“Dünənki hücumda heç bir ABŞ əsgəri zərər görməyib” - TRAMP

Baxış sayı:
2772

ABŞ Prezidenti Donald Tramp İranın İraqdakı Amerika hərbi bazasını vurmasından sonra ilk dəfə çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İranın təşkil etdiyi hücumlar zamanı ABŞ-ın heç bir əsgərinin zərər görmədiyini deyib. Ağ Ev rəhbəri, həmçinin, İrana qarşı sanksiya tətbiq edəcəklərini bildirib. “Ölkələr İranın sabitliyi pozan addımlarına göz yumdular. Biz buna əsla icazə verməyəcəyik”, - deyə Tramp əlavə edib:

“Dünənki hücumda heç bir ABŞ əsgəri zərər görməyib. Sadəcə minimal ziyan dəyib. ABŞ qüvvələri hər şeyə hazırdır. Amerika əsgərlərini cəsarətlərindən dolayı təbrik edirəm”.