Axtarış
The search found 105739 results in 0.057 seconds.
Search results
Məktəblərdə əyani tədris bərpa edilir: Şagirdlər də peyvənd olunacaq? - VİDEO
“Koronavirusa qarşı istehsal edilən peyvəndlər 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Qaydalar və tövsiyələrdə uşaqların peyvənd olunması məsləhət görülmür”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, indiki mərhələdə məktəblilərin peyvənd olunması gündəmdə deyil:
Muxalifet2 - 8-05-2021
"Polad Bülbüloğlu bu gün də Azərbaycan üçün çalışmır..." - POLİTOLOQ
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda saxta “soyqırım abidəsi”ni ziyarət etməsi, verdiyi açıqlamalar və s. göstərir ki, onun Bakı səfəri heç də xoş əhval-ruhiyyədə keçməyəcək. Analitiklər də Lavrovun İrəvandan sonra Bakı səfərinin təzyiq xarakterli olacağını ehtimal edirlər.
Muxalifet2 - 9-05-2021
Azərbaycanda mayın 16-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən Ramazan bayramı ilə əlaqədar 1 həftə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Muxalifet2 - 9-05-2021
Lukaşenko öldürülsə hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək - FƏRMAN
Belarus prezidenti Aleksandr Lukaşenko “Suverenliyin və konstitusion quruluşun müdafiəsi haqqında” fərman imzalayıb. Fərmana əsasən dövlət başçısı həlak olsa hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək.
Sənəddə prezidentin sui-qəsd, terror aktı, xarici hərbi təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində həlak olması halında hakimiyyətin Təhlükəsizlik Şurasına keçməsinin proseduru göstərilir. Habelə fərmana əsasən Belarusun baş naziri Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəcək.
Muxalifet2 - 9-05-2021
Fransada azərbaycanlı mühacirləri qanunsuz işlərə cəlb edən qruplaşma aşkarlandı - 12 NƏFƏRLİK DƏSTƏ MİLYONLARLA AVRO QAZANIB
Fransanın şimal-qərbindəki Rannes şəhərində Azərbaycandan gedən mühacirləri qeyri-leqal çalışdıran və onların hesabına milyonlarla avro qazanan mütəşəkkil qruplaşmaya qarşı əməliyyat keçirilib. Virtualaz.org “Euronews”a istinadən xəbər verir ki, 12 nəfərlik qruplaşmanın 3 üzvü barəsində həbs qətimkan tədbiri çıxarılıb, qalanları polis nəzarətinə verilib.
Muxalifet2 - 9-05-2021
Azərbaycanda 6 nazirlik, 4 komitə ləğv edilir - BİR ÇOX MƏMUR VƏZİFƏSİNİ İTİRƏCƏK
Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.
Muxalifet2 - 9-05-2021
Институт Билла Гейтса так и написал: в Азербайджане умирает больше всего людей от коронавируса
Muxalifet2 - 9-05-2021
Rusiyada səhiyyə naziri itkin düşüb
Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb. Bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.
Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.
Muxalifet2 - 9-05-2021
Çoxsaylı İran kateri ABŞ sualtı gəmisinə hücum etdi - VİDEO
İranla ABŞ arasında Hörmüz boğazında daha bir təhlükəli insident yaşanıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun çoxsaylı sürətli katerləri sürü halında Birləşmiş Ştatlar donanmasının USS Georgia atom sualtı qayığının ətrafında təhlükəli manevrlər edib. Sualtı qayığın “Tomoqavk” raketləri daşıdığı bildirilir. İnsident sualtı qayıq bir neçə suüstü döyüş gəmilərinin müşaiyəti ilə Hörmüz boğazından keçdiyi vaxt baş verib. Qayığı ABŞ donanmasının 6 gəmisinin müşaiyət etdiyi bildirilir.
Muxalifet2 - 11-05-2021
Görkəmli rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat etdi - 15 GÜNDÜR MÜALİCƏ ALIRDI
Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.
Türkiyə KİV-ləri xəbər verir ki, rəssam 4 ildir Türkiyənin Aydın bölgəsinin Karacasu Bələdiyyə başqanı Zeki İnalın dəvəti ilə rəsm işləri üçün Karacasu rayonuna getmişdi və orada işləyirdi. O, aprelin 25-də koronavirus diaqnozu ilə Nazilli dövlət xəstəxanasına yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq rəssam bu gün mayın 11-də vəfat edib.
Muxalifet2 - 11-05-2021
“FORBES” TÜRK HƏRBİ SƏNAYESİNİN YENİ UĞURUNDAN YAZDI - Uçan snayper / VİDEO
Türkiyənin silah istehsalçıları zirehli transportyorun üstündən havaya buraxılan və elə həmin transportyordan da idarə edilən silahlı dronu nümayiş etdirib. Bu, Türkiyənin dronlar sahəsində hökmdarlığa can atmasında sonuncu addımlardan biridir.
Bu sətirlər nüfuzlu “Forbes” jurnalının Türkiyə hərbi sənayesinin işləyib hazırladığı “Songar” silahlı dronu barədə məqaləsindən götürülüb.
