AVRO-2020: İTALİYA AVROPA ÇEMPİONU OLDU - VİDEO / Yenilənib

Baxış sayı:
10022

Oyunun əlavə vaxtında da qol vurulmayıb. Ekstra taymlarda qalib müəyyən edilmədiyindən, qalib penalti vuruşları ilə müəyyənləşib. İtaliya penaltilərdə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu oldu.

***

İkinci əlavə olunmuş 15 dəqiqə də bitdi. Matçda penatilər seriyası olacaq.

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununun əsas vaxtı başa çatıb. "Report"un məlumatına görə, komandaların 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib - 1:1.

qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qolu 2-ci dəqiqədə İngiltərə millisindən Lük Şou vurub. 67-ci dəqiqədə İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, əsas vaxt heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılacaq.

***

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununda növbəti qol vurulub. "Report"un məlumatına görə, 67-ci dəqiqədə İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

***

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. Qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.

İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

***

Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb. Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt

Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.