Axtarış

The search found 105849 results in 0.05 seconds.

Search results

  1. Professor Qasımovun oğlu cinayətini qismən etiraf etdi: "Pul almışam, peşmanam" - TƏFƏRRÜAT

    Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov növbəti dəfə hakim qarşısına çıxarılıb. O, dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilir.

    Musavat.com xəbər verir ki, Azər Qasımovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

    Sonuncu məhkəmə iclasında şahid qismində Fazil İsmayılov ifadə verib.

    Muxalifet4 - 10-01-2020

  2. Ukrayna təyyarəsini İran vurubsa... - Kiyevdən SƏRT BƏYANAT

    Ukrayna Xarici İşlər Nazirliyi Tehranda qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı yeni açıqlama yayıb.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, açıqlamaya görə, laynerin vurulduğu təsdiqini taparsa Kiyev təzminat tələb edəcək. Nazirlik hadisənin araşdırılması ilə bağlı beynəlxalq komissiyanın qurulmasını tələb edib. Məlumata görə, “qara qutu”nun hansı ölkədə oxunmasına Ukrayna və İran birgə qərar verəcək.

    Muxalifet4 - 11-01-2020

  3. İranda qəzaya düşən təyyarənin pilotu nədə səhv edib? - XANIMI DANIŞDI

    8 yanvar tarixində Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boinq” təyyarəsinin pilotunun xanımı maraqlı açıqlamalar verib.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, “Strana” portalına müsahibəsində pilot Vladimir Qaponenkonun xanımı Yekaterina həmin gün qəribə hadisələr baş verdiyini deyib.

    Onun sözlərinə görə, 8 yanvarda içində çox pis hiss olub, kiçik qızı isə yuxudan atasının öldürüldüyü haqda yuxuya oyanıb.

    Evdə həmin gün gözlənilmədən saat da dayanıb.

    Muxalifet4 - 11-01-2020

  4. Гарри и Меган: лицемеры королевских кровей

    Том Мактаг (Tom McTague)

    Muxalifet4 - 11-01-2020

  5. Nərminin qatili istintaqı belə çaşdırıb - ŞOK DETALLAR

    İstintaq 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsinin bütün detallarını müəyyən edib. Faktla bağlı saxlanılan Quliyevlərin 47 yaşlı qonşusu İlkin Süleymanov etiraf xarakterli ifadə verib.

    Muxalifet4 - 11-01-2020

  6. "İran 4 səfirliyimizə hücum planlaşdırırdı" - TRAMPDAN NÖVBƏTİ AÇIQLAMA

    ABŞ prezidenti Donald Tramp növbəti dəfə iddia edib ki, Birləşmiş Ştatların İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsi üzrə əməliyyatı vaxtı qarşı tərəf ABŞ-ın 4 səfirliyinə hücum planlaşdırıb.

    Ağ Ev rəhbəri bu barədə “Fox News”a müsahibəsində bildirib.

    O, qeyd edib ki, İran genişmiqyaslı hücumları həyata keçirmək niyyətində imiş.

    "Açıqlaya bilərəm - mənim fikirimcə, ehtimal ki, söhbət dörd səfirlikdən gedirdi", - deyə Tramp bildirib.

    Muxalifet4 - 11-01-2020

  7. Pakistan Səfirliyindən rəsmi açıqlama - "Pakistanla Ermənistan arasında heç bir əlaqədən söz gedə bilməz"

    Bu gün bəzi mətbuat orqanlarında Pakistanın Ermənistanı dövlət olaraq tanımağa və Ermənistanla diplomatik münasibətlər qurmağa hazırlaşması barədə iddialar irəli sürülüb. 
    Muxalifet.az bildirir ki, bu barədə səfirliyin hərbi attaşesi Nadim Yaqub Çaudri bu iddialarla bağlı Eurasia Diary-ə eksklüziv açıqlamalar verdi:
    "Biz Pakistan dövləti olaraq Ermənistanı bir dövlət kimi tanımırıq və belə təxmin edirik ki, bu sadəcə iki qardaş ölkə arasında nifaq salmaq üçün Hindistan səfirliyinin quraşdırdığı bir şaiyədir."

