İran molla rejiminin Azərbaycana qarşı DƏHŞƏTLİ TƏXRİBAT PLANLARI - Təhlil

Baxış sayı:
7957

Tehran rejimi Rusiya, Ukrayna və Qazaxstanda soydaşlarımız arasından Suriya, İraq, Fələstin və Yəməndə radikal terror birləşmələri üçün xüsusi dəstələr hazırlayır

Rusiyadakı soydaşlarımız nədən hədəfə alınıb?

Neçə ildir müzakirə mövzusu olan Rusiya Federasiyasında Azərbaycan diasporu ilə bağlı vəziyyət düzəlmir ki, düzəlmir. Bir çoxları fikirləşirdilər ki, “AzerRross”un yaxınlaşan qurultayında hər şey dəyişəcək, 3 milyonluq əhalinin içindən sağlam qüvvələr çıxacaq və diasporanın və Azərbaycanın maraqlarını Rusiya kimi nəhəng bir ölkədə təmin edəcək. Amma gözlənilən olmadı. 3 milyonun içindən 3 adam tapılmadı ki, Mehriban Sadıqova adlı məkrli bir qadından millətin canını qurtarsın.

Bu dəfə, millətin təşkilatını öz dolanışıq mənbəyinə çevirmiş bu qadın, indi də diaspor aktivinə təzə torba tikdi. Yəni təşkilatı böyük pula satıb, aradan çıxmaq yolunu tutdu. “AzərRoss”un şura üzvlərinin zəif və ələbaxan adamlardan ibarət olduğunu gözəl bilən Mehriban Sadıqova qurultayda istədiyini edəcəyinə əmin olduğu demək olar ki, göz qabağındadır. Çünki uzun müddət bu quruma rəhbərlik edən və heç bir zaman soydaşlarımızın etimadını doğrulda bilməyən Söyün Sadıqovun xüsusi və səlahiyyətli kadrı kimi tanınıb...
Əslində Mehriban Sadıqovanın müştəri axtarışı bu günlərdə başlamayıb. Bu proses bir neçə aydır davam edirdi və ara-sıra bu haqda xəbərlər sızırdı və “AzərRoss”-çuların etirazları da səslənirdi. Ancaq hər hiyləyə qadir olan bu qadının azərbaycanlılara məxsus təşkilatı illər boyu “AzərRos”a düşman olmuş birisinə satmaq arzusuna düşəcəyini heç kim gözləmirdi.

Bəs kimdir bu müştəri?

Şamil Tağıyev! Ən böyük xətayi-bəla. Bu adamın ən təhlükəli tərəfi çox qaranlıq güclər tərəfindən idarə olunmasıdır. Açığını desək, bu, İran mərkəzli güclərin Rusiyada gələcəyə yönəlmiş projesidir. Tez-tez İran və İraq səfirliyinin qonağı olan, İranın Moskva, Həştərxan, Sankt-Peterburq və digər şəhərlərdə fəaliyyət göstərən dini mərkəzlərin emisarlarının arasında olan Şamil Tağıyevin “AzərRoss”u ələ keçirməyə yönəlməsi, əslində İranın Rusiyadakı səfirliyindən idarə olunur. Məqsəd isə Suriya, İraq, Yəmən, Livan, Oman və Fələstin kimi ölkələri radikal dini məsələlər zəminində öz təsir dairəsinə salmağı bacaran molla rejiminin Azərbaycanda da tam söz sahibi olmaq istəyidir. Bu işdən Quzey Azərbaycanda türk kimliyi qarşısında aciz qalan və açıq qovqada heç bir uğur sahibi olmayacaq İran sevdalıları Rusiyada yaşayan 3 milyon azərbaycanlını öz təsiri altına salmağın ən qısa yolu kimi “AzərRoss”u ələ keçirərmək planını gerçəkləşdirir. Bu təzadların axarından da göründüyü kimi, “ağayi” Şamil Tağıyev cənablarının çevrəsi İran mərkəzli təriqətə mənsub kəslərdir ki, onları Azərbaycanda çoxları "paniranist nökərlər" kimi tanıyır.
Tehrandan təlimat almaqla Rusiyada azərbaycanlıların yeganə federal təşkilatı olan “AzərRoss”u yönətmək Azərbaycan dövlətçiliyi üçün böyük təhlükədir. Şamil Tağıyev və onun yaxın çevrəsindəki dost və rəğbət bəslədiyi insanlar Azərbaycanın türk kimlyinə və bu kimliyi dövlət simvolu etmiş olanlara qarşı olanlardır. Türk Dünyasının böyük liderlərindən olan Məmməd Əmin Rəsulzadəni təhqir edən və Gəncədən olan deputat Naqif Həmzəyev adlı birisinin həqarətindən sonra Şamil Tağıyev məhz onun yanında yer alıb.
Göründüyü kimi, bu adam İraq böyük elçiliyində özünü çox rahat hiss edir. Digər şəkildə İran səfirliyinin daimi müşaviri olan, Moskva şəhəri və vilayəti boyunca yaşayan soydaşlarımızın arasında ifrat paniranizm siyasətini yürüdən, eyni zamanda “Moskva Əhli Beyt” təşkilatlarının liderlərindən olan Baloğlanov Nizami adlı birisi ilə İranın ifrat antitürk mərkəzi sayılan Qum dini mərkəzlərinin məzunları ilə və İrana məxsus radikal dindarlığı təbliğ edən sənət adamları, yaşlı və gənc liderlərlə görünməkdədir. Bu adamın əqidəsi bəllidir. İndi Azərbaycan diasporası öz sözünü deməsə, milli kimliyimiz təhlükə ilə üz-üzə qalacaq. Rusyada yaşayan soydaşlarımız Bakıdan yox, Tehrandan idarə olunacaq.

