Avstraliya dəhşət qitəsinə çevrildi – 10 min dəvə vertoyotlardan vurulacaq: su içdikləri üçün!

Baxış sayı:
3366

Avstraliyada 10 mindən artıq dəvənin həddən artıq su içməsinin qarşısını almaq üçün vertolyotdan vurularaq öldürüləcəyi bəyan edilib.

Anangu Pitjantjatjara Yankunytjatjara (APY) ərazilərindəki aborigen liderlərinin təlimatından sonra sabahdan, yəni çərşənbə günündən etibarən peşəkar nişançılar ova başlayacaqlar. Yerli mətbuata açıqlama verən APY rəhbərliyinin təmsilçisi Marita Beyker deyib: “İsti və narahat şəraitdə sıxışıb qalmış vəziyyətdəyik, özümüzü narahat hiss edirik, çünki dəvələr çəpərləri aşırıb içəri girirlər, evlərin ətrafına toplaşırlar, kondisionerlərdən damlayan suları içməyə çalışırlar”.

 Cənubi Avstraliyanın Ətraf Mühit və Su Nazirliyinin mətbuat katibi dəvələrin sayınına artmasının bölgədə çox sayda problemə səbəb olduğunu bildirib.

Ölkə ərazisində dəvələrin ümumi sayının 1,2 milyona bərabər olduğu güman edilir. Əməliyyatın 5 gün davam eləməsi planlaşdırılır.

Ötən il Avstraliya hökuməti ölkədəki yerli heyvan növlərini məhv edən vəhşi pişikləri  öldürmək üçün zəhərli sosiskalardan istifadə edəcəyini bəyan eləmişdi. 2020-ci ilə qədər 2 milyon pişiyi öldürmək planlaşdırılırdı.

Hurriyyet.org