    Muxalifet3 - 11-01-2020

  8. "İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir" - İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ

    Qasım Süleymaninin ABŞ silahlı qüvvələri tərəfindən öldürülməsi beynəlxalq ictimaiyyətdə, o cümlədən, Azərbaycanda ciddi müzakirə mövzusuna çevrilib. İsrail əsilli beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bu mövzu və gündəmdə olan məsələlərlə bağlı Eurasia Diary-ə eksklüziv müsahibə verib:

    Muxalifet3 - 11-01-2020

  9. Tramp yeni sanksiyaları İran içində "YENİ ÜSYAN DALĞASI" yaratmaq üçün gətirir

    ABŞ prezidenti İrana qarşı sanksiyaları sərtləşdirməklə hədələyir. Donald Trampın hələ hansı sanksiyaları dəqiq nəzərdə tutduğu məlum deyil, lakin çox şey xəbər verir ki, İran neftinin ixracını məhdudlaşdırmaq istəyir.
    Tramp, ABŞ-ın hücuma hərbi üsullarla cavab verməyəcəyini açıqladı, əksinə İranı yeni sanksiyalarla təhdid etdi. O, həmçinin Rusiya, Çin, Almaniya və İngiltərəni İranla nüvə sazişindən çıxmağa çağırdı.
    Sanksiyalar həmişə İran enerji istehsalını hədəfə alır

    Muxalifet3 - 11-01-2020

  10. “MÜHÜM HƏRBİ OBYEKTƏ TƏRƏF DÖNƏNDƏ...” - İran sərnişin təyyarəsini raketlə vurduğunu ETİRAF ETDİ

    İran hakimiyyəti yanvarın 8-də səhərə yaxın Tehran aeroportundan kiyevə reys həyata keçirmək üçün havaya qalxan, Ukrayna Beynəlxalq Hava Yolları şirkətinə məxsus olan “Boeing-737-800” sərnişin təyyarəsinin “səhvən” raketlə vurulduğunu təsdiq edib.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, İran hakimiyyəti adından bəyanat ölkənin dövlət televiziyasında yayılıb. İran silahlı qüvvələrinin Baş qərargahının bəyanatında deyilir ki, aparılan daxili təhqiqat təyyarənin “insan səhvi nəticəsində” vurulduğunu təsdiqləyib.

    Muxalifet4 - 11-01-2020

  11. 50 İLDİR HAKİMİYYƏTDƏ OLAN OMAN HÖKMDARI ÖLDÜ - Öz atasını devirərək hakimiyyətə gəlmişdi...

    Oman sultanı Qabus bin Səid ötən gün yanvarın 10-da 79 yaşında vəfat edib.

    Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ölümə səbəb xərçəng xəstəliyidir. Ölkədə sultanın vəfatı ilə bağlı üç günlük matəm elan edilib.

    Qabus bin Səid yarım əsrdir Omanı idarə edirdi. O, 1970-ci ildə taxta çıxıb. Öz atasını devirərək hakimiyyətə gələn ben Səid ölkəsində irimiqyaslı islahatlar başladıb. Bu islahatlar sultanlıqda həyatın bütün sahələrini dəyişib və Omanı kardinal şəkildə dəyişib.

    Muxalifet4 - 11-01-2020

  12. Qatilin polis əmisi oğlu da saxlanıldı — Nərminin qətli ilə bağlı daha bir FAKT

    Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı sensasiya sayılacaq təfərrüat paylaşılıb.

    Muxalifet.az xəbər verir ki, TV Press informasiya agentliyi qətldə şübhəli bilinərək saxlanılan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun bu müddətdə niyə ələ keçmədiyi və cinayətdən yayındığının istintaqla artıq müəyyən edildiyini paylaşıb.

    Muxalifet4 - 11-01-2020

  13. Azərbaycanda daha bir DƏHŞƏTLİ CİNAYƏT — 5 yaşlı qıza təcavüz edilib

    Masazır qəsəbə sakini olan valideyn 5 yaşlı qızının 17 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qaldığını iddia edir.

    "Qafqazinfo”ya müraciət edən uşağın anası A.Z-nin sözlərinə görə, təqsirləndirilən şəxsin qohumları istintaqa təsir edərək ittihamın yüngülləşdirilməsinə çalışırlar: 

    Muxalifet4 - 11-01-2020

  14. Əli Həsənovun qardaşı oğlu haqqında ilginc FAKTLAR — Evlərinin damında quşbazlıq edirmiş

    Məlum olduğu kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Elçin Həsənov bir neçə gün bundan öncə İctimai Televiziyanın Baş direktor müavini vəzifəsindən azad olunub.

