Axtarış
The search found 105849 results in 0.03 seconds.
Search results
Bakıda dəhşətli yanğın - 3 ƏCNƏBİ ÖLDÜ / Video
Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.
Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Mənzil yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Muxalifet4 - 10-01-2020
"Getsin biznesi ilə məşğul olsun..." - Lerikdə İqbal Məmmədovun namizədliyinə ETİRAZ
78 saylı Lerik seçki dairəsindən İqbal Məmmədovun namizədliyinin yenidən YAP tərəfindən dəstəklənməsi etirazla qarşılanıb.
Muxalifet4 - 10-01-2020
DÜNYANIN ƏN BAHALI AVTOMOBİLİ BAKIDA! - Dəyəri 7 milyon manatdan artıqdır / FOTOLAR
Təxminən 10 gün əvvəl - yola saldığımız ilin dekabr ayının 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.
AzPolitika.info-ya təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.
Muxalifet4 - 10-01-2020
Metyu Brayzadan MÜHÜM MESAJLAR - “Paşinyan Qarabağ klanının təzyiqi altındadır”
“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün perspektivli bir il kimi başladı. Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsi rəsmi İrəvan tərəfindən münaqişəyə yeni baxış olacağı kimi görünürdü”.
Muxalifet.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
Muxalifet4 - 10-01-2020
“Qatilin İlkin olduğunu deyə bilmərik, o, elə adam deyil” – NƏRMİNİN ƏMİSİ
“Bəli, İlkin bizim yaxınlığımızda qalır. Nərminin cəsədini ilk söndürən də o olub”.
Bunu Tovuz rayonu Dondar Quşçu kəndində amansızcasına yandırılaraq öldürülən Nərminin əmisi Lətif Quliyev News24.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda İlkindən izahat alınır: “Qatil olduğunu biz deyə bilmərik. Hazırda ondan izahat alırlar”.Muxalifet4 - 10-01-2020
“HƏLƏ TƏSƏVVÜR ETMİRİK Kİ, HANSI TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏYİK” – “Növbəti hədəf İranın nüvə obyektləridir”
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri, tanınmış siyasətçi, analitik Sülhəddin Əkbər bbc.com-un əməkdaşı Səadət Akifqızının “Sual vaxtı” proqramının qonağı olub.
Sülhəddin Əkbər bu müsahibəsində ABŞ-la İran arasındakı gərginlikdən, iki ölkənin münasibətlərinin Azərbaycana və bölgəyə mümkün təsirlərindən, hərbi münaqişə olacağı təqdirdə Azərbaycanın hansı hədələrlə üzbəüz qala biləcəyi kimi məsələlərdən danışıb.
Həmin müsahibənin videoyazısını oxuculara təqdim edirik:
Muxalifet4 - 10-01-2020
Cəlilabad rayonunda tenderləri kimlər udur? - MƏBLƏĞLƏR - SİYAHI
Ötən ilin yanvar-dekabr aylarında Cəlilabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 704 min 234 manat olan 24 tender keçirilib.
Ən çox tender keçirən Cəlilabad rayon Mərkəzi Xəstəxanası olub. Cəlilabad rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 465 min 72 manat olan 15 tender müqaviləsi bağlayıb.
Cəlilabad rayon İcra Hakimiyyəti 6 tenderinin ümumi məbləği 174 min 880 manat olub. Dövlət qurumunun 6 tenderinin 5-ni "UĞUR-96"MMC qazanıb.Muxalifet4 - 10-01-2020
Rəşadət Babayev vəzifədən niyə azad olundu? – ŞOK faktlar üzə çıxır
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
Muxalifet4 - 10-01-2020
Sığorta şirkətlərinin yeni fırıldağı – Bir mənzildən iki dəfə pul istəyirlər
Azərbaycanda əmlakın icbari sığortası bir sıra mübahisəli məqamlara yol açıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ipotekada olan mənzillər banklar tərəfindən sığortalandığı halda, belə mənzillər də təkrar sığortaya cəlb olunur. Belə ki, sığorta şirkətləri ipoteka altında olan evlərə görə vətəndaşlardan təkrar icbari sığorta haqqı tələb edir.
Muxalifet4 - 10-01-2020
Parlament seçkilərində təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısı AÇIQLANDI - CƏDVƏL
Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.
Muxalifet4 - 10-01-2020
İran Ukrayna təyyarəsini raketlə vurduğunu təkzib edir, amma görüntülər onu yalanlayır... / ŞOK VİDEO
İran çərşənbə axşamı Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin İran raketi ilə vurulduğunu təkzib edib.
Muxalifet.az "Euronews"-a istinadla bildirir ki, mətbuat konfransında İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə belə dedi: "Bir şey dəqiqdir bu təyyarə raketlə vurulmadı".
