyev azadlığa çıxıb.
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, hər iki məhkumun cəza müddəti başa çatdığından onlar saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar.Muxalifet4 - 9-01-2020
NATO-nun Baş katibi Trampın çağırışına müsbət cavab verdi
NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Tramp telefon əlaqəsi vasitəsilə Yaxın Şərqdəki vəziyyəti, regiondakı situasiyanı və NATO-nun rolunu müzakirə ediblər.
Muxalifet.az “İnterfax”a istinadla bildirir ki, bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının Brüsseldə yerləşən mətbuat xidmətindən məlumat verilib.Muxalifet3 - 9-01-2020
KTMT-nin yeni Baş katibi rəsmən işə başladı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni təyin olunmuş Baş katibi, general-leytenant Stanislav Zas bu gündən rəsmən işə başlayıb.
Muxalifet.az bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Mən özümün əsas vəzifəmi işimi düzgün və vicdanla yerinə yetirməkdə görürəm. KTMT-nin üzv dövlətlərə və xalqlarına daha səmərəli xidmət göstərməsi üçün kollektiv təhlükəsizliyin təmini istiqamətində səylər göstərəcəyəm”,- deyə S.Zas bildirib.Muxalifet3 - 9-01-2020
10 yaşlı Nərminin ödürülməsi ilə bağlı işin istintaqı Prezident İlham Əliyevin xüsusi nəzarətindədir
Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.
Muxalifet3 - 9-01-2020
İran Ukrayna təyyarəsinin "qara qutu"sunu niyə vermir - vurulduğunu gizlətmək üçünmü?
Ukrayna mütəxəssisləri İranda yanvarın 8-də səhərə yaxın qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsi barədə təhqiqat aparmaq üçün bu ölkəyə göndəriliblər. Onlar raket qalıqları axtaracaqlar, çünki təyyarənin raketlə vurulduğu ehtimal getdikcə artır.
Muxalifet.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bu haqda bildirib.Muxalifet3 - 9-01-2020
Ukrayna təyyarəsini İran səhvən vurub - ABŞ MEDİASINDAN SENSASİON İDDİA / YENİLƏNİB
İran bu həftə Tehran yaxınlığında qəzaya uğramış, içərisində 176 adamın olduğu təyyarəni səhvən vurub, ABŞ mediası xəbər verir.
ABŞ rəsmiləri deyib ki, onlar Ukraynaya məxsus Boeing 737-800 təyyarəsini raketlə vurublar, CBS bildirir.
Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.
Təyyarə qəzası barədə xəbər İranın İraqda ABŞ hərbi bazalarına raket hücumu etməsindən bir neçə saat sonra verilib.
Muxalifet4 - 9-01-2020
“İndi də iki “Ferrari”m var”‘ – "AST Telman"ın həbs edilən qardaşı nəvəsinin İŞİ
Azərbaycanda doğulub-böyümüş yəhudi iş adamı Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.
Həmin şahidlər 230 min dollarlıq “Ferrari”nin Vüqar Babayev tərəfindən ələ keçirilməsi epizodu üzrə dindiriliblər.
Muxalifet4 - 9-01-2020
"BİZƏ HÜCUM EDİRLƏR" - 176 nəfərin həyatına son qoyan təyyarədən MÜƏMMALI ZƏNG / FOTOLAR
Yanvarın 8-də Tehrandan Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin stüardessası Yekaterina Statnik ailə üzvlərinə zəng edə bilib.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "TV" kanalı məlumat yayıb.
Muxalifet4 - 9-01-2020
"İNCƏSƏNƏT ADAMLARINDAN VERİLƏN ADLAR ÜÇÜN PUL ALIR..." - Zeynəb Xanlarovadan sensasion açıqlama / VİDEO
Milli Məclisin deputatı, Azərbaycanın və SSRİ-nin xalq artisti Zeynəb Xanlarovanın arxiv videosu yayılıb.
Muxalifet.az xəbər verir ki, millət vəkili videoda sensasion çıxış edib. O, bildirib ki, incəsənət adamlarına verilən adlar üçün pul alınır.
Z.Xanlarova pulu alan şəxsin adını da açıqlayıb. O, bildirib ki, pulları Prezidentin Humanitar Məsələlər üzrə müşaviri Fatma Abdullazadədir.
Z.Xanlarova bildirib ki, xalq artisti üçün müğənnilərdən 5 min dollar, əməkdar artistə görə 3 min dollar pul alınır./Oxu24.com
Muxalifet4 - 9-01-2020
Nazir adı qalmaqalda hallanan Rəşadət Babayevi işdən çıxardı
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı əmr imzalanıb.
Digər bir əmrlə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.
Muxalifet4 - 9-01-2020
“Süleymani ABŞ səfirliyini partlatmaq istəyirdi” - TRAMP
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani ABŞ səfirliklərindən birininin binasını partlatmağı planlaşdırırdı.
“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ prezidenti belə iddia ilə Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən çıxış edib.
Muxalifet4 - 9-01-2020
Ad günündə lotereya bileti hədiyyə etdilər, milyarder oldu
Rusiyada “Stoloto”nun Yeni il ərəfəsindəki buraxılışları çoxlarını varlandırıb. Onlardan biri hətta ad günündə aldığı hədiyyə hesabına milyarder olub.
