Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Avstraliya dəhşət qitəsinə çevrildi – 10 min dəvə vertoyotlardan vurulacaq: su içdikləri üçün!

    Avstraliyada 10 mindən artıq dəvənin həddən artıq su içməsinin qarşısını almaq üçün vertolyotdan vurularaq öldürüləcəyi bəyan edilib.

    Muxalifet4 - 7-01-2020

  2. Latviyada üstündə “Azərbaycan Dəmir Yolları” simvolu olan qatar satılır - 302 MİN AVROYA, KİM İSTƏSƏ ALA BİLƏR... / FOTO

    Latviyada istənilən kəs elan saytlarından birində satışa çıxarılmış qatarı ala bilər.

    Muxalifet4 - 7-01-2020

  3. Ombudsmandan Nərminin ölümü ilə bağlı Baş prokurora MÜRACİƏT

    Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.

    Muxalifet4 - 7-01-2020

  4. "Qonşunu çağırıb ki, hasarının dibində nəsə yanır" - 10 yaşlı qızın DƏHŞƏTLİ QƏTLİ

    Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 10 yaşlı Nərmin Quliyevanın "qəsdən öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.

    Baş Prokurorluq məlumat yayıb ki, azyaşlının yanmış meyiti aşkar edilən kimi hüquq-mühafizə orqanlarının əməkdaşları Tovuz rayonuna ezam olunublar.

    10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb. "Valideynlərinin deməsinə görə, uşaq günorta saat 3-4 arasında evdən çıxıb əmisigilə gedib, bir də axşam xəbər tutublar ki, qız yoxdur", Tovuz rayonun Dondar Quşçu bələdiyyəsinin sədri Elmar Mürşüdov BBC News Azərbaycancaya deyib.

    Muxalifet4 - 7-01-2020

  5. İrəvan Tehran və Bakının arasını pozub, İranın əliylə neft obyektlərinin vurulmasına çalışır - BAKINI ZƏİFLƏTMƏK VƏ YENİ İŞĞALLAR ÜÇÜN... / DETALLAR

    ABŞ və İran arasında qarşıdurma gərginləşir. İran nüvə proqramı ilə əlaqədar mövcud olan bütün məhdudiyyətlərdən tam çıxacağını bəyan etdi. Bu, İranın nüvə silahının yaradılmasını hədəfləyən hərbi proqram hazırlığına başlama təhdidindən başqa bir şey deyil.
    Yəni, ehtimal var ki, İranın əlində nüvə silahı yaratmaq üçün "sürətli vasitə» var və bu vasitənin nə olduğunu təxmin edə bilərsiniz.

    Muxalifet3 - 7-01-2020

  6. Basabasda 56-dan çox adam öldü, Qasım Süleymaninin dəfni təxirə salındı - YENİLƏNİB, FOTO

    İranın Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində ölənlərin sayı artıb.

    Muxalifet.az xəbər verir ki, dəfn mərasimində 56 nəfər ölüb.

    *   *   *

    Bu dəqiqələrdə "Fars" agentliyi İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində yaranan basabas zamanı ölənlərin sayının artdığını bildirir. Agentliyin məlumatına görə ölənlərin sayı 40-ı keçib, xəsarət alanlar isə 200-dən çoxdur. Ölənlərin sayının yenə artacağı istisna deyil.

    ***

    Muxalifet4 - 7-01-2020

  7. Neftin qiyməti 150 dolları keçə bilər - SENSASİON PROQNOZ

    Xəbər verdiyimiz kimi, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib.

    “İndependent” xəbər verir ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək.

    Muxalifet4 - 7-01-2020

  8. “Yolda sarı rəngli maşın saxlayıb, ona deyib ki, gəl səni aparım” - NƏRMİNİN ATASI

    Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar.

    Muxalifet4 - 7-01-2020

  9. Azərbaycan əsgərinin şəhid olması haqda RƏSMİ AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

    DSX-dan verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

    Muxalifet4 - 7-01-2020

  10. Murad Dadaşov Xəzər TV-nin rəhbəri təyin olundu - İDDİA

    Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-nin direktoru vəzifəsindən azad edilib.

    Şamxal Həsənli bu gün kollektivlə sağollaşıb.

    BakuPost-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin yerinə Xalq artisti, tanınmış şoumen Murad Dadaşov təyin edilib.

    Muxalifet4 - 7-01-2020

  11. İran molla rejiminin Azərbaycana qarşı DƏHŞƏTLİ TƏXRİBAT PLANLARI - Təhlil

    Tehran rejimi Rusiya, Ukrayna və Qazaxstanda soydaşlarımız arasından Suriya, İraq, Fələstin və Yəməndə radikal terror birləşmələri üçün xüsusi dəstələr hazırlayır

    Rusiyadakı soydaşlarımız nədən hədəfə alınıb?

