Axtarış
The search found 105849 results in 0.029 seconds.
Search results
ABŞ daha bir İran generalını öldürmək üçün məxfi əməliyyat keçirdi - ABDOL RZA ŞAHLAY BU DƏFƏ XİLAS OLDU, AMMA...
ABŞ ötən həftə, general Qasım Süleymaninin öldürülməsi üçün Bağdad aeroportuna raket zərbələri endirdiyi gün daha bir İran generalına qarşı ifrat məxfi əməliyyat keçirib. Lakin əməliyyat uğursuz olub.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “The Washington Post” qəzeti ABŞ-ın kəşfiyyat və hərbi dairələrinə istinadən yayıb.
Muxalifet4 - 11-01-2020
Nərminin qətli ilə bağlı ara söhbətlərini tirajlayanlar cəzalandırılacaq - DİN-dən SƏRT XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.
Bununla bağlı qurumun mətbuat xidməti məlumat yayıb.
Muxalifet4 - 11-01-2020
"QANADLI RAKETLƏ SƏHV SALDIQ" - SEPAH Ukrayna təyyarəsinin vurulma məsuliyyətini üzərinə götürdü
Tehranda Ukrayna təyyarəsinin qəzaya uğramasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Kopusunun elit hərbi bölməsi öz üzərinə götürüb. SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə etiraf edib ki, aviaqəza barədə öyrənəndə ölmək istəyib.
Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə faciənin şahidi olmamaq üçün ölmək istədim”, - deyə general etiraf edib.
Muxalifet4 - 11-01-2020
Nərminin qatili həbs olunmaya bilər - SƏBƏB...
“Hadisəni törədərkən anlaqsız vəziyyətdə olan, törətdiyi cinayət əməlinin xarakterini dərk etməyən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz”.
Muxalifet.az xəbər verir ki, bu sözləri "Lent.az"a hüquqşünas Şamil Paşayev Nərminin qatilinin anlaqsız olması barədə yayılan məlumatlardan danışarkən bildirib.
Muxalifet4 - 11-01-2020
"Mandat alverçisi" də deputatlığa namizəd oldu - SƏNƏDLƏRİNİ DSK-YA TƏQDİM ETDİ
Keçmiş deputat Gülər Əhmədova da 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.
Yenisabah.az xəbər verir ki, Gülər Əhmədova namizədliyini 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb. O, artıq imzatoplama mərhələsini başa çatdıraraq imza vərəqələrini DSK-ya təqdim edib.
Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.
Muxalifet4 - 11-01-2020
Xanhüseyn Kazımlının deputatlığa namizəd qızı barədə İLGİNC FAKT: Baş müəllim, yoxsa... - FOTO
Sosial Rifah Partiyasının sədri, sabiq deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazımova deputatlığa namizədliyini irəli sürüb.
Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasından Publika.az-a təsdiqləyiblər.
O, namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb və sənədləri Dairə Seçki Komissiyasına təqdim olunub.
Muxalifet4 - 11-01-2020
Trampdan "NATOME" təklifi-O, Yaxın Şərqə Şimali Atlantika Alyansının cəlb edilməsinə çalışır
"NATO Yaxın Şərqdəki rolunu artıraraq proseslərdə daha çox iştirak etməlidir", prezident Tramp İran generalı Qasim Süleymaninin öldürülməsindən sonra NATO-ya səsləndi.
Trampın çağırışını NATO cavablandırdı və Tramp NATO-nun baş katibi Jens Stoltenberg ilə telefon danışığı etdi.
Hər ikisi NATO-nun Yaxın Şərqdəki proseslərə daha çox fayda verə biləcəyi mövzusunda razılaşdı.Muxalifet3 - 11-01-2020
BAMF-da “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda maarifləndirici konfrans keçirilib - FOTOLAR
11 Yanvar 2020-сu il tarixində Azərbaycan Gənclik Platforması’nın və “Beynəlxalq Avrasiya Mətbuat Fondunun” birgə təşkilatçılığı ilə “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda maarifləndirici konfrans keçirilib.
