Axtarış
The search found 105849 results in 0.117 seconds.
Search results
"İranın müharibə apara biləcək gücü yoxdur..." - QABİL HÜSEYNLİ
"Ehtimal edirəm ki, Amerika bu məsələdə ehtiyatlı davranacaq".
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli İranın ABŞ bazalarını bombalamasını şərh edərkən bildirib.
Siyasi ekspert raket zərbələrinin iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilməsi fikri ilə razılaşmır:
"Bu hadisə İranın qisas cavabı olmaya da bilər. Fakt hələ təsdiqlənməyib. KİV-də İranın möqveyi yayılsa da, Amerika tərəfi faktı araşdırdığını deyir. Məsələ hələ tam aydınlaşmayıb".Muxalifet4 - 8-01-2020
Milli Məclisin buraxılmasının əleyhinə səs verdi, yenə seçkiyə gedir - AÇIQLAMA
Beşinci çağırış Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Muxalifet.az xəbər verir ki, b barədə modern.az-a məlumat verən Rasim Musabəyov namizədliyinin qeydə alındığını da söyləyib:
“Namizədliyim 2 gün əvvəl Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Yenə də 18 saylı Nərimanov - Nizami seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.
Qeyd edək ki, Rasim Musabəyov heç bir partiyanın üzvü deyil.
Muxalifet4 - 8-01-2020
"Ərimə yalvardım ki, balamın üstündən oyun oynama" - Qudasını qaçıran Rizvanın arvadı DANIŞDI / Video
Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin ən gündəm xəbəri oldu. Yazılanlara görə rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıb.
Muxalifet4 - 8-01-2020
Zeynəb Xanlarova deputatlığa nazmidəliyini verməkdən imtina etdi - SƏBƏB
Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Muxalifet.az “Report”a istinadla xəbər verir ki, 83 yaşlı deputat namizədliyini irəli sürməyib.
Z.Xanlarova sonuncu dəfə Milli Məclisə 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, Z.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-V çağırış) deputatı olub.Muxalifet4 - 8-01-2020
SON DƏQİQƏ: Ərdoğan və Putin arasında görüş keçirildi
Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında bu günə planlanmış görüş baş tutdu.
Görüşmə Türk Axını təbii qaz kəmərinin açılış prosesindən əvvəl Haliç Konqres Mərkəzində keçirildi. Təxminən 2 saat davam edən görüşdə Ərdoğanın Putinə «Türkiyə Liviya Sazişi» kitabını hədiyyə etdiyi bildirildi. Tədbir mətbuata qapalı keçirildi. Digər tərəfdən, proqramdan əvvəl Haliç Konqres Mərkəzində intensiv təhlükəsizlik tədbirləri görüldü. Proqramı izləməyən iştirakçılar və mətbuat üzvləri mərasimdə iştirak üçün çağırıldı.Muxalifet3 - 8-01-2020
SON DƏQİQƏ: NATO İranı qınadı
NATO baş katibi Jens Stoltenberg, ABŞ-ın İraqdakı bazalarına İranın raket hücumunu qınadı.
"İranın ABŞ-a və İraqdakı koalisiya qüvvələrinə raket zərbələrini pisləyirəm. NATO İranı zorakılığı dayandırmağa çağırır" NATO Baş katibi Jens Stoltenberg dedi.
Bir NATO rəsmisi, hücumda İraq qoşunlarının yaralanmadığını söylədi.
Muxalifet.azMuxalifet3 - 8-01-2020
İsrail baş naziri Netanyahu İranı hədələdi: "İran bizə hücum etməyə cürət etsə, ağır zərbə alacaq"
"Kim bizə hücum etməyə cürət etsə, ağır zərbə alacaq" deyən İsrail Baş naziri Binyamin Netanyahu, İran onun ölkəsini məhv etmək istədiyini iddia etdi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
Baş nazir Netanyahu, Qərbi Qüdsdəki konfransda çıxışında ABŞ və İran arasındakı son gərginliyə toxundu.
Netanyahu, 3 yanvar hava hücumu zamanı İranlı general Qasim Süleymanın öldürülməsi səbəbindən ABŞ-a verdiyi dəstəyi təkrarladı.Muxalifet3 - 8-01-2020
Ərdoğan və Putin “Türk axını” qaz boru xəttinin açılışını edir
Rusiya təbii qazını Türkiyə və bu ölkə üzərindən Avropaya nəql edəcək “Türk axını” qaz boru xəttinin açılış mərasimi başlayıb.
Muxalifet.az "Hurriyet"ə istinadən bildirir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, həmçinin, Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan Prezidenti Boyko Borisov da iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edir.Muxalifet3 - 8-01-2020
ABŞ-ın Yerevandakı səfirliyi viza verilməsini dayandırdı
ABŞ-ın Ermənistanın paytaxtında yerləşən səfirliyi Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar viza verilməsini müvəqqəti olaraq dayandırdığını elan edib.
Muxalifet.az “Sputnik” agentliyinə istinadən bildirir ki, diplomatik korpusun ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, səfirliyin binasına böyük çanta ilə girmək, onu saxlanc yerinə qoymaq, yaxud da müvəqqəti saxlamaq üçün təhlükəsizlik xidmətinin əməkdaşlarına təhvil vermək qadağandır.Muxalifet3 - 8-01-2020
Ukrayna İran hava məkanındakı uçuşları dayandırdı
Ukraynanın Baş naziri Aleksey Qonçaruk, Ukrayna hava yollarının İranın hava məkanı üzərindəki uçuşlarını dayandırmaq qərarı verdiklərini söylədi.
