Boykotçuların sırasına daha bir təşkilat da qatıldı - PARLAMENT SEÇKİLƏRİ HAQDA MÜƏMMA
21-12-2019 23:59
Baxış sayı:
3538

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Ali Məclisinin iclası keçirilib. Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı İdarə Heyətinin bəyanatı təqdir edilib. Daha sonra hərəkatın II qurultayına hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edilib.