“İDARƏ MÜDİRİ ONDAN ŞİKAYƏT ETDİYİM ÜÇÜN MƏNİ ÖLÜMLƏ HƏDƏLƏTDİRİR” – Şikayət / SƏS YAZISI

Baxış sayı:
390

Ucar rayonu, H.Əliyev prospekti, ev 136-da yaşayan Şirinov Raqif Ayaz oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi bildirir ki, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun onu ölümlə hədələtdirir:

“Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri barədə video və foto faktlarla şikayət etdikdən sonra, məni ölümlə hədələtdirir və nalayiq söyüşlərlə məni təhqir etdirir.
Belə ki, Həsən Qasımovun barəsində video və fotofaktlarla şikayət etdikdən sonra, 29 may 2021-ci il tarixdə onun kürəkəni "Azərişıq" ASC-nin yüksək vəzifəli əməkdaşı Səlimov Zaur Qurban oğlu mənə dəfələrlə zəng edərək ölümlə hədələdi və nalayiq şəkildə söyüb təhqir etdi. Bunu təsdiq edən səs yazısını sizə təqdim edirəm.
Mən bu barədə 102 xidmətinə zəng edib məlumat verdikdən sonra, Ucar Rayon Polis Şöbəsinin Yusif adlı zabit əməkdaşı mənim izahatımı aldı. Həmin vaxt Zaur Səlimov mənə zəng edəndə Yusif adlı polis zabiti mənim telefonuma gələn zəngə cavab verdi. Zaur Səlimov məni və polis zabitini nalayiq söyüşlərlə təhqir etdi.
Həmçinin, Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun oğlu Ucar Melioraservisdə mühəndis işləyən Nicat Qasımovda mənə dəfələrlə zəng edib ölümlə hədələdi, nalayiq söyüşlərlə təhqir etdi.
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov və onun ailə üzvləri dövlət qanunlarını saya salmırlar. Çünki onlar dövlətin ayrdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan edib cəzasız qaldıqları üçün azğınlaşıblar.
Mən 25 may 2021-ci il tarixdə video faktlarla Həsən Qasımovun korrupsiya əməllərini ifşa etdim.
Belə ki, 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam. Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb, iribuynuzlu heyvanlar saxlatdırır. Videoda görünən yonca otu idarənin texnikalarına yığılaraq həmin fermaya daşınır. Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur. O, Həsən Qasımovun şəxsi təsərüfatında işlərə cəlb edilib. Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib, yonca əkmişdir.  
Bu, korrupsiya cinayətidir ki, Həsən Qasımov həyata keçirir. Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır.
Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova və digər orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir. Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Şirə kanalları lildən, kol-kosdan, qamışdan təmizlənmir deyə rayon torpaqları dahada şoranlaşıb məhv olur. Bütün işlər sənədlər üzərində saxtalaşdırılmaqla aparılır.
Mən hüquq mühafizə orqanlarından xahiş edirəm, şikayət ərizəmi mənim iştirakımı təmin etməklə yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan məni ölümlə hədələyən və nalayiq sözlərlə söyüb təhqir edən Həsən Qasımovun, onun ailə üzvüləri oğlu Nicat Qasımovun və kürəkəni Səlimov Zaur Qurban oğlunun barəsində tədbirlər görülməsinə tapşırıq verəsiniz. Qeyd edim ki, adı çəkilən hər üç nəfər vəzifəli şəxslərdir”.

Həsən Qasımov


Zaur Səlimov
 
Muxalifet.az
 
Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.