Muxalifet.az "Eurasia Diary"-yə istinadla xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, işğal olunmuş ərazilərimizi beynəlxalq arenalarda tanıyan dövlətlər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü barədə gənclərə geniş məlumat verib:Muxalifet3 - 11-01-2020
KEÇMİŞ PREZİDENTİN QIZI HAQDA YENİ XƏBƏR - Bakılı milyarder cinayət məsuliyyətindən yayınmaq üçün Rusiya vətəndaşı oldu...
Anqolanın keçmiş prezidenti Jose Eduardo dos Santosun böyük qızı və Afrikanın ən varlı qadını İzabel dos Santos Rusiya vətəndaşlığını alıb.
“Azadlıq" radiosu xəbər verir ki, Rusiya vətəndaşlığı 2.3 milyard dollar sərvəti olan afrikalı iş qadınına Anqolada törətdiyi korrupsiya cinayətlərinin cinayət təqibindən yayınmaq üçün verilib.
Lakin Rusiya Xarici İşlər Nazirliyi KİV-lərdə yayılan məlumatı təkzib edib. XİN Izabel dos Santosun Rusiya Federasiyasının vətəndaşlığına ehtiyac duymadığını, onun doğuşdan vətəndaşlıq hüququna sahib olduğunu xatırladıb.
Muxalifet4 - 11-01-2020
Nərmini qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Tovuz Rayon Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
“Report”un xəbərinə görə, istintaq orqanının verdiyi təqdimat təmin edilib.
Belə ki, məhkəmə İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.
Muxalifet4 - 11-01-2020
"Təyyarənin vurulması dövlətin vətəndaşına olan münasibətidir" - NATİQ CƏFƏRLİ
"Son 15 ildə çoxsaylı xarici səfərlərim olur, ildə ən szı 15-20 dəfə təyyarədən istifadə edirəm. Xaricdə Azərbaycanı yaxşı tanımırlar, tanıyanlar da yaxşı yöndən tanımırlar. Coğrafi olaraq məmləkətin harada yerləşdiyini izah etmək üçün, "Şimalda Rusiya, Cənubda İranla sərhədik", dedikdə həmsöhbətin sənə yağızı gələrcəsinə, çox sağalmaz xəstəliyə tutulmuş insana baxarcasına münasibət göstərir - doğrudan da həm də coğrafi olaraq insana qiymət verməyən iki dövlətlə qonşuyuq deyə bizdə də insan həyatına, vətəndaşa qiymət verilmir".
Muxalifet4 - 11-01-2020
Abxaziyadakı "maydan" hadisələrinə kim dirjorluq edir... - Abxaz hakimiyyətində erməni leqallaşmasına doğru daha bir addım / DETALLAR
Separatçı Abxaziya Ali Məhkəməsi təkrar prezident seçkilərinin keçirilməsinə qərar verdi. Eyni zamanda, Rusiya mediasında və sosial şəbəkələrdə abxazları etnik qrup kimi birdəfəlik "gözdən salmaq" üçün kampaniya geniş vüsət alır.
Aydındır ki, separatçı Abxaziyanın Rusiya Federasiyasından külli miqdarda pul almasının əsl səbəbi - talançı psixologiyası haqqında bir kəlimə də deyilmir.Muxalifet3 - 11-01-2020
Tarixçi-alimin deputatlığa namizədliyi qeydə alındı - FOTO
Tarixçi-alim Nəsiman Yaqublunun deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə araşdırmaçının özü sosial şəbəkə vasitəsilə məlumat verib.
Qeyd edək ki, N.Yaqublu deputatlığa namizədliyini Müsavat Partiyasından irəli sürüb. O, növbədənkənar parlament seçkilərinə 24 saylı Nizami birinci Seçki dairəsindən qoşulub.