    "Konkret.az" saytına Elçin Həsənov barədə ilginc məlumatlar daxil olub. Sən demə, o, vaxtilə yaşadığı Əhmədli qəsəbəsində evlərinin damında quşbazlıq edirmiş. Onun ən çox sevdiyi məşğuliyyət göyərçinlərin uçurulmasına tamaşa etmək olub.

    Muxalifet4 - 11-01-2020

  15. "Xoşqədəm Baxşəliyvanın verilişinin Nərminin qətlində böyük rolu oldu..." — ŞOK İDDİA

    Gələk Xoşqədəm Baxşəliyvanın verilişinə. Bu verilişin Nərminin qətlində böyük rolu oldu.
      
    1) Verilişlərin birində Xoşqədəm xanım deyir ki, Nərmin sənin izinə düşmüşük, tapacağıq səni. Bu yanaşma kökündən yanlış olmaqla, həm də cinayətdir. İstintaq sirrinin açılmasıdır. Normal istintaqda qatilin, təcavuzçünun, manyakın izinə düşəndə bunu sirr kimi saxlayır ki, cinayətkar duyuq düşməsin. Bu verilişdəki bu sözlər isə cinayətkarı şübhələndirib, qorxudub və o çıxış yolunu uşağı qətl etməkdə görüb.
      

    Muxalifet4 - 11-01-2020

  16. Qatil Nərmini bu hala salıbmış — Dəhşətli VİDEOSU YAYILDI (18+)

    Tovuz rayonu, Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı daha bir görüntü yayılıb.
    Muxalifet.az xəbər verir ki, "Ölkə.Az"a göndərilən videoda yaşadığı evin yaxınlığında meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın görüntüləri yer alıb.
    Görüntülərin hansı şəraitdə və kim tərəfindən çəkildiyi məlum deyil.
    Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də itkin düşmüşdü.
    Xatırladaq ki, Nərmin Quliyevanın ölümüylə bağlı Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.

    Muxalifet4 - 11-01-2020

  17. Ermənilər DSX-nin hərbi nəqliyyat vasitələrini atəşə tutublar

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

    Muxalifet3 - 11-01-2020

  18. Xameneyinin “Twitter”dəki rəsmi hesabı silindi: - "Qaydalara zidd çağırışlar var"

    “Twitter” mikrobloqu İranın Ali lideri Əli Xamneyinin ingilis dilində məlumat yaydığı rəsmi hesabını bloklayıb.
    Muxalifet.az xəbər verir ki, Xamneyinin “Twitter” səhifəsində “Diqqət: bu hesab müvəqqəti olaraq dayandırılıb”, - deyə məlumat yerləşdirilib.
    Bununla belə, İranın Ali rəhbərinin fars, fransız və ərəb dillərindəki səhifələri hələ də işləyir.

    Muxalifet3 - 11-01-2020

  19. Ukrayna şirkətləri Rusiyadan 82 milyon dollar təzminat istəyir

    Ukraynanın Krımdakı əmlaklarını itirmiş 12 şirkəti Rusiyadan 82 milyon ABŞ dolları məbləğində təzminat istəyir.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlərin bununla bağlı İsveçrə Federal Məhkəməsində qaldırdığı iddia təmin olunub.
    Xatırladaq ki, bundan əvvəl oxşar iddianı Cenevrə Arbitraj Məhkəməsi təmin edib.
    Muxalifet.az

    Muxalifet3 - 11-01-2020

  20. Liviya MBH rəsmisi:"Liviya küçələri türkləri sevinclə qarşıladı"

    Liviyadakı qanuni hökumətin XİN rəsmisi Məhəmməd Qiblavi “Hürriyet”ə müsahibə verib.
    Türkiyənin dəstəyi səbəbi ilə Haftarın işğalı altında olan ərazilərdə yaşayan insanların sevindiyini söyləyən Giblavi, Rusiyanın Liviyaya qarşı mövqeyindən də danışıb. O, Tripolinin cənubundakı bəzi hərbi nöqtələrdən Vaqnerə aid muzdlu dəstələrin geri çəkildiyi barədə məlumat əldə etdiklərini bildirdi. Amma, Haftar Rusiya və Türkiyənin mövqeyini hesaba almayaraq, hücumları davam etdirir.   

    Muxalifet3 - 11-01-2020

Pages