Göranboyun icra başçısı da vətəndaşları "yadına saldı" - MÜŞAVİRƏ KEÇİRİB, TAPŞIRIQLAR VERDİ
22-12-2019 13:41
Baxış sayı:
2325

Goranboy rayon icra başçısı Məhərrəm Quliyev aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə müşavirə keçirib. Muxalifet.az xəbər verir ki, rayon İcra Hakimiyyətində baş tutan müşavirədə M.Quliyev tərəfindən bir sıra tapşırıqlar verilib. Belə ki, burada vətəndaş müraciətlərinə baxılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili ilə bağlı rayon tədbirlərinin təşkili məsələsi müzakirə olunub.