O, verdiyi açıqlamada, İranın paytaxtı Tehranda, Ukrayna Hava Yollarında sərnişin təyyarələrinin qəzasını şərh etdi.
Qonçaruk, Ukraynalı mütəxəssislərin təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmada iştirak etməli olduğunu bildirərək, bu məsələni İran hakimiyyəti ilə müzakirə etdiklərini dedi. Düşünürük ki, Ukrayna ekspertlərinin istintaqda iştirakına maneə yoxdurMuxalifet3 - 8-01-2020
CNN: ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi
İraq hakimiyyəti əvvəlcədən Amerika rəsmilərini İranın raket zərbələri barədə xəbərdar edib.
Muxalifet.az CNN-ə istinadən xəbər verir ki, bu haqda diplomatik mənbə bildirir.
Məlumata görə, İraq tərəfi İranın Amerika və koalisiya qüvvələrinin dislokasiya olunduğu iki bazanı vuracağını Birləşmiş Ştatlara çatdırıb. Habelə mənbə deyib ki, Bağdad Vaşinqtona hansı bazalara hücum ediləcəyi haqda məlumatları da verib.Muxalifet3 - 8-01-2020
10 yaşlı Nərminin vəhşicəsinə öldürülməsinin təfərrüatı - “PLASTİK TORBADA YANDIRILDIĞI YERƏ GƏTİRİLİB, QATİL DIRNAQLARINI KƏSIB…”
Patalojianatomlar noyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəb və vaxtını müəyyən edib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.
Oxu.az-ın verdiyi xəbərə görə, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş nahiyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.
Məhkəmə-tibbi ekspertizası təcavüz faktını təyin edə bilməyib, çünki öldürülən uşağın beldən aşağı hissəsi tamamilə yanıb.
Muxalifet4 - 8-01-2020
Məzahir Pənahov MSK-nın rekord vurduğun açıqladı - 617 NAMİZƏD QEYDƏ ALINIB
"Bu günə kimi, növbədənkənar parlament seçkiləriylə bağlı 617 nəfərin namizədliyi qeydə alınıb".
Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
O qeyd edib ki, qeydə alınan namizədlərdən 149 nəfəri 14 siyasi partiya, 6 nəfəri fərdi təşəbbüs qrupu, 462 nəfər isə fərdi qaydada irəli sürülüb: "Bunlar dünənin məlumatlarıdır və rekord göstəricilərdir".
Muxalifet4 - 8-01-2020
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Quliyev kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib.
Muxalifet.az xəbər verir ki, Anar Quliyev 8 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisasını bitirib.
Muxalifet4 - 8-01-2020
"İran nüfuzunu qorumaq üçün yalan məlumatlar yayır" - İLHAM İSMAYIL
İran televiziyasının məlumatına görə, İranın İraqdakı hərbi bazasına raket hücumu zamanı 80 ABŞ hərbçisi öldürülüb, 200 nəfər yaralanıb, həmçinin ABŞ-ın helikopterləri də daxil olmaqla hərbi texnikasına ağır zərbə vurulub.İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi ABŞ hərbi bazasına raket zərbələrindən sonra xalqa müraciətlə çıxış edib. ABŞ isə insan tələfatının olmadığı barədə açıqlama verib.
Muxalifet4 - 8-01-2020
Qəzaya düşən təyyarənin “qara qutu”ları ABŞ-a göndərilmədi - İRAN İMTİNA ETDİ
İran qəzaya düşən Ukrayna təyyarəsinin “qara qutu”larını ABŞ-a məxsus “Boing” şirkətinə göndərməkdən imtina edib.
Bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə bildirib.
“Biz “qara qutu”ları istehsalçıya və amerikalılara verməyəcəyik”, -deyə o, bəyan edib.
Abedzadə İranın hələ uçuş qeydlərini şifrəsinin açılması üçün göndəriləcəyi hər hansı ölkəni seçmədiyini ifadə edib. Həmçinin o, “qara qutu”lardakı məlumatların təhlili tamamlanana qədər qəzanın səbəbinin açıqlanmayacağını da söyləyib.
Muxalifet4 - 8-01-2020
"GƏRGİNLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB" - Ərdoğan İranla ABŞ münasibətlərindən danışdı
“Hazırda İranla ABŞ arasında gərginlik təhlükəli həddə catıb. Türkiyə olaraq nə İraqın, nə Suriyanın, nə Livanın, eyni zamanda Körfəz bölgəsinin savaş səhnəsinə çevrilməsini istəmirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə “Türk axını” layihəsinin açılışında çıxışı zamanı bildirib.
Muxalifet4 - 8-01-2020
Elza Seyidcahanın deputatlığa namizədliyi təsdiqləndi - FOTO
Əməkdar artist Elza Seyidcahan altıncı çağırış 2020-ci ilin doqquz fevral tarixində növbədənkənar parlament seçkilərinə qatılıb.
Belə ki, bəstəkar-müğənni 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürüb.
Elza xanımın namizədliyi artıq təsdiqlənib.
Xatırladaq ki, E.Seyidcahan ötən çağırışda da namizədliyini irəli sürmüşdü.
Muxalifet4 - 8-01-2020
"Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək” - MSK SƏDRİ
“Namizədlərin əmlakı ilə bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”.
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov deyib ki, namizədin əmlak və gəlirlərinin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “MSK çalışır ki, düzəlməsi mümkün olan məsələlərlə bağlı iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.Muxalifet4 - 8-01-2020
"ABŞ-ın prezidenti olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq" - TRAMP
ABŞ prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazalarını raket atəşinə tutmasından sonra xalqa müraciət edib.
Muxalifet4 - 8-01-2020