Daha əvvəl Kanadanın Baş naziri Justin Trudeau, "çoxsaylı mənbələrdən" əldə olunmuş kəşfiyyat məlumatlarının, təyyarənin "İranın yer-hava raketi" tərəfindən vurulduğunu göstərdiyini söylədi. Əlavə etdi ki, "bəlkə də təsadüfən olub".Muxalifet3 - 10-01-2020
İran raketi Ukrayna təyyarəsin belə vurub - ŞOK GÖRÜNTÜLƏR YAYILDI / Video
İranda yanvarın 8-də səhərə yaxın Tehran aerportundan Kiyevə uçmaq üçün havaya qalxan Ukrayna sərnişin təyyarəsinin raketə necə tuş gəldiyinə dair görüntülər yayılıb.
Muxalifet4 - 10-01-2020
Nərminin qatilinin saxlanılması ilə bağlı ATASINDAN AÇIQLAMA
Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Nərminin atası Şərif Quliyev yayılan xəbərləri yalan olduğunu bildirib:
"Biz kənddəyik. Qızımın 3 mərasimindir. Bu barədə məlumat olsaydı ilk, mən bilərdim. Hazırda da hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri də buradadırlar. Əgər belə bir hal olsaydı bizə deyərdilər".
Muxalifet4 - 10-01-2020
Azərbaycanda heroin satan müğənni tutuldu - FOTOLAR
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.
Muxalifet4 - 10-01-2020
Dünya Bankının Azərbaycana ayıracağı kredit bu tarixdə təsdiq olunacaq...
Dünya Bankının (DB) Direktorlar Şurasının bu il martın 19-da keçiriləcəyi güman edilən iclasının gündəliyinə Azərbaycanda məşğulluğa dəstək layihəsinin təsdiqlənməsi məsələsi də salınıb.
“Report”a DB-dan bildirilib ki, həmin layihə üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında 100 milyon dollar kredit ayırmaq nəzərdə tutulur.
Muxalifet4 - 10-01-2020
SUMQAYIT SAKİNİNDƏN DƏHŞƏTLİ ƏMƏL - Qonaq getdiyi yerdə iki gənci bıçaqladı
Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində qeydə alınıb.
Sumqayıt şəhər sakini olan bir şəxs rayon ərazisinə gələrək Ağsuda yaşayan rayon sakinləri Şirəliyev Tural Qurban oğlu və Abasov Pərviz İdris oğlunu bıçaqlayıb və hadisə yerindən qaçıb.
Yaralılar təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.Muxalifet4 - 10-01-2020
“RƏSULZADƏYƏ SAYĞISIZLIĞIN ŞAHİDİYİK” – Qulu Məhərrəmli: “Bu, çox böyük tarixi ədalətsizlikdir”
2019-cu il dekabrın 17-də “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüs qrupu yaradılıb. Qrupa ictimai xadimlər, elm adamları və Rəsulzadənin nəvəsi daxildir.
Təşəbbüs qrupunun üzvü, filologiya elmləri doktoru Qulu Məhərrəmli “Amerikanın Səsi”nə müsahibəsində Xalq Cümhuriyyətinin qurucularına dəyər verilməsinin vacibliyindən danışıb.
Muxalifet.az Q.Məhərrəmli ilə müsahibəni təqdim edir:- Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüs qrupu yaradıbsınız. Təşəbbüs qrupu hansı işləri görüb?
Muxalifet4 - 10-01-2020
GENERAL SÜLEYMANİNİ KİMLƏR SATDI? - Sensasion faktlar...
“Reuters” agentliyi İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatına dair sensasion araşdırma yayıb.Virtualaz.org xəbər verir ki, araşdırmaya əsasən general həmin gün-yanvarın 3-də Dəməşq aeroportuna tünd qara şüşəli avtomobillə gəlib. İnqilab Keşikçiləri Korpusunun biri general olmaqla daha dörd zabiti onu müşaiyət edirdi.
Muxalifet4 - 10-01-2020
“Nərminin doğmaları xüsusi ciddiliklə araşdırılmalıdır” - KRİMİNALİST
“Yandırılan 10 yaşlı Nərmin cinayəti 50 faiz açıq cinayətdir”.
Muxalifet.az xəbər verir ki, bu sözləri keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsi ilə bağlı danışarkən söyləyib. O, bildirib ki, cinayətin kiçik bir kənddə baş verməsi qətlin aydınlığa qovuşmasını asanlaşdırır:
Muxalifet4 - 10-01-2020
Salam olsun, üzü haqqa gedənə... - NURƏDDİN İSMAYIL - 60
Bu gün şair-publisist Nurəddin İsmayılın doğum günü – 60 illik yubileyidir. Yubliyarı təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzu edirik.
Şairin öz yubileyinə həsr etdiyi qısa qeydi və şeirini təqdim edirik:
Muxalifet4 - 10-01-2020