Axtarış

The search found 105735 results in 0.047 seconds.

Search results

  1. JURNALİST BİNALARINDAN 20 MİLYON MANAT OĞURLANIB? - Vüqar Səfərlinin məhkəməsi başlayır

    Sabah ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

    Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.

    Muxalifet2 - 22-07-2021

  2. "Hava limanını Türkiyənin qoruması ABŞ üçün həyati əhəmiyyət daşıyır" - Dövlət müşaviri

    “Əfqanıstanın paytaxtı Kabuldakı hava limanının təhlükəsizliyini Türkiyənin təmin etməsi ABŞ üçün həyati əhəmiyyətə malikdir”.

    “Habertürk” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin xarici işlər üzrə müşaviri Viktoriya Nuland Senatın Xarici əlaqələr komitəsində keçirilən “ABŞ-ın Türkiyə siyasəti” adlı toplantıda bildirib.

    Muxalifet2 - 22-07-2021

  3. Millimizin üzvü “patı”dan öldü

    Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışov vəfat edib. 

    Muxalifet2 - 22-07-2021

  4. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR

    Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Muxalifet2 - 22-07-2021

  5. İcra başçısı yüz minlərlə manatı bu qalmaqallı şirkətə verdi

    Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində abadlıq işləri və mənzil fondunun əsaslı təmiri üzrə satınalma müsabiqlərinə yekub vurub. Manset.az xəbər verir ki, hər iki müsabiqənin qalibi “İnşaatçı-S” MMC olub.

    İcra hakimiyyəti abadlıq işlərinə görə şirkətə 203 895.93 AZN, mənzil fondunun əsaslı təmirinə görə isə 57 565.05 AZN ödəyəcək.

    Muxalifet2 - 22-07-2021

  6. Küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - FOTO / YENİLƏNİB

    Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

    "Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır".

    ***

    Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

    Muxalifet2 - 22-07-2021

  7. Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi

    Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

    Milli.Az aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

    "Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır", - deyə Paşinyan vurğulayıb.

    Muxalifet2 - 22-07-2021

  8. “Sedoy” ləqəbli narkotacir dəstəsi ilə ələ keçdi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

    Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.

    Muxalifet2 - 22-07-2021

  9. Şagirdə "Sinəni aç" deyən direktorla bağlı QƏRAR VERİLDİ

    Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi barədə aparılan araşdırmalar başa çatıb.

    Bu barədə Lent.az-a açıqlama verən Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov bildirib ki, rayonun Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayevlə bağlı səsləndirilən iddialar təsdiqini tapmayıb:

    “Məktəbin 8-ci sinif şagirdinin ailə üzvlərinin dedikləri prokurorluq orqanları tərəfindən araşdırılıb və qərar verilib ki, iddialar əsassızdır. Bu səbəbdən də direktor fəaliyyətinə əvvəlki illərdə olduğu kimi davam edəcək”.

    Muxalifet2 - 22-07-2021

  10. “NƏ STATUS, NƏ DAĞLIQ QARABAĞ...” - "Dəqiq bilirik orada nə qədər adam yaşayır, Xankəndini də, dəhlizi də görürük" / TAM MƏTN

    "Biz erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq"

    "Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər...Bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib"

    "Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi"

    Muxalifet2 - 22-07-2021

  11. “Erməni generalları arasında nazir olmaq istəyənlər azdı” - Arutyunyan niyə istefa verdi?

    Ermənistanda parlament seçkisi geridə qalarkən və Nikol Paşinyan mövqeyini yenidən gücləndirərkən müdafiə naziri Vaqarşak Arutyunyan qəfil istefa verdi. Bunun səbəbi nədir?

    Politoloq Elxan Şahinoğlu bildirir ki, əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi.

    Muxalifet2 - 22-07-2021

  12. MÜƏLLİMLƏRİN İŞƏ QƏBULUNDA BİABIRÇILIQ... - Təhsilə aidiyyəti olmayan sualları imtahana kimlər salır?

    Azərbaycan təhsilinin sovet dönəmindən sonrakı islahatlar dövrünün 1-ci mərhələsi AXC hakimiyyəti illərində başlasa da, əsasən kurikulumun tətbiqi ilə davam etdi və onun ağlar günə qalması da elə bundan sonraya təsadüf etdi. Hansı ki, islahatların davamı şagirdlərdən sonra müəllimlərin də işə qəbul mexanizmlərinin dəyişdirilməsinə qədər genişləndi. Beləliklə, təhsilimizin müəmmalı xarakteristikasına müəmmalı reformist xüsusiyyətlər də əlavə olundu.

