“AQŞİN MƏMMƏDOVDAN ŞİKAYƏT ETDİYİM ÜÇÜN KOMBAYNIMI ƏLİMDƏN ALDI” - ““Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri haqda ölkə başçısına şikayət / FOTOLAR

Baxış sayı:
1543

Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovdan şikayət edən B.Əhmədovun məktubunu olduğu kimi dərc edirik:
““Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib, mənimlə prinsip apardığı üçün, istifadəmdə olan SAMPO markalı kombaynı əlimdən almışdır. Hansı ki, mən həmin kombaynı qanunu sənədlərələ, liznq yolu ilə götürüb, istifadə edib ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə olunacağımı bildirib, həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub, sağalıb işə qayıtmaq istəyəndə mənə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Hansı ki, həmin kombaynı mən özüm işlətməliyəm, təmirinə pul xərcləmişəm.
Mənim kimi tərcübəli qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir. Aqşin Məmmədov dövlət maraqlarını şəxsi mənafeyinə qurban verib, kənd təsərrüfatına belə ziyanlar vurur.
Mən 1984-cü il tarixdən kombayn sürürüəm. Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam. İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm. Qeyd edim ki, "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun qanunsuz əməlləri barədə əvvəllər şikayət etdiyim üçün, o, mənimlə prinsip və qərəzçilik aparır. Bu səbəbdən də mənim xəstələnməyimdən, müalicəyə getməyimdən və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, istifadəmdə olan kombaynı əlimdən qanunsuz yolla alıb, başqasına vermişdir.
Hazırda taxıl biçimi mövsümü başlayıb. Aqşin Məmmədov bunu etməklə mənim ailəmi çörəksiz, işsiz qoymuşdur.
Mənim atam Abbas Əhmədov sovetlər dönəmində qabaqcıl mexanizator olub deyə, onu buna görə təltif ediblər. Ona qırımızı diplom verilib. Sovet dönəmində mexanizatorların yarışmasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib, çörəyimizi qazanmışıq.
Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708  saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub. Mən buna görə fəxr edirəm.
Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.
Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar getməlidir, dövlətin vəsaitini isə Aqşin Məmmədov kimi neqativ ünsürlər talan etməlidr. Hətta pambıq yığan kombaynı mənə təmir etdirib, başqasına verdilər. Hətta təmir üçün pul xərcləsəm də, ödəmədilər. Belə saxtakarlıqda, özbaşınalıqda Aqşin Məmmədov artıq peşəkar olub.
Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, “sən hara şikayət etsən baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur”.
Qeyd edim ki, Prezident cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır, nazir cənab İnam Kərimov isə həmin sərəncamaların icrası üçün əlindən gələni edir. Ancaq Aqşin Məmmədov kimiləri öz şəxsi mənafeyinə görə kənd təsərrüfatına küllü miqdarda ziyan vururlar. Onun fəaliyyəti obyektiv araşdırılarsa, bu fakt təsdiqini tapacaq. Zərurət var ki, Aqşin Məmmədovun iş fəaliyyəti obyektiv təftiş edilib, qanunu tədbirlər görülsün.
Prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovdan xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb, mənə qarşı qanunsuzluq etmiş "Aqrolizin" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun fəaliyyətini obyektiv təftiş edib, barəsində ciddi tədbirlər görəsiniz, əlimdən qanunsuz yolla alınmış kombaynımı özümə qaytarılmasını təmin edəsiniz”.

Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.