Axtarış

The search found 105739 results in 0.037 seconds.

Search results

  1. "Bu vəziyyət Türkiyəni Qara dəniz regionunda daha önəmli hala gətirir” - POL QOBL

    Pol Qobl Rusiya və Avrasiya üzrə tanınmış mütəxəssisdir. O, həmçinin vaxtilə ABŞ Dövlət Departamentinin xüsusi müşaviri olub və Mərkəzi Kəşfiyyat İdarəsinin anlaitik eksperti işləyib.

    Yaxın günlərdə “Amerikanın Səsi” radiosunun türk redaksiyasının müxbiri Mehmet Toroğlu Pol Qobldan mühüm müsahibə götürüb. Bu barədə Türkiyənin “Cumhuriyet” qəzətində dərc olunan məqalədə məlumat verilib. 

    Məqalədə qeyd olunur ki, P.Qoblun əsas tezisləri aşağıdakılardır:

    Muxalifet2 - 18-05-2021

  2. Rüfət Muradov Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında öldü - RƏSMİ AÇIQLAMA

    Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

    Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 17-də səhər saat 08:50-də səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib .

    Muxalifet2 - 18-05-2021

  3. ABŞ-ın 60 MİN NƏFƏRLİK GİZLİ ORDUSU ÜZƏ ÇIXDI - Bu ölkələrdə fəaliyyət göstərir...

    ABŞ Müdafiə Nazirliyi ötən 10 il ərzində təxminən 60 min nəfərlik gizli, maskalanmış qoşun yaradıb. Həmin qoşun dünyanın bir çox ölkələrinə səpələnib, o cümlədən İran və Rusiya kimi ölkələrdə yerləşib.

    Bu barədə nüfuzlu “Newsweek” jurnalının araşdırmasında deyilir. Jurnal gizli qoşunu iki ilə yaxın davam edən araşdırması nəticəsində üzə çıxardığını bildirir. Araşdırma zamanı həmin gizli proqramın bir çox iştirakçılarından müsahibələr ötürülüb, habelə müdafiə sahəsində işləyən məsul şəxslərdən məlumatlar alınıb.

    Muxalifet2 - 18-05-2021

  4. DMANİSİDƏ POLİS SƏDDİ YARILDI - İnsanlar rayona axın edir...

    Bir neçə saatdır Dmanisinin girişində gözləyən böyük bir kütlə polis səddini yararaq rayona daxil olmağa çalışır.

    Aktual.ge xəbər verir ki, təhlükəsizlik səbəbi ilə başqa bir qrupu Dmanisi rayonuna buraxmayan hüquq-mühafizə orqanları onların qarşısında gücsüz qalıb.

    Sözügedən kütlə jurnalistlərə də hücum edib, birinci kanalın əməkdaşlarına xəsarət yetirib habelə onların avadanlıqlarına ziyan vurub.

    Rayona daxil olmaq istəyən kütlə bir avtomobili isə dəyənəklərlə darmadağın ediblər.

    Muxalifet2 - 17-05-2021

  5. DMANİSİDƏ SVANLARLA AZƏRBAYCANLILAR ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB – Nazirlik açıqlama yaydı

    "16 may axşamı Dmanisi şəhərində vətəndaşlar arasında daxili zəmində başlayan qarşıdurma, təəssüf ki, əhalinin müəyyən qrupları arasında qarşıdurmaya çevrildi. Hadisədən sonra bütün aidiyyati dövlət qurumlarından müvafiq cavab alındı ​​və hüquq-mühafizə orqanları səlahiyyətlərinə uyğun olaraq gərginliyi azaltmaq üçün müvafiq addımlar ataraq qanuni tədbirlər gördülər".
    Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin Dmanisidə baş verənlərlə və barışın elan edilməsinə dair yaydığı bəyanatda bildirilib.

    Muxalifet2 - 18-05-2021

  6. MURAD DADAŞOV XƏZƏR TV-DƏN AYRILIB? - Onun istefa verdiyi iddia olunur...

    Murad Dadaşov Xəzər TV-dən işdən ayrılıb.

    Konkret.az-a bu barədə televiziyadakı mənbələr məlumat verib. Onun öz ərizəsilə işdən kənarlaşdığı deyilir.

    “M Group Production”dan məlumatı təsdiqləyiblər.

    Xəzər TV-dən verilən açıqlamada isə M. Dadaşovun istefa vermədiyi, işinin başında olduğu bildirilib. Qeyd edək ki, Murad Dadaşov martın 5-i 2020-ci ildə Xəzər TV-nin baş direktoru təyin edilib.

    Azadinfo.az-a daxil olan məlumata görə isə, M. Dadaşovun istefası ilə bağlı qərar sabah dəqiqləşdiriləcək.

    Muxalifet2 - 17-05-2021

  7. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri İlham Əliyevə zəng vurdu - QARAGÖL ƏTRAFINDAKI VƏZİYYƏT MÜZAKİRƏ EDİLDİ

    17 may 2021-ci il tarixində axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

    Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

    Muxalifet2 - 18-05-2021

  8. RASİM MƏMMƏDOVUN BACANAĞI ÖZÜNÜ ÖLDÜRDÜ - Elşən Rəhimov xaricdən yenicə qayıtmışdı...

    Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən “Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.

    Bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.

    O bildirib ki, E.Rəhimov illər öncə elə “Baku Steel Company”də bacanağı R.Məmmədovla işləyib. Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb.

