PANDEMİYA DÖVRÜNDƏ AZAL-a 215,5 MİLYON MANAT ÖDƏNİLİB – Qubad İbadoğlu: “Korrupsionerlərin gözü doyur ki…”

Baxış sayı:
1043

Xəbər verildiyi kimi, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə  muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün 245,9 milyon manat,  fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 112,2 milyon manat vəsait xərclənib. Muxalifet.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu hakimiyyətin bu məsələdə də ədalətsizliyə yol verdiyini bildirir:
“Görün, 190 manatı işsizə, kasıba, yoxsula qıymayan hakimiyyət AZALa münasibətdə necə əlaçıqlıq edir. Hesablama Palatasının rəyində  bildirilir ki, pandemiya dövründə  “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL)  215,5 mln. manat, Milli Aviasiya Akademiyasına isə 15 mln. manat  ödənilib.
Təsəvvür edirsinizmi, yalnız bir şirkətə - AZAL-a verilən dəstək 110 minə qədər fərdi (mikro) sahibkarlara verilən dəstəkdən 2 dəfəyədək çoxdur və ya AZAL dəstək proqramı çərçivəsində müxtəlif şirkətlərdə çalışan 250 minədək muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün verilən dəstəyin 87,6 faizi qədər əlavə vəsait əldə edib.
Pandemiya ilə əlaqəli heç bir tədris müəssisəsinə birbaşa dəstək göstərilmədiyi halda Milli Aviasiya Akademiyasına 15 mln. manat birbaşa ödəniş olub.
Baxın, AZAL işçilərin maaşlarının, sərnişinlərə satdığı və icra etmədiyi uçuşlara görə köhnə biletlərin dəyərini də geri ödəmir, yeni biletləri də od qiymətinə satır, hələ bütün bunlar azmış kimi   büdcədən 215,5 milyon manat vəsait alır?
Sonra da deyirlər ki, uşaqlara verməyə pul yoxdur, korrupsionerlərin  gözü doyur ki, uşaqlara da pul qalsın”.
Muxalifet.az