"PUTİNİ NARAHAT EDƏN ƏSAS MƏSƏLƏ BUDUR..." - ABŞ mediası yazır

Baxış sayı:
585

Rusiya hakimiyyətinin "Axilles dabanı"  heç də disidentlər deyil, iqtisadiyyatdır”

“Rusiya böyük ölkədir.Əhalisinin sayı 140 milyon olan Rusiyanın bu başından digər başına qədər olan zaman məsafəsi 10 saatdır. Əslində ruslar özünəməxsus bir xalqdır və onlar heç də həmişə hakimiyyətə kor-koranə tabe olmurlar. Əyalətlərdə məmurların rüşvətxorluğuna və talançılığına qarşı çoxsaylı nümayişlər və güclü etiraz aksiyaları nadir hadisə sayılmır”.

“AzPolitika.info”nun məlumatına görə, bu fikirlər ABŞ-ın “Newsweek” nəşrində dərc olunan məqalədə yer alıb. Məqalədə daha sonra bildirilir:

Rusiya necə bir ölkədir?

“Rusiyadakı çətin vəziyyəti heç də həmişə “demokratik metodlar”adlandırılan üsulların köməyilə həll etmək olmaz. Əgər geriyə boylanıb tarixə baxsaq görərik ki, SSRİ-inin dağılmasından sonrakı ilkin dövrdə Rusiyada “azadlıq və demokratiya” rejiminin qurulmasına cəhdlər olunub. Ancaq bu cəhdlərin nəticəsi iqtidarın “silah və kapital” oliqarxiyasının əlinə keçməsinə gətirib çıxardı. Rusiya cəmiyyətində bunu unutmayıblar. Hətta intelektualların indi “azadlıq və demokratiya” qışqırmalarına baxmayaraq, bu şüarlar Rusiya əhalisi içərisində ciddi qarşılanmır.

 

 

Rusiyalılar 2000-ci ilin əvvəllərini də xatırlayır. Valdimir Putin həmin vaxt yüksələn neft qiymətləri sayəsində ölkəyə gələn gəlirlərdən xalaqa da yaxşı pay vermişdi.

Rusiya monoetnik dövlət deyil. Bu imperiya 17-ci əsrdən genişlənməyə başlayıb. Vladivostok və ona bitişik olan Primorye diyarı Rusiyaya 1860-cı illərdə birləşdirilib.

Rusiyanın Qafqaz bölgəsində, Volqa sahillərində və Sibirdə məskunlaşımış çoxlu etnik azlıqlar var.İslam dininə etiqad edən Rusiya vətəndaşlarının sayı 15 milyondur. Belə bir ölkəni vahid monolit dövlətə çevrimək çox mürəkkəb işdir. Həyatın yaxşılaşacağı barədə hakimiyyətin verdiyi vədlərə Rusiyada az adam inanır. Ona görə də təhlükəsizlik orqanlarının əhalinin etiraz dolu əhval- ruhiyyəsinin qabağını almaqdan başqa çarəsi yoxdur.

Hələ 20-ci əsrdə deyilirdi ki, gələcək ABŞ və Rusiyaya məxsus olacaq. Sovet dövründə güman edilirdi ki, ABŞ və SSRİ dünyanı öz aralarında bölüblər. Ancaq Sovet İttifaqının dağılmasıyla ABŞ Rusiyaya qarşı oldu və “azadlıq və demokratiya”şüarları altında bir qütblü siyasət aparmağa başladı. Ümumi yekunda NATO (Rusiya üçün bu təşkilat ABŞ hərbi maşının sinonimidir) Rusiya sərhədlərinə gəlib çıxdı. Amerikan QHT-ləri isə Rusiyadakı hökumət əleyhinə siyasət yürüdən qurumlara hərtərəfli yardımlar göstərməklə onları hakimiyyətə qarşı fəaliyyətə yönəltdi.

İndi çoxları deyir ki, Rusiya iqtisadi çətinliklər keçirir. Amma buna baxmayaraq maqazlardakı məhsul bolluğu, iqtisadiyyatın rəqəmsallaşması və xidmət sahəsinə görə bu ölkə geridə qalmış sayılmır və hətta bəzi şeylərdə Yaponiyanı üstələyir. Yaponiya ilə müqayisdə Rusiyada smartfonlardan daha çox istifadə olunması faktdır. Ancaq iş ondadır ki, rusların istifadə etdikləri həmin məhsulların əksəriyyəti Rusiyada istehsal edilimir.

Texnologiya və “know-how” çatışmamazlığı

Hazırda Rusiyada neft hasilatının və taxıl biçiminin rentabelliyi yüksəkdir və ona görə də investisiyalar əsasən bu sahələrə qoyulur.

İstehlak məhsullarının buraxılması üçün lazım olan texnologiya və “know-how”-ya SSRİ dövründə olduğu kimi Rusiyada da biganə yanaşılır.

Qərbin sanksiyaları Rusiya üçün çoxsaylı problemlər yaradıb.Yarımkeçiricilər istehsalı olmadan Hərbi Sənaye Kompleksinin dayanıqlı inkişafını təmin etmək mümkün deyil. Qlobal “GPS” sisteminin Rusiya versiyası olan “ГЛOНAСС” sistemi öz xidməti müddətinin sonuna çatmış Rusiya peykləri üzündən artıq lazımı səviyyədə işləyə bilmir.

 

 

Bu ilin sentyabrında keçiriləcək parlament və 2024-cü ildə keçiriləcək prezident seçkiləriylə bağlı hökumət xalqın dəstəyini qazanmaq məqsədiylə iqtisadiyyatı stimullaşdırmaq və bütün sahələr üzrə müvafiq infrastruktur yaratmağa səy göstərir. Amma artan inflyasiya Putin administrasiyasına bu sahədə nəysə etməyə imkan vermir.

Siyasi sistemi və iqtisadiyyatı idarə edən Vladimir Putin çox yaxın vaxtda rus kişisinin orta yaş həddini adlayaraq 69 yaşını qeyd edəcək.

Rusiyanın Avropa hissəsində yaşayan ruslardan fərqli olaraq Uzaq Şərqdəki ruslar sanki özlərini rusiyalı hiss etmirlər. Ölkənin məhz bu cür dağınıq vəziyyətdə olması və ciddi iqtisadi çətinliklər Putin hakimiyyətini narahat edən ən böyük məsələdir.

Tərcümə etdi: Vaqif Nəsibov