Bizimyol.info xəbər verir ki, Moskva ətrafında yaşayan Natalya Bartoşa dekabrın 31-də belə hədiyyə veriblər. Qadın sonradan biletin uduşlu olduğunu öyrənib. Bu gün ona 1 milyard rubl (təxminən 15 milyon dollar) udması xəbərini çatdırıblar. Bartoş həyat yoldaşı və qızı ilə birlikdə “Stoloto”nun əsas ofisinə yaxınlaşaraq uduşa sahib çıxıb.
Muxalifet4 - 10-01-2020
Haftarın ordusu Türkiyənin təklifini rədd etdi - PUTİNƏ DƏ "YOX" DEYİLDİ!
Xəlifə Haftarın koomandanlıq etdiyi Liviya milli ordusu atəşin dayandırılması barədə Rusiya və Türkiyənin təşəbbüsünü rədd edib.
Bu barədə Liviya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general Əhməd əl-Mismari bildirib.
Çərşənbə günü İstanbuldakı görüşdən sonra Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin bütün tərəflərini yanvarın 12-də gecə yarısından döyüş hərəkətlərini dayandırmağa çağırıblar.
Qeyd edək ki, Xəlifə Hatarın ordusu Liviyanın bir sıra şəhərlərini nəzarət altına alıb.
Muxalifet4 - 10-01-2020
Amerikalı professor Xamneyiyə Kardaşyanın iqamətgahını bombalamağı təklif etdi
Massaçusets ştatının Uelsli şəhərindəki Babson kollecinin müəllimi, amerikalı professor Aşin Fenci “Facebook”dakı bloqunda prezident Trampa özünəməxsus "cavab" verib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, professor İran hakimiyyətinə Amerika mədəni irsinə aid 52 obyekti bombalamağı təklif edib.
Muxalifet4 - 10-01-2020
İranda təyyarə qəzasında məhv olan 8 ailə - FOTOLAR
Tehranda qəzaya düşən Ukraynanın “Boeing-737” təyyarəsində dünyasını dəyişən 176 sərnişinin əksəriyyəri İran və Kanada vətəndaşları olub. Qəzada 8 ailənin isə bir neçə üzvü həlak olub.
Muxalifet.az qafqazinfo-ya istinadən həmin ailələri təqdim edir:
37 yaşlı Rahele və 40 yaşlı isveçli əri Mikael Lindberq 7 və 9 yaşlı oğulları ilə birgə qəzada dünyalarını dəyişiblər.
Muxalifet4 - 10-01-2020
Yanğın təhlükəsi: Səfirliklər paytaxtdan çıxır
Avstraliyada güclü yanğın təhlükəsi və hava çirklənməsi səbəbindən paytaxt Kanberradakı diplomatik nümayəndəliklər öz işlərini dayandırıblar.
Muxalifet.az xəbər verir ki, Macarıstan səfirliyi hava çirkliliyi səbəbindən müvəqqəti olaraq bağlanıb və bütün müraciətlərin Sidney və Melburnda yerləşən konsulluqlara edilməsi bildirilib.
İsrail səfirliyi də analoji qərarı vermək niyyətindədir. Estoniya səfirliyi isə fəaliyyətini Sidneydə davam etdirməyə qərar verib.Muxalifet3 - 10-01-2020
SOK! - Nərminin qatili öz qohumu imiş… - YENİLƏNİB
Dondar Quşçu kənd bələdiyyəsindən virtualaz.org-a bildiriblər ki, saxlanılan şəxs qonşudur, Nərminin ailəsini yaxından tanıyır.
Tovuz Rayon Prokurorluğundan isə deyiblər ki, hazırda məsul əməkdaşların hamısı hadisə yerindədirlər, yaxın saatlarda rəsmi açıqlama veriləcək.
***
Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.
Muxalifet3 - 10-01-2020
Böyük Britaniya parlamenti Brexit sazişini təsdiqlədi
Böyük Britaniya parlamentinin alt qanadı olan İcmalar Palatası Brexit sazişini təsdiqləyib.
Muxalifet.az yerli KİV-lərə istinadən bildirir ki, 330 nəfər sazişin lehinə, 231 nəfər isə əleyhinə səs verib.
Razılaşma gələn həftə Lordlar Palatasında müzakirə ediləcək. Müqavilə Lordlar Palatasından keçdiyi təqdirdə, Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minəcək.
Əgər Lordlar Palatası razılaşma mətninə hər hansı bir dəyişiklik edərsə, müqavilə yenidən səsvermə üçün İcmalar Palatasına göndəriləcək.Muxalifet3 - 10-01-2020
İran raketi Ukrayna təyyarəsini belə vurdu-O ANIN GÖRÜNTÜLƏRİ YAYILDI
İranda yanvarın 8-də səhərə yaxın Tehran aerportundan Kiyevə uçmaq üçün havaya qalxan Ukrayna sərnişin təyyarəsinin raketə necə tuş gəldiyinə dair görüntülər yayılıb.
Muxalifet3 - 10-01-2020
Salyanda fəhlələri daşıyan mikroavtobus aşdı - 3 NƏFƏR XƏSARƏT ALDI
Bu gün səhər saatlarında Salyan rayonunun ərazisində fəhlələri rayonunun Qırxçıraq yaşayış massivində yerləşən istixanaya aparan mikroavtobus aşıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan- Şirvan yolunun Salyanın Qırxçıraq kəndinin ərazisində baş verən qəzada istixanaya işləməyə gedən Sabirabad rayonunun Muğangəncəli kənd sakinləri - 49 yaşlı Nüşabə Nadir qızı Mirzəyeva, 61 yaşlı Faiq Yavər oğlu Quliyev və 60 yaşlı Dilbər Allahpayı qızı Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Muxalifet4 - 10-01-2020