Azərbaycan ordusunun zabiti tabel silahı ilə özünü vurdu - NAZİRLİKDƏN AÇIQLAMA
13-07-2021 11:29
Baxış sayı:
863

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib. Bu barədə Müdafiə Nazirliyi bildirir.
Məlumatda qeyd olunur ki, hadisə “qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur”.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.