Noyabr etirazlarının ardınca “bəsici” hərəkatının gücləndirilməsi taktikası

Ötən il noyabr ayının 15-də Tehran rejiminin benzin və neft məhsullarının qiymətinin 3 dəfə, yəni 300 faiz artırılması qərarından sonra, təkcə ölkənin bütün iri şəhərlərində deyil, eyni zamanda ən kiçik qəsəbələrində belə, etiraz aksiyaları keçirildi. Xalqın ayağa qalxmasından qorxuya düşən İran molla rejimi dərhal bütün rəsmi və qeyri-rəsmi güc strukturlarını hərəkətə gətirmək zorunda qaldı. Hətta bir sıra şəhərlərdə əhalini qorxutmaq üçün odlu silahlardan dinc nümayişçilər gülləbaran oldu. Çoxlu sayda ölən və yaralanalarla bağlı isə bütün həqiqətləri gizlətməyə çalışıldı. Ayın sonunda isə, özünü “Dünya İslam İnqilabı”nın “ali dini rəhbəri” elan etmiş Seyidəli Xameneyi dərhal “İslam İnqilabı”nın yedək dəstəsi kimi tanınan “BƏSİC” məsələsini gündəmə gətirdi. Bu, hər bir yaşayış məhəlləsində molla rejiminin könüllü silahlı dəstələrinin yenidən formalaşdırılmasından ibarətdir. Özəlliklə kasıbların ailəsindən çıxmış yoxsul gəncləri aylıq ərzaq dağıtımı, dərman, azacıq miqdarda pul və digər sosial vasitələrlə dəstəkləməklə molla rejimi gözlənilən siyasi zəlzələnin miqyasını mümkün qədər uzaqlaşdırmağa və beləliklə vaxt qazanmağa çalışır. Bu, ölkənin daxili məsələlərinə hesablanmış siyasətin bir parçasıdır. 
Digər yandan Suriya, İraq, Yəmən, Livan, Oman və digər müsəlman ölkələrindəki strateji niyyətlərini həyata keçirmək üçün xüsusi planlarını davam etdirməkdə israrlı olduğunu da gizlətmir. Bu yöndə atılan addımlardan biri də Rusiya Federasiyası, Ukrayna, Qazaxstan, Belorus və digər postsovet məkanında yaşayan soydaşlarımız arasında dini təbliğat adı ilə geniş şəbəkələr qurmağa başlayıbdır. Artıq öncəki illərdə olduğu kimi Tehrana bağlı bank sektorları deyil, bu dəfə inanclı soydaşlarımızın həftə ərzində qazandıqlarına nəzarət taktikası ilə bu hədəflər həyata keçirilir. Hər həftənin cümə namazı günləri ərəfəsində imkanlı soydaşlarımızın “məzlum müsəlmanlara yardım” adı ilə toplanılan “xüms-zəkat”lar sonunda Moskvadakı “Əhli Beyt” tipli radikal dini cərəyanların cibinə axıdılır.