    Muxalifet2 - 18-05-2021

  9. GÜRCÜSTANIN BU “OYUNU” YENİ DEYİL… - Dövlət oyununa dövlət cavab verməlidir

    Gürcüstanda baş verənlər sıradan bir xuliqanlıq işləkləri deyil, dövlət oyunudur. Belə hoqqaların çoxsaylı nümunələri var. İrəvanda, Qarabağda hər şey  bu kimi dövlət oyunlarından başladı və yavaş-yavaş, addım-addım irəlilədi.  Əvvəlcə İrəvanı türklərdən təmizlədilər, sonra bütün Ermənistan boyu sürüb atdılar. Mərhələ Qarabağa keçdi. Qarabağda olanları anlatmağa nə hacət? Hamınız şahidsiniz. Hər şey İrəvandakı kimi xırda xuliqanlıqdan başladı.

    Muxalifet2 - 18-05-2021

  10. DMANİSİ OLAYLARININ PƏRDƏARXASI - Svanlar təxribatçı qrupların əlində vasitəyə çevrilib

    16 may 2021-ci il tarixində Gürcüstanda, soydaşlarımızın kompakt yaşadığı Dmanisi rayonunda baş verən qarşıdurma təsadüf hesab olunmamalıdır. Ölkə rəsmilərinin müdaxiləsi və iştirakı ilə artıq tərəflər – azərbaycanlılarla svanlar arasında barışıq əldə olunsa da, yaxın zamanda analoji problemin yaranmayacağına kimsə zəmanət verə bilməz. Çünki, qeyd etdiyimiz kimi, bu, adi xuliqanlıq hadisəsi deyil.

    Muxalifet2 - 18-05-2021

  11. "Bu konfliktin aradan qaldırılmasında hökumət maraqlı deyil" - AZƏR SÜLEYMANOV

    "Bu gün (17 may) məsələ ilə yaxından tanış olmaq üçün Dmanisə getmək istəsək də, polislər yolu bağlamışdı, çıxışa icazə verisə də, rayona girişə icazə verilmədiyinə görə bir qədər gec getdik".

    Bu sözləri Axar.az-a müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü, parlamentin sabiq deputatı Azər Süleymanov Dmanisi rayonunda baş verənləri şərh edərkən söyləyib

    Onun sözlərinə görə, baş verənlər bugünün konflikti deyil:

    Muxalifet2 - 18-05-2021

  12. ​“İvanişvili rejimi cinayətkar dəstələrə toxunulmazlıq verib” – GÜRCÜ SİYASƏTÇİDƏN DMANİSİ HADİSƏSİ HAQDA SƏRT AÇIQLAMA

    "Şiddətə saatlarla baxdığımızda polis niyə xilaskar rolunda olmalı idi? İnsanlar çubuqlar, dəyənəklər və çəkiclərlə bir-birini təqib edirdilər. Bütün bunlar polis nəzarəti altında baş verirdi - bu ən pis mənzərədir".
    Bununla bağlı müxalif "Avropalı Gürcüstan" partiyasının sədri Qiqa Bokeria Dmanisidəki hadisələri qiymətləndirərkən jurnalistlərə açıqlamasında söyləyib.
    Onun sözlərinə görə, Bidzina İvanişvili rejimi zorakılığa, cinayətkar dəstələrə və küçələrə meylli gəncləri müttəfiq edir və sonra onlara toxunulmazlıq verir.

    Muxalifet2 - 18-05-2021

  13. BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ ƏMƏLİYYAT... - Baş Prokurorluq həbs edilənlərin adlarını açıqladı / SİYAHI

    Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.Birgə məlumatda deyilir:

    "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Muxalifet2 - 18-05-2021

  14. “Gürcüstan hakimiyyətində qarşıdurmanın böyüməsində maraqlı qüvvələr olub” – PÜNHAN MƏMMƏDOV

    “Borçalı bizim tarixi vətənimizdir və orada yaşayan hər bir soydaşımız öz vətənini qorumaq üçün sonadək mübarizə aparmaq əzmindədir”

    Muxalifet2 - 18-05-2021

  15. Deputat arağını şəhidin adına yaradılmış bulaqda soyudub? - AÇIQLAMA / YENİLƏNİB

    “Bəzi media orqanlarında haqqımda yayılan görüntülər saxtadır və mənə qarşı həyata keçirilən böhtan kampaniyasıdır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir. Mənim də iştirakım olmaqla Güləbird kəndində tədbir təşkil olunub. AZTV-nin, ARB-nin, Real TV-nin əməkdaşları da reportaj hazırlamaq məqsədilə orada olublar.

    Muxalifet2 - 19-05-2021

  16. 300 MİNLİK MÜQAVİLƏDƏ VERGİ SAXTAKARLIĞI - Zaur Hüseynovdan şübhəli tender əməliyyatı

    “Bakı Metropoliteni" QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tenderin qalibi “Bakı Yastıq Zavodu” ASC olub.

    Satınalma müqaviləsinin maliyyə dəyəri 272 580 AZN-dir.

    Muxalifet2 - 18-05-2021

  17. “1 manat rüşvətin olmadığı” gömrükdəki həbslər nəylə bağlıdır? - “BİZ ŞOU DÜZƏLTMİRİK” DEMİŞDİ, ANCAQ...

    Dəfələrlə Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki saysız-hesabsız çatışmazlıqlar, bunun ümumilikdə iqtisadiyyatımıza, ölkənin sahibkarlıq və rəqabət mühitinə vurduğu ