Ad günündə lotereya bileti hədiyyə etdilər, milyarder oldu

Baxış sayı:
4050

Rusiyada “Stoloto”nun Yeni il ərəfəsindəki buraxılışları çoxlarını varlandırıb. Onlardan biri hətta ad günündə aldığı hədiyyə hesabına milyarder olub.

Bizimyol.info xəbər verir ki, Moskva ətrafında yaşayan Natalya Bartoşa dekabrın 31-də belə hədiyyə veriblər. Qadın sonradan biletin uduşlu olduğunu öyrənib. Bu gün ona 1 milyard rubl (təxminən 15 milyon dollar) udması xəbərini çatdırıblar. Bartoş həyat yoldaşı və qızı ilə birlikdə “Stoloto”nun əsas ofisinə yaxınlaşaraq uduşa sahib çıxıb.

Əslində, uduşu götürmək üçün qaliblərə 6 ay vaxt verilir. Yarım il ərzində qalib üzə çıxmadığı halda məbləğ dövlət büdcəsinə keçirilir.

Bundan əvvəl yanvarın 1-də başqa Rusiya vətəndaşının “Stoloto”da 53 milyon rubl udduğu xəbəri yayılmışdı. O, biletə cəmi 100 rubl xərcləyibmiş.