Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. Vladimir Putin: Ankara ilə Liviya məsələsini müzakirə edəcəyik

    Rusiya prezidenti Vladimir Putin, Suriya ilə yanaşı Liviya böhranının da ortaq mövzu olduğunu bildirərərk, tezliklə Ankaradan gələcək heyətlə Liviya məsələsini müzakirə ediləcəyini açıqladı.

    Muxalifet3 - 20-12-2019

  2. BƏLƏDİYYƏ SƏDRİ HAQDA ŞOK FAKTLAR – Dövlət vəsaitini mənimsəmə, saxta sənədlərlə torpaq satma ittihamları... / SƏNƏDLƏR

    Göyçay rayonu, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlət vəsaitini saxtakarlıq yolu ilə talan etmişdir. Belə ki, kənd təsərrüfatı məhsullarının əkilməsi üçün dövlət tərəfindən subsidiyanın verilməsi təmin edilir.

    Muxalifet4 - 20-12-2019

  3. İcra başçısı özünə "çətir tutan" işçi götürüb? - FOTO

    Azərbaycanda daha bir icra başçısı özünə "çətir tutan" işçi götürüb. Məlumata görə, Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlərlə görüşə gedib. Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin işçisi onun başının üzərində çətir tutub. Fotodan göründüyü kimi, hava yağmursuz olub. Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

    Muxalifet4 - 20-12-2019

  4. Həbs olunan icra başçısının yüksək vəzifə tutmuş övladları — Qalmaqallı videodakı oğlu imiş

    Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir. N.Quliyevin bir oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir. Məlumata görə, R.Quliyev 1978-ci ildə anadan olub. 2001-ci ildə hüquq sahəsində fəaliyyətə başlayıb. İlk olaraq 6 il Bakı Apelyasiya Məhkəməsində, sonra isə 3 il Suraxanı rayon məhkəməsində katib işləyib. Növbəti 3 il ərzində isə Ali Məhkəmədə nəzarətçi olub. 2013-cü ildən Nərimanov rayon məhkəməsində hakim işləyir.

    Muxalifet4 - 20-12-2019

  5. “Nəticəsiz danışıqlar bölgəni müharibəyə aparır” - POLİTOLOQ

    “Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağla bağlı növbəti hesabatından iki nəticəyə gəlmək olar: Birincisi, danışıqlarda əvvəlkitək nəticə yoxdur, münaqişənin həllinə yönəlik baxışlarda fərqlə ortadan qaldırılmayıb. İkincisi, vəziyyət getdickə gərginləşir, nəticəsiz danışıqlar bölgəni müharibəyə aparır”.

    Bu fikirləri Azpolitika.info-ya politoloq Elxan Şahinoğlu Beynəlxalq Böhran Qrupunun “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabatını şərh edərkən bildirib.

    Muxalifet4 - 20-12-2019

  6. ERMƏNİLƏR İŞĞAL ALTINDAKI ƏRAZİLƏRƏ DARAŞIBLAR - Kəlbəcərə, Ağdama, Zəngilan və Qubadlıya da ermənilər köçürlür

    Brüsseldə mənzillənən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair sensasion faktlarla dolu hesabat yayıb. Virtualaz.org xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş hesabata əsasən erməni işğalçıları nəinki Dağlıq Qarabağın inzibati ərazisində, eləcə də ətraf rayonlarda məskunlaşmanı sürətlə davam etdirir.

    Muxalifet4 - 20-12-2019

  7. QARABAĞ QAZİLƏRİ ƏMLAK XİDMƏTLƏRİNDƏN NARAZIDIR - 2019-cu ildə verilən ərizəyə 2020-ci ildə baxılacaq

    Qarabağ Qaziləri Müşfiq İsmayılov, Eldar Hüseynov və başqaları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Onların məktubunu olduğu kimi dərc edirik: “Bu günlərdə mətbuatda “Əmlak Xidmətləri Məkanı”nın ailələrin hüquqlarını pozmasından, olmayan əmlaka görə əsassız və şişirtmə ödəniş alınmasından yazı dərc olunub. Yazıda sözügedən xidmət qurumunun vətəndaşın adına əmlak olmaması haqqında arayışı 10 gün müddətində verməsi vurğulanıb. Halbuki, həmin müddət də təqvim hesabı ilə yox, 10 iş günü təşkil edir.

