"GƏRGİNLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB" - Ərdoğan İranla ABŞ münasibətlərindən danışdı

Baxış sayı:
2922

“Hazırda İranla ABŞ arasında gərginlik təhlükəli həddə catıb. Türkiyə olaraq nə İraqın, nə Suriyanın, nə Livanın, eyni zamanda Körfəz bölgəsinin savaş səhnəsinə çevrilməsini istəmirik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə “Türk axını” layihəsinin açılışında çıxışı zamanı bildirib.

Ərdoğan deyib ki, qonşu dövlət olan İraq onsuz da sıxıntı içində idi, bu gün isə müstəqiliyini tamamilə itirmək təhlükəsi ilə üz-üzədir: “İraq xalqı bizim qardaşımızdır. Türkiyə olaraq bu məsələdə həssaslığımızı daha əvvəl də ortaya qoymuşuq. 30 ildir ki, İraq yenidən sabitliyə qovuşmas üçün çalışır. Biz İraqa terrorla mübarizədə hər zaman dəstək verdik. Bu çətin dönəmdə də bütün imkanlardan istifadə edərək, təzyiqi azaltmağa çalışırıq”.

Türkiyə Prezidenti əlavə edib ki, bir çox ölkələrin liderləri ilə telefon danışıqları olub: “Məqsədimiz yenidən bölgəmizə barış, sülh gətirməkdir. Son 20 ildir davam edən döyüşlərə görə, bölgə gücdən düşüb. Böyük güclərin İraqdan Suriyaya qədər savaşının hesabını məsum qardaşlarımız ödədi, qədim şəhərlər dağıdıldı. Və bütün bunlardan xarici güclər faydalandı. Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşlarına bürünməsinə icazə verməyəcəyik. Bu istiqamətdə həmkarım Putinlə də davamlı dialoqu aparacayıq".