    Muxalifet4 - 8-01-2020

  12. Rusiya prezidenti Vladimir Putin İstanbula gəldi

    Rusiya prezidenti Vladimir Putin, İstanbula gəldi.
    Putini Suriya səfərini tamamladıqdan sonra, Türkiyəyə gətirən təyyarə saat 21.00-de Atatürk hava limanına endi.
    Vladimir Putini müşayiət edən maşın karvanı, gücləndirilmiş mühafizə altında hava limanından yola düşdü. Putin, sabah Haliç Konqres Mərkəzinde təşkil olunacaq Türk Axını təbii qaz boru xəttinin rəsmi açılış mərasimində iştirak edəcək.
    Muxalifet.az

    Muxalifet3 - 8-01-2020

  13. CNN: Yaxın Şərqdəki ABŞ qoşunları yüksək döyüş hazırlığına gətirildi

    Yaxın Şərqdəki ABŞ qoşunları, xüsusən də Patriot zenit-raket sistemləri, İran dronlarının vurulması ehtimalı ola biləcəyindən, dünən gecə yüksək döyüş hazırlığına gətirilb. Bu barədə çərşənbə axşamı CNN ABŞ-ın iki rəsmisinə istinadən məlumat yayıb.

    Muxalifet3 - 8-01-2020

  14. Tramp: İraqın başına gələcək ən pis şey...

    ABŞ Prezidenti Donald Tramp, ABŞ əsgərlərinin İraqdan indi çıxmasının "İraqla ola biləcək ən pis şey" olduğunu ifadə etdi.
    Ağ Evdə Yunanıstan Baş naziri Kyriakos Mitsotakisi qəbul edən ABŞ prezidenti Tramp, gündəmlə bağlı qiymətləndirmələr etdi.
    İran generalı Qasim Süleymanı öldürmək qərarına bir daha haqq qazandıran Tramp, Süleymaninin Hizbullahın başında duran adamla İraqa getdiyini və "pis planlar" qurduğunu iddia etdi.
    Tramp, Süleymaninin Barak Obamanın dövründə "terrorçu" kimi tanındığını bildirdi.

    Muxalifet3 - 8-01-2020

  15. Vilayət Eyvazov Bakı yol polisinə yeni rəis təyin etdi

    Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

    "Report" xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

    Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

    Muxalifet4 - 8-01-2020

  16. İranda qəzaya uğrayan Ukrayna təyyarəsi: ölənlərin 71-i iranlı, 73-ü kanadalıdır - YENİLƏNİB

    İranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar yeddi ölkənin vətəndaşlarıdır.
     
    Bu barədə “Ukrayna 24/7” Telegram-kanalı məlumat yayıb.
     
    Mənbənin yazdığına görə, təyyarənin göyərtəsində 73 Kanada və 71 İran vətəndaşı olub. Daha iki sərnişin və 13 ekipaj üzvünün isə ukraynalı olduğu bildirilir. Digər qurbanlar isə Almaniya, İngiltərə, İsveç və Əfqanıstan vətəndaşlarıdır.
     
    *   *   *11:13
     
    Tehranda qəzaya uğrayan Ukrayna təyyarəsində sərnişinlərin əksəriyyəti İran vətəndaşları olub.
     

    Muxalifet4 - 8-01-2020

  17. Tramp İranın ABŞ bazasını bombalamasından danışdı - İLK REAKSİYA

    Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan sonra ilk dəfə açıqlama verib.
    Bu barədə o, “Twitter” hesabında yazıb.
    ABŞ lideri Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iştirakı ilə müşavirə keçirib.
    “Hər şer qaydasındadır. İrandan atılan bombalar İraqda iki hərbçini hədəf aldı. Dəyən zərər hesablanır. İndiyə qədər hər şey yolunda gedir. Biz dünyada ən güclü və donanmalı orduya sahibik”, - o bildirib.
    Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.

    Muxalifet4 - 8-01-2020

  18. “Süleymani Ermənistana böyük dəstək göstərib” - İran televiziyasından etiraf / VİDEO

    İran hökumətinin televiziya kanalı olan “Xəbər Şəbəkəsi”ndə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlik edilib və ekspertlərdən biri Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib.

    Demokrat.az xəbər verir ki, canlı yayılan verilişdə ekspert “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanının niyə Ermənistana dəstək göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də açıqlamış olub.

    Muxalifet4 - 8-01-2020

  19. Biznesmen deputatın şirkəti ilə sakinlər arasında qarşıdurma - VİDEO

    “Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59-cu və 60-cı binaların qarşısında hündürmərtəbəli binalar tikirlər. Yaşıllıqları məhv edirlər”. 

    Bu barədə yenisabah.az-a açıqlamasında Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, tikinti işlərini “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi (MTK) aparır. 

    Muxalifet4 - 8-01-2020

  20. “Öldürülməsəydi, onu İranın yeni prezidenti edəcəkdilər" - Türk yazardan "Qüds" komandanı ilə bağlı SENSASİON İDDİALAR

    ABŞ-ın İranın ən önəmli şəxslərindən olan Qasım Süleymanini sui-qəsdlə ortadan qaldırması dünya mətbuatının manşetlərindədir.

    Hər kəs “İndi nə olacaq?” və “ABŞ bunu nə üçün indi etdi?” suallarının cavablarını axtarmaqdadır.

    Qasım Süleymani ortada olan bir adam idi. Orta Şərqdə girib-çıxmadığı yer yox idi. ABŞ kimi, digər ölkələrin də kəşfiyyat qurumları onu izləyirdi. İndi narahatlıq yaradan nə idi? Bu sualın cavabı baş verənləri və verəcəkləri izah edə bilər.

    Muxalifet4 - 8-01-2020

Pages