Muxalifet2 - 11-05-2021
“BAYDENİN AQRESSİVLİYİ ÇİN VƏ RUSİYANI BİRLƏŞDİRƏ BİLƏR...” – “Bu, istənilən qüvvə üçün qorxulu yuxuya çevriləcək”
“G7” ölkələrinin xarici işlər nazirlərinin üç günlük toplantısı zamanı ABŞ dövlət katibi Entoni Blinken dünyaya belə bir mesaj göndədrdi: “ABŞ Çinə təzyiq göstərməyə cəhd göstərmir, lakin beynəlxalq nizam qaydalarını müdafiə etmək və həmçinin də Sinzyan, Honkonq və Tayvan məsələlərinin həll olunmasını istəyir.
Muxalifet2 - 11-05-2021
Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayılıb – VİDEO
Rusiyanın Kazan şəhərindəki təhsil müəssisəsinə edilən silahlı hücum zamanı çəkilən videogörüntülər yayılıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, görüntülər məktəbin sinif otaqlarının birində qeydə alınıb.
İnsident nəticəsində 9 nəfər öldürülüb, 21 nəfər yaralanıb.
Hadisə ilə bağlı Tatarıstanda matəm elan olunub.
Muxalifet2 - 11-05-2021
RUSİYA QANUNSUZ HƏRBİ YÜKÜ İRƏVANA NECƏ GÖNDƏRDİ? - Növbəti pirat əməliyyatın detalları
Gürcüstan gömrükçülərinin Rusiyadan Ermənistana humanitar yardım adı altında göndərilən hərbi xarakterli yükü buraxmaması haqda xəbər vermişdik. Söhbət 2 min ədəd güllə keçirməyən gödəkcədən (“bronejilet”) gedir.
Muxalifet2 - 11-05-2021
Sumqayıtda gecə saatlarında ağaclar məhv edilib
Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.
Ərazidə yaşayan sakinlərin etirazından sonra həmin şəxslər oranı tərk ediblər. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.
Muxalifet2 - 12-05-2021
“ZƏNGƏZUR DƏHLİZİ AÇILMASA, LAÇIN KORİDORU BAĞLANA BİLƏR...” - “Təhlükə olarsa, Türkiyə daha aydın şəkildə bölgədə görünəcək”
Fazil Mustafa: “Rusiya sülhməramlılarının müəyyən davranışları, Laçın dəhlizindən terrorçuların sızması bizi qıcıqlandırır”
Muxalifet2 - 12-05-2021
Pandemiya ilə mübarizədə inək nəcisindən istifadə olunur... - HƏKİMLƏR ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ
Hindistanda həkimlər ölkə sakinlərini Covid-19 infeksiyası ilə mübarizə üzrə təcrübədə inək nəcisinə bel bağlamaqdan çəkinməyə çağırıblar.
Mütəxəssislərin bildirdikləri kimi, bu «profilaktik üsulun» effektliliyi barədə elmi sübutlar yoxdur və ondan istifadə digər xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu barədə mayın 11-də «Röyter» agentliyi xəbər verib.
Muxalifet2 - 12-05-2021
“BU HƏLƏ BAŞLANĞICDIR...” - HƏMAS raket yağdırır, İsrail vurur
İsraillə Qəzza sektoruna nəzarət edən HƏMAS arasında müharibə davam edir. Son məlumatlara görə, HƏMAS İsrail ərazisinə ötən gün ərzində yüzlərlə raket atıb. İsrail ordusu da Qəzza sektorunda əsasən HƏMAS-ın hərbi qanadının liderləri, silah anbarları, qruplaşmanın qərargah binaları və s. olmaqla onlarla hədəfə zərbələr endirib. Hər iki tərəfdən ölənlərin sayı artır.
Muxalifet2 - 12-05-2021
İsrail HƏMAS kəşfiyyatının əsas fiqurlarını məhv etdi
İsrail ordusu (IDF) Fələstinin HƏMAS radikal hərəkatının iki əsas kəşfiyyatçısını öldürüb. Bu barədə məlumat “IDF”in tvitter səhifəsində bu gün yerləşdirilib.
“Döyüş təyyarələrimizin və təhlükəsizlik xidmətlərinin köməyi ilə HƏMAS kəşfiyyatının əsas üzvlərini – HƏMAS hərbi kəşfiyyatının təhlükəsizlik şöbəsinin müdiri Həsən Kaucini və onun müavini, əks kəşfiyyat şöbəsinin müdir Vail İsunu neytrallaşdırmışıq”, - tvitdə deyilir.
Muxalifet2 - 12-05-2021
“Fələstinlilər 44 günlük Vətən Müharibəsində ermənilərə qələbə arzulayıb”
"1990-cı illərin əvvəllərindən həmişə yalnız müsəlman olduqları üçün fələstinliləri müdafiə etdik. Məhz onlara görə bu günə qədər İsraildə səfirlik açmadıq. Bu illər ərzində onlarla dəfə Fələstin xalqına maddi, mənəvi dəstək göstərdik. Əvəzində Yasir Ərəfatdən tutmuş Mahmud Abbasa qədər hamısı Qarabağda azərbaycanlıların qanını tökmüş erməni terrorçularını müdafiə etdilər".
Muxalifet.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində hüquqşünas Aslan İsmayılov deyib.
Muxalifet2 - 12-05-2021