Axtarış
The search found 105849 results in 0.094 seconds.
Search results
Deputat olmaq istəyən həkimlər - SİYAHI
Fevralın 9-da keçiriləcək növbədənkənar VI çağırış parlament seçkilərinə kifayət qədər həkim, səhiyyə işçisi də namizədliyini verib.
Əvvəlki Milli Məclisdə təmsil olunan həkim-deputatlarımızla yanaşı, yeni həkim namizədlər də az deyil.
Bu həkimlər təkcə həkim, cərrah kimi yox, daha çox ictimai-siyasi aktivliyi ilə gündəmdə olan şəxslərdir.
Muxalifet.az medicina.az-a istinadən yeni parlament seçkilərində mübarizə aparan həkim namizədləri təqdim edir.
Muxalifet4 - 8-01-2020
“Qəsdən sevgi mesajı yazdım, məqsədim…” - Qudası ilə qaçan kişidən ETİRAF / FOTOFAKT
Son günlər ölkə gündəmini zəbt edən qudaların qoşulub qaçması xəbərinin iştirakçılarından biri ATV-də yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinə gəlib.
"Yeni Sabah" xəbər verir ki, qızının nişanı pozulan və qudası ilə qaçdığı deyilən Rizvan canlı efirdə hadisə barəsində danışıb. O, özünü günahkar bilmədiyini və deyilənlərin yalan olduğunu bildirib:
Muxalifet4 - 8-01-2020
Uşaqlarda dərs oxumağa həvəsi necə yaratmaq olar? - VALİDEYNLƏR ÜÇÜN MARAQLI ARAŞDIRMA
Uşaqların "əla" və ya "zəif" qiymət almaq qorxusuyla yox, öyrənmək həvəsiylə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.
Lap kiçik yaşlarından uşaqlar ətraflarında olan hər şeyi kəşf etməyə həvəs göstərirlər. Qopardıqları otu diqqətlə nəzərdən keçirəndə də, ev heyvanlarıyla oynayanda da toxunduqları şeyin nədən ibarət olduğunu, nə hiss etdirdiyini, dadını bilmək istəyirlər.
Nəyisə mükafatlandırılmaq və ya cəzalandırılmamaq üçün etmələri, məsələn, yemək masası arxasında sakit oturmaları isə nadir hallarda olur.
Muxalifet4 - 8-01-2020
“Dünənki hücumda heç bir ABŞ əsgəri zərər görməyib” - TRAMP
ABŞ Prezidenti Donald Tramp İranın İraqdakı Amerika hərbi bazasını vurmasından sonra ilk dəfə çıxış edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İranın təşkil etdiyi hücumlar zamanı ABŞ-ın heç bir əsgərinin zərər görmədiyini deyib. Ağ Ev rəhbəri, həmçinin, İrana qarşı sanksiya tətbiq edəcəklərini bildirib. “Ölkələr İranın sabitliyi pozan addımlarına göz yumdular. Biz buna əsla icazə verməyəcəyik”, - deyə Tramp əlavə edib:
Muxalifet4 - 8-01-2020
Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı MÜHÜM QƏRAR
Baş Nazir Əli Əsədov “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, qərar əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması üçün uyğun imkanların yaradılması məqsədi daşıyır.
Muxalifet4 - 8-01-2020
Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - İRAN ABŞ-I TƏHDİD ETDİ
“ABŞ-ın İraqdakı bazalarına endirilən raket zərbələri ilə intiqam hücumlarımız başa çatmayıb”.
Publika. az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İranın Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlamaya görə, Vaşinqton intiqam hücumlarının növbəti mərhələsinin irəlidə olduğunu bilməlidir:
“ Bu gün həyata keçirilən hücumlarla intiqam cavabının başa çatdığını düşünmürük. Əsas intiqam elə səviyyədə olacaq ki, amerikalılar bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”.
Muxalifet4 - 8-01-2020
Putin "B" planına məcburdur-ƏRDOĞANLA ƏMƏKDAŞLIĞA...
Hesab olunur ki, ötən gün ABŞ dronlarının Bağdadda hücumu zamanı öldürülən, Rusiya prezidenti Vladimir Putini 2015-ci ildə Suriya münaqişəsinə müdaxilə etməyə İran generalı Qasim Süleymani inandırmışdı.
Kreml bunu təkzib edir. Lakin, bu hekayədə həqiqətin harada olmasına baxmayaraq, Süleymaninin ölümündən sonra qaçılmaz eskalasiya Putinin bu bölgədəki hesablarını dəyişə bilər.Muxalifet3 - 8-01-2020
“ABŞ bizim qolumuzu kəsdi, biz onun ayağını kəsəcəyik” - İRAN PREZİDENTİ
"ABŞ ordusu tezliklə Yaxın Şərqdə yerləşə bilməyəcək”.
"Reuters” xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. İran lideri bunun general Qasım Süleymaninin amerikalıların tərəfindən öldürülməsinə bir cavab olacağını vurğulayıb.
Ruhani Süleymaninin ölümünün İran üçün "qolunun kəsilməsi" demək olduğunu vurğulayıb. Buna görə İran ABŞ-ın hərəkətlərinə cavab olaraq amerikalıların "ayağını kəsəcək".
Qeyd edək ki, bu gün İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbəsi endirib./qaynarinfoMuxalifet4 - 8-01-2020
Qohumları yığışıb, 46 yaşlı qadını döydü - CƏLİLABADDA
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.
Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır. /Report
Muxalifet4 - 8-01-2020
"Belə davam eləsə, özümə qəsd edəcəm” - GƏNCƏ HADİSƏLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb. Məlum olub ki, Yunis Səfərovun istədiyi vəkilin – Elçin Sadıqovun onun hüquqlarını müdafiə etməsinə icazə verilmir.
Muxalifet4 - 8-01-2020
Daşqın Ağalarlı zaminə buraxıldı - "Amma ekstradisiya prosesi davam edir..."
O, ekstradisiya prosesinin davam etdiyini deyib
Polşada, Qdansk aeroportunda yanvarın 6-da saxlanılan Norveçdə sığınacaq almış Azərbaycan vətəndaşı Daşqın Ağalarlı bu gün, yanvarın 8-də zaminə buraxılıb.
Muxalifet4 - 8-01-2020
"Süleymaniyə yas tutanların əksəriyyəti İranın "beşinci kolon"udur"
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu "Amerikanın Səsi"nə müsahibəsində General Qasım Süleymaninin öldürülməsindən sonra Azərbaycanda durum, bir qism Azərbaycan vətəndaşının İran rejimini müdafiə etməsinin səbəbləri, İran Azərbaycanda milli-mədəni hərəkatdan danışıb.
Muxalifet.az Yasəmən Qaraqoyunlunun müsahibəsini oxucularına təqdim edir:Muxalifet4 - 9-01-2020
Yaxın Şərqdə "İran fars imperiyasi" quran Süleymaninin öldürülməsi İranın nüfuzunu öldürdü...
Süleymaninin ölümü, İran rejimini terrorçu agentlərinin köməyi ilə müharibə strategiyasını dayandırmağa məcbur edə bilər.
İranlı general Qasim Süleymani ötən həftə öldürüldükdən sonra ABŞ gözlənilməz həmlə etdi: Daxili Təhlükəsizlik Departamenti, kritik vacib infrastrukturlara İranın kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdi. Nyu-York qubernatoru Milli Qvardiya döyüşçülərini Nyu-Yorkdakı əsas hava limanlarına göndərdi.Muxalifet3 - 9-01-2020
ABŞ-ın Bağdaddakı səfirliyi yenidən atəşə tutuldu
İraqın paytaxtı Bağdadın “yaşıl zona” adlanan ərazisinə 2 raket atılıb.
Muxalifet.az bildirir ki, bu barədə Livanın “əl – Mayadin” telekanalı məlumat yayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi, nəticələri, raketlərin modifikasiyaları barədə məlumat verilmir.
Qeyd edək ki, “yaşıl zona” ərazisində hökumət binaları, səfirliklər, bir sıra strateji əhəmiyyətli obyektlər yerləşir.
Muxalifet.azMuxalifet3 - 9-01-2020
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən ATƏŞƏ TUTULUB
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Muxalifet4 - 9-01-2020
"Qarabağ Azərbaycana aiddir" - Almaniya Bundestaqının deputatı
“Azərbaycan ilə Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”.
Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib.
O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.
Muxalifet4 - 9-01-2020
Sabah 2020-ci ilin ilk Ay tutulması baş verəcək
Sabah ilin ilk Ay tutulması baş verəcək.
Belə ki, təbiət hadisəsi yanvarın 10-dan 11-nə keçən gecə müşahidə olunacaq.
Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq.
Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Təbiət hadisəsini adi gözlə müşahidə etmək çətin olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
Muxalifet4 - 9-01-2020
64 yaşlı milyarder Əhmədov 6-cı dəfə ata oldu - FOTO
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov altıncı dəfə ata olub.
“Qafqazinfo” xəbər verir ki, 64 yaşlı biznesmenin Adəm adlı oğlu dünyaya gəlib. Bu barədə teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova ilə nikahından 2 oğlu, Anna Əhmədovadan isə bir oğlu, iki qızı var.
Muxalifet4 - 9-01-2020
Meşə yanğınlarında 1 milyarddan çox heyvan öldü - AVSTRALİYADA
Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb.
Bu barədə “TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.
Muxalifet4 - 9-01-2020
ABŞ Süleymanini öldürdükdən sonra İran ABŞ-a hücum etməməyi tapşırdı
Yaxın Şərqi qan gölünə çevirən "Sepah"ı bəsləyən İran rejimi, ABŞ-ın baş terrorçu Qasım Süleymanini öldürdükdən sonra İranın korlanmış imicini qaldırmaq üçün İraq vasitəsilə ABŞ-la razılığa gəlib və boşaldılmış iki ABŞ bazasına dağıdıcı maddəsi olmayan 15 raket atıb.
Muxalifet.az bu barədə "gadtb"-yə istinadla bildirir.Muxalifet3 - 9-01-2020