Yaxın Şərqdə "İran fars imperiyasi" quran Süleymaninin öldürülməsi İranın nüfuzunu öldürdü...

Yaxın Şərqdə 

Baxış sayı:
3445

Süleymaninin ölümü, İran rejimini terrorçu agentlərinin köməyi ilə müharibə strategiyasını dayandırmağa məcbur edə bilər.
İranlı general Qasim Süleymani ötən həftə öldürüldükdən sonra ABŞ gözlənilməz həmlə etdi: Daxili Təhlükəsizlik Departamenti, kritik vacib infrastrukturlara İranın kiberhücum edə biləcəyi barədə xəbərdarlıq etdi. Nyu-York qubernatoru Milli Qvardiya döyüşçülərini Nyu-Yorkdakı əsas hava limanlarına göndərdi.
Belə ehtiyat tədbirləri əsaslı və başa düşüləndir. Ancaq İranın çərşənbə günü İraqdakı ABŞ hərbi bazalarına qarşı raket hücumu, bu rejimin cavabının gözləniləndən daha ənənəvi ola biləcəyini göstərir.
1979-cu il İslam İnqilabından bəri, İran əli altında saxladığı terror qruplaşmalarından mülki şəxslərə, səfirliklərə hücum etmək üçün istifadə edir və belə vasitələrlə özünün bu işlə bağlılığını gizlətməyə çalışır. Ancaq bu gün İran rejimi yeni yanaşma siqnalını verir. "New York Times"ın yazdığına görə, İranın ali lideri Ayətullah Əli Xameneyi keçən həftə müşavirlərinə demişdi ki, bu "Amerika maraqlarına qarşı birbaşa hücum" olmalıdır və «İran qüvvələrinin özü tərəfindən açıq şəkildə həyata keçirilməlidir".

Eyni zamanda, İranın cavabının belə bir hücumla məhdudlaşacağı şübhəlidir. 1990-cı illərdən bəri İran pərdə arxası qüvvələrin əliylə müharibə aparır. Bu Süleymaninin mirasıdır. 2003-cü ildən vəfatına qədər İraq, Yəmən və Suriyada hərbi birləşmələr yaradaraq, İranın Yaxın Şərqdəki “fars imperiya maraqları” üçün üstüörtülü müharibə apardı.
Bəzi təhlilçilər qeyd edirlər ki, İran hərbi qüvvələri, xüsusilə ABŞ-ın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinə əhəmiyyətli zərər verə bilərlər. "Münaqişə daha da güclənərsə, İran ABŞ-a qalib gələ bilməz", - Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisi Alireza Nader vurğulayır. Onun sözlərinə görə, Xameneyi bunu başa düşür və ehtimal ki, rejimin zəiflədiyi vaxtda, özünün sınmış nüfuzunu bərpa etmək üçün güc nümayiş etdirməyə çalışacaq.
ABŞ-ın pilotsuz təyyarələrinin hücumu İranın uzun müddət istifadə etdiyi “cavabdehlikdən qaçmaq” strategiyasına son verə bilər. İndi iranlı generallar öz sonlarının, təlim verdikləri və sponsorluq etdikləri terrorçuların taleyi kimi olmasının qarşısını ala bilməyəcək. Bundan əlavə, bu zərbə ABŞ-ın yeni  strategiyasını göstərir ki, bu da İrana, özgə əllərlə apardığı müharibəyə görə baha başa gələcək.
İran rejimi, görünür, terrorçu işbirlikçilərinə etibar edir. Belə ki, İranın raket zərbəsi göstərir ki, o, Süleymaninin ölümünün qisası üçün hərbi zərbələr endirməyə hazırdır.
CNN-nin verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Telegramda bildirdi ki, İranın əraziləri bombalanarsa,  Birləşmiş Ərəb Əmirliklərindəki Dubay və İsrail ərazisindəki Hayfaya hücum edəcək.
"Bloomberg"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az