    Muxalifet2 - 24-07-2021

  13. Nazir müəllimlərin imtahan sualları ilə bağlı narazılığa MÜNASİBƏT BİLDİRDİ

    "2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq".

    Bunu Təhsil naziri Emin Əmrulllayev öz feysbuk hesabında yazıb.

    Nazir bildirib ki, bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq:

    "Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq". 

    Muxalifet2 - 24-07-2021

  14. “Naxçıvan sərhədində baş verənlərdən narahatıq” - ATƏT və ABŞ Dövlət Departamentindən AÇIQLAMA

    “ATƏT Sədərək-Arazdəyən bölgəsində son vaxtlar baş verən hadisələrdən narahatdır”.
     
    Təşkilat Ermənistanın Factor.am portalının sorğusunu cavablandırarkən bunu bildirib.
     
     “Tərəfləri sakit və təmkinli olmağa, təxribat xarakterli hərəkətlərdən çəkinməyə və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə danışıqlara qayıtmağa çağırırıq”, - təşkilatın mətbuat xidmətinin cavabında deyilir.
     
    ABŞ Dövlət Departamenti də nəşrin sorğusuna eyni cavabı verib:
     

    Muxalifet2 - 24-07-2021

  15. Müdafiə nazirinin müavinlərinin sayı artdı - SİYAHI

    Azərbaycanda müdafiə nazirinin müavinlərinin sayı artıb. İyulun 23-də Prezident İlham Əliyevin ali hərbi vəzifələrə təyinatlarla bağlı imzaladığı sərəncam belə deməyə əsas verir.

    İlham Əliyevin sərəncamı ilə general-mayor Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.

    Bununla müdafiə nazirinin müavinlərinin sayı 6-a çatır.

    Bu zamana qədər müdafiə nazirinin müavinləri belə sıralanırdı:

    Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi,

    Muxalifet2 - 24-07-2021

  16. DÖVLƏT XİDMƏTİNİN İDARƏ RƏİSİ HƏBS OLUNDU - General-polkovnikin bacısı oğludur / Yenilənib

    Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

    SHXÇDX-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

    Muxalifet2 - 24-07-2021

  17. Ərdoğanın köməkçisindən Allahşükürə şapalaq kimi cavab - DİPLOMATİK SAVAŞ

    “Demək ki, İran Ermənistana silah, Azərbaycana isə fitva göndərirmiş. Amma Xamaneinin fitvası Xamaneinin silahını məğlub edibmiş”.
     
    Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın baş müşaviri Mücahit Küçükyılmaz özünün Tvitter hesabında bu sözləri paylaşıb.
     

    Muxalifet2 - 24-07-2021

  18. İRANDA ETİRAZLAR TƏBRİZƏ SIÇRADI... - "Azərbaycan!" şüarı / VİDEO

    İranın Xuzestan vilayətində su qıtlığına və digər sosial problemlərə görə günlərdir davam edən etirazlar Cənubi Azərbaycana - Təbriz şəhərinə də sıçrayıb.

    Virtualaz.org xəbər verir ki, bu gün iyulun 24-də Təbriz küçələrinə çıxan azərbaycanlılar Xuzestan sakinlərinin etirazlarına dəstək ifadə ediblər və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silah işlətməsini pisləyiblər. Habelə azərbaycanlılar “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər.

     

    Muxalifet2 - 24-07-2021

  19. Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - BİLET 25 MİN AVRODAN BAŞLAYIR... / FOTO

    Bodrumun cənnət güşələrindən birində yerləşən, dünyanın ən bahalı otellərindən olan özəl “Villa Maçakızı” villa-otelində (giriş məhduddur, ancaq xüsusi sifarişlə mümkündür) dünya elitasının, yaxud yüksək təbəqə (high society) nümayəndələrinin iştirakı ilə qala gecəsi keçirilib.

    Bu dəbdəbəli axşam yeməyinin və qala gecəsinin iştirakçıları arasında Azərbaycandan olan zənginlər də yer alıb. Bu haqda Türkiyənin “Sabah” qəzeti yazır.

    Muxalifet2 - 25-07-2021

  20. KƏLBƏCƏRDƏ ATIŞMA DAVAM EDİR - Rəsmi açıqlama

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

    Muxalifet2 - 26-07-2021

Pages