Rusiyada hərbi kompleks oğurladılar - 72 TON ÇƏKİSİ VAR

Baxış sayı:
1044

Peterburq Qarnizon hərbi məhkəməsi Leninqrad vilayətində "Pantsir-2PU" hərbi kompleksinin itməsi barədə qərar çıxarıb.

Bu haqda məlumatı lenta.ru yayıb.

72 ton ağırlığında olan kompleks zenit raket sisteminin qoruyucu hissəsidir. Özəl bir şirkətə icarəyə verilib, lakin 2020-ci ilin fevralında hərbi polisin və hərbi prokurorluğun  zabitləri kompleksi şirkətin ərazisində, haradakı olmalı idi, tapa bilməyiblər.

İtki ilə bağlı hərbi-texniki əmlak anbarının rəisi Yuliya Samoxvalovanı günahlandırıblar. Məhkəmədə o, kompleksin mövcudluğunu yoxlamaq imkanı olmadığını söyləyib, çünki o, onun xidmət yerindən çox uzaqda olub, özəl şirkətin mühafizəsinin isə "Pantsir-2PU"nun mühafizəsini təmin etmək imkanı olmayıb. Amma…

Onu günahkar olaraq tanıyıblar və 447 min rubl (hərbi kompleks bu məbləğdə qiymətləndirilib) toplayıb, itkinin dəyərini ödəməsi barədə qərar çıxarıblar.

"Pantsir"in özünü isə axtarmaqda davam edirlər və itki faktı ilə əlaqədar cinayət işi başlanılıb./Virtualaz.org