    Muxalifet4 - 20-12-2019

  8. "ARİF ALIŞANOV DA HƏBS OLUNMALIDIR" - Prezidentə müraciət

    “Atamı şərləyib tutduran, AzTV-də dövlətin külli miqdarda vəsaitini ələ keçirən, Şamaxıda yüz hektarlarla torpaqlar alan, sərvəti 70 milyon dollardan artıq olan Arif Alışanov da həbs edilən məmurların taleyini yaşamalıdır”. “AzPolitika.info” xəbər verir ki, bu fikirləri media vasitəsi ilə ölkə başçısı İlham Əliyevə növbəti müraciətini ünvanlayan Cəmilə Tağıyeva bildirib. C.Tağıyeva AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilərək məhkəmənin hökmü ilə 16 il müddətdə azadlıqdan məhrum edilən sahibkar Şücayət Əkbərovun qızıdır.

    Muxalifet4 - 20-12-2019

  9. 16 YAŞINDA 15 YAŞLI QIZA SEVGİ MESAJLARI YAZDI, 4 İL SONRA 5 İL MÜDDƏTİNƏ HƏBS OLUNDU... – Məhbusun anası intihar həddindədir /PREZIDENTƏ MÜRACİƏT

    Füzuli rayonunun Əbdülrəhmanlı kəndindən məcburi köçkün, Qarabağ müharibəsi veteranı ailəsi, məhbus anası Baxşıyeva Diləfruz Bayram qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etdiyi müraciət edən şikayətçinin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik: “Cənab Prezident! Hörmətli Birinci vitse-prezident!

    Muxalifet4 - 20-12-2019

  10. “Mənim adımdan cavan qızlarla tanış olurlar” - 60 YAŞLI XALQ YAZIÇISI

    Xalq yazıçısı Çingiz Abdullayev başına gələn maraqlı əhvalatdan söz açıb.  O, dünən 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdən sonra qonaqlarla səmimi ünsiyyət qurub.

    Muxalifet4 - 20-12-2019

  11. Türkiyəni ABŞ-dan qoparıb, Rusiyaya yaxınlaşdıranlar əslində Vaşinqtonu izolyasiya edir - TƏHLİL

    Doğrudanmı ABŞ, Türkiyəni itirməyin- həm Vaşinqton, həm də NATO üçün necə uğursuzluq olduğunu görməyəcək qədər kordur? Donald Tramp, Türkiyəni Rusiyanın qucağına ataraq, özünü tələyə saldığını başa düşmürmü?
    Türkiyə həm döyüş bölgəsində, həm də diplomatik müstəvidə bir sıra strateji gedişlər edərək, Suriyada olduğu kimi Şərqi Aralıq dənizindəki qüvvələr balansını kökündən dəyişdirdi. O, hər "çirkli oyunun" baş qəhrəmanı olan ABŞ-ın intriqalarına baxmayaraq bunu bacardı ...

    Muxalifet3 - 20-12-2019

  12. Nasist Zatulinin xələfi Kosaçyev Azərbaycanı TƏHDİD ETDİ - Rusiya Ermənistanı müdafiə edəcək

    Bölgədə vəziyyət “gərginləşsə” Rusiya KTMT çərçivəsində Ermənistan qarşısında götürdüyü öhdəlikləri qətiyyətlə yerinə yetirəcəkdir. Muxalifet.az bildirir ki, bu haqda Sputnik Ermənistan-a Rusiya Federasiyasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçyev məlumat verib. Kosaçyevin fikrincə, Rusiyanın Ermənistana münasibəti Cənubi Qafqaz ölkəsinin mənafelərinə və hərbi potensialına əsaslanmır. Bu bəyanat yəqin ki, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll variantına cavab kimi nəzərdə tutulur.

    Muxalifet3 - 20-12-2019

  13. Yedi, taladı, rayonu dağıtdı… - İLLƏRDİR “GOOGLE” QOCA SƏMƏDOV HAQDA BUNLARI DEYİRDİ

    Xəbər verdiyimiz kimi, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ötən gün saxlanılıb.