Muxalifet4 - 11-01-2020
Deputatlığa namizədlərin sayı 934 oldu - MSK AÇIQLADI
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin şəxslərin 2354 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1764 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 934 nəfər qeydə alınıb.
Muxalifet4 - 11-01-2020
“Suriya dövlətçiliyi bərpa olunur, ölkə tədricən dinc həyata qayıdır” - PUTİN
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Angela Merkeli Suriyaya bir müddət əvvəl baş tutmuş səfəri və prezident Bəşər Əsədlə danışıqları barədə məlumatlandırıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremldə Almaniyanın Federal Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib.Muxalifet4 - 11-01-2020
İran Təbrizi İrəvanla birləşdirir
Ermənistan İran üçün çox vacibdir.
Muxalifet.az bildirir ki, bunu İranın Şəhər İnkişafı və Yol nazirinin müavini Xeyrulla Hadami deyib.
“Ermənistanda tranzit əhəmiyyətli şosse tikiləcək. Əgər Təbriz Ermənistanla birləşdirilsə, bu yol beynəlxalq tranzit dəhlizi olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, İrəvanla Tehran Təbriz-Ermənistan şosesinin tikintisi barədə razılıq keçən il əldə edilib.
Muxalifet.azMuxalifet3 - 11-01-2020
Əmlakını sığorta etdirməyənlər cərimələnəcək? - AÇIQLAMA - VİDEO
Yanvar ayının 20-ə kimi daşınmaz əmlakını icbari sığorta etdirməyənləri heç bir cərimə gözləmir. Bu tip məlumatların yayılması bəzi sığorta şirkətləri tərəfindən edilir.
Bu barədə İcbari Sığorta Bürosundan açıqlama verilib. Bildirilib ki, əslində müvafiq qanun 2011-ci ildən qüvvəyə minib və elə həmin müddətdən də cərimələr nəzərdə tutulub.
Sığorta məsələləri üzrə ekspert İlkin Bayramov isə hesab edir ki, cərimənin indiyədək tətbiq edilməməsinin səbəbləri var.Muxalifet4 - 11-01-2020
"180 günahsız insanın ölümünə səbəb olan İranın nüvə silahına sahib olması..." - İranlı ekspertdən xəbərdarlıq
Güney Azərbaycanlı politoloq Arif Kəskin İranın Ukraynaya məxsus təyyarəni raketlə təsadüf nəticəsində vurması ilə bağlı açıqlama verib.
Muxalifet.az bu barədə "Eurasia Diary"-yə istinadla bildirir.Muxalifet3 - 11-01-2020
Zelenski Tehrandan vurulan təyyarəyə görə kompensasiya tələb etdi
Ukrayna prezidenti Volodimir Zelenski, ölkəsinə məxsus sərnişin təyyarəsinin vurulmasından sonra, İrandan geniş həcmli araşdırma, günahlarının tam etiafı və kompensasiya gözlədiyini bildirdi.
Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla bildirir. Zelenski bu bəyanatı bu gün, Tehran bortunda 176 nəfərin olduğu sərnişin təyyarəsini, ABŞ-ın öldürdüyü Süleymaninin qisasını almaq üçün atdığı raketlə səhvən vurduğunu etiraf etdikdən sonra verdi. O, həmçinin günahkarların cəzalandırılmasını tələb edir.
Muxalifet.azMuxalifet3 - 11-01-2020
İbrahimoviç qayıdışını qolla qeyd etdi - “Milan” qələbə qazandı
"Milan" İtaliya A seriyasında "Kalyari"nin qonağı olub.
Muxalifet.az xəbər verir ki, bu mövsüm stabil çıxış ilə yadda qalmayan "Milan" səfərdə 2:0 hesabı ilə qalib gəlib. Qonaqların ikinci qolunu yeni transfer Zlatan İbrahimoviç vurub.
Bununla da isveçli hücumçu sabiq klubuna qayıdışını qolla qeyd edib.
Muxalifet4 - 11-01-2020