“Ərbəin doktrinası” və postsovet məkanı

Rusiya Federasiyasının Stavropol, Krasnodar, Rostov, Perm, Sverdlovsk, Samara, Kalininqrad, Volqaqrad, Leninqrad, Novosibirsk, Nijeqorod, Çelyabinsk, Krasnoyarsk, Omsk, Voronej, Ulyanovsk vilayətlərində, Tatarstan, Başkortstan, Dağıstan, Kabarda – Balkar, Xakasiya, Çuvaşstan, Şimali Osetiya respublikalarında demək olar ki, İran adlı ölkənin dini mərkəzlərində təhsil almış Azərbaycan Respublikası vətəndaşları bir emissar status ilə Tehran rejiminin hədəflərinin uzantılarını həyata keçirməkdədir. Dünya müsəlmanları üçün vahid ziyarət mərkəzi sayılan Məkkəyə qarşı alternativ olaraq Tehran rejimi tərəfindən formalaşdırılan “Ərbəin ziyarəti” strategiyası inkişaf etdirilməkdədir. Bunun üçün sadəcə İran və İraq dindarlarının deyil, Tehran rejiminin teoloji baxımdan “təsir dairəsi” kimi hesab etdiyi digər dövlətlərin də cəlb edilməsi bir strateji hədəf və uzantılar deməkdir. Bu baxımdan İran İslam Respublikasının Rusiya Federasiyasının paytaxtı Moskvadakı səfirliyi, Həştərxan, Kazan, Maxaçqala, Sankt-Peterburq və Moskvadakı konsulluqları tərəfindən idarə olunan “Əhli Beyt” təşkilatı bu məsələdə ön sırada yer alır. “Əhli Beyt” təşkilatının sədri isə Azərbaycanın keçmiş vətəndaşı Nizami Baloğlanovdur. Rusiya Federasiyasının müxtəlif bölgələrində onun nəzarəti altında yaradılan regional strukturların qarşısında duran əsas vəzifələrdən biri də “Ərbəin Ziyarəti” hədəflərini inkişaf etdirməkdir. 
Belə ki, 2019-cu il ərzində İraqın Nəcəf və Kərbala şəhərlərini “Ərbəin Ziyarəti” adı ilə 25 milyon nəfər ziyarət edib. Tehran molla rejimi bu rəqəmi xüsusi coşqular və təntənə ilə qeyd etdi. Çünki “Ərbəin Ziyarəti”nə axışan bilgisiz, mövhumatçı və təriqətçi baxışlara malik olanların arasında Tehran rejiminin maraqları çərçivəsində Yəmən, Suriya, Fələstin, Küveyt, Əfqanıstan, Pakistan, Azərbaycan Respublikası, Oman, Sudan, Bəhreyn, Somali, Gürcüstan, Orta Asiya strateji hədəflərinin içində yer alan “22 dövlət” modelinin tətbiq edilməsi ön görülür. İdeoloji coğrafiya düsturu ilə Tehran rejimi özünün nüfuz dairəsi adına bu addımları atmağı hədəf seçibdir. Təqribi hesablamalara görə, Rusiyada yaşayan 4.5 milyonluq soydaşlarımızdan təqribən 300 min nəfər “Ərbəin Ziyarəti”ndə bulunblar. Bu rəqəm indiki halda Tehran rejimi üçün çox böyük rəqəm hesab olunur.

“Anti-Azərbaycan hədəfləri”nin yeni dalğası

Kimsəyə sirr deyil ki, harada Tehran molla rejiminin təsir dairəsi varsa, orada ifrat dərəcədə antitürk baxışlara xüsusi önəm verilir. Faktiki olaraq, Rusiya Federasiyası boyunca yaşayan soydaşlarımız arasında milli siyasətin genetik baxımdan ənənəvi dəyərləri təbliğ olunmadığı üçün, bu boşluğu Tehran rejimi tərəfindən idarə olunan mövhumatçı baxışlar və hədəflər doldurmaqdadır. Çünki diasporumuz uzun illərdir naşı liderlər tərəfindən idarə olunublar. Milli siyasətimizdən uzaq olan, özgələrinin maraqları çərçivəsində soydaşlarımız arasında ideoloji düzən quranlarla bağlı ciddi problemlərin yaranmasında aydınlarımızın suçu da böyükdür. Ona görə də Tehran rejimi mövhumatçı dindarlardan ibarət xüsusi qruplar yaradaraq, bu yöndə dərin hədəflərini sərgiləməkdədir.
Rusiya Federasiyasındakı ən böyük diaspora təşkilatı kimi tanınan “AzərRoss”un bu gün naşı adamların nəzarətində olması və onların komprador maraqları çərçivəsində Tehran rejiminin “əlaltıları” olanlar adı çəkilən qurumu nəzarətə almaq üçün hərəkətə keçiblər. Bu azmış kimi Rusiya Federasiyasının bölgələrindəki diaspor təşkilatlarını da ələ keçirmək üçün cəhdlər olunmaqdadır.
Bu gün məzhəblərarası və toplumlararası savaş meydanına çevrilmiş Suriya və İraq kimi ölkələrdə döyüşənlərin arasında Azərbaycan Respublikası, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər dövlətlərdəki soydaşlarımızın iştirak etməsi bir acı həqiqətdir. Soydaşlarımızın 27 ildir işğal altında olan Qarabağ uğrunda milli iradəni möhvumatçı baxışlara qurban verməsinin mənası da buradan qaynaqlanır. Ayətullah Kazım Siddiqi, Şeyx Məhəmməd Mosuli, höccətül-islam Əkbər Ciddi, höccətül-islam Füruqi, höccətül-islam Seyid Təhmasibi, Əli Kərimi, Həsən Fəthi, Asif Bağırov, Rəşid Talıbov, Mahir Həziyev, Yasin Əliyev, Yusif Hüseynov, Oktay Əliyev və digərləri bu siyasətin önündə gedirlər.

Rahib Süleyman,
Moskva (Rusiya Federasiyası)
Mənbə: Davam.az