    Muxalifet4 - 20-12-2019

  14. “Sərkisyan aşağı Qarabağı 3 milyard dollara qaytarmağa hazır idi...” - XÜSUSİ XİDMƏT GENERALI

    Ermənistanın populyar @Bagramyan26 teleqram-kanalı Milli Təhlükəsizlik Xidmətinin terrorçuluqla mübarizə, ictimai asayişin, Konstitusiyanın müdafiəsi üzrə Baş idarəsinin rəisi olmuş general-mayor Tiqran Barseqyanın müsahibəsindən seçmələri yayıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, general həmin müsahibəni “Joqovurd” qəzetinə verib. Bildirib ki, o həmin vəzifədə işləyəndə işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılmasına dair planlardan xəbər tutub.

    Muxalifet4 - 20-12-2019

  15. "Parlament tamam başqa cür formalaşacaq, amma..." - MEHMAN ƏLİYEV

    Qarşıdan gələn seçkilər, iqtidarın və müxalifətin həmin seçkilərlə bağlı mövqeyi, boykot məsələsi, eləcə də yeni media siyasətinin formalaşması və bu qəbildən olan digər mövzular cəmiyyətin maraq dairəsində olan başlıca gündəm maddələridir. Muxaıofet.az həmin mövzularla bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Azpolitika.info-ya müsahibəsini təqdim edir: - Mehman müəllim, Milli Məclis buraxıldı və fevralın 9-na növbədənkənar seçkilər təyin edildi. Hazırda siyasi təşkilatlar, eləcə də ayrı-ayrı fərdlər seçkilərdə iştirak və boykot haqda qərarlar verirlər.

    Muxalifet4 - 20-12-2019

  16. İşğal altında olan Dağlıq Qarabağın qondarma "naziri" Misirə işgüzar səfər edib

    Qısa işgüzar səfərlə Misir Ərəb Respublikasında olan qondarma "Dağlıq Qarabağ Respublikasının" qondarma naziri Masis Mayilyan Qahirədə işgüzar dairələrlə görüş keçirib. Muxalifet.az bu barədə erməni saytlarına istinadla xəbər verir. Mayilyan qondarma "DQR"-dəki böyük sərmayəçilər üçün vergi siyasəti və güzəştli şərtləri təqdim edib və Qarabağın iqtisadiyyatının bəzi sahələrinə investisiya qoyuluşunun perspektivləri barədə təbliğat işləri aparıb. Həmçinin Misirin Cənubi Sinay valisi Xaled Fuda Sidik Məhəmməd ilə görüşüb.

    Muxalifet3 - 20-12-2019

  17. Keçmiş icra başçısı barəsində həbs qərarı verildi

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Muxalifet4 - 20-12-2019

  18. Mayami Biç qondarma "erməni soyqrımını" tanıdı

    Mayami Biç qondarma "erməni soqyrımını" tanıdı. Belə ki, Amerika şəhər hökuməti "soyqırımı" tanıyan qətnamə qəbul edib. Muxalifet.az bu barədə erməni saytlarına istinadla bildirir. Bu tanıma şəhər şurasının üzvü, erməni mənşəli Mark Samuelyanın sayəsində mümkün olub. Qətnamə layihəsini məhz Samuelyan şəhər rəhbərliyinə təqdim edib. Mayami Biç ABŞ-ın cənubunda şəhər adadadır və Mayamidən müstəqildir. Mayami Biç həm də ən zəngin amerikalıların yaşadığı yerlərdən biridir. Muxalifet.az

    Muxalifet3 - 20-12-2019

  19. Cangüdənlə gəzən, evləri mühafizə olunan İCRA BAŞÇILARI - Onlar kimdən, nədən QORXURLAR?

    Nizaməddin Quliyev, Qoca Səmədov kimi sabiq icra başçılarının həbs edilməsi yerli İcra hakimiyyətlərinin işini gündəmə gətirib. İndi sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də bəzi rayonlarında İcra Hakimiyyəti başçısının yaşadığı evləri polisin mühafizə etməsi və icra başçılarının cangüdən saxlamasıdır. Bir sıra rayonlarda İcra Hakimiyyəti başçısının yaşadığı evlərin ətrafında post patrul xidmətinin ən azı bir maşını, ya da 3 əməkdaşı dayanır.

    Muxalifet4 - 20-12-2019

  20. Dünən saxlanılan icra başçısı və müavini haqda HƏBS QƏRARI

    Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında həbs qətimkan tədbiri seçilib.

    Muxalifet4 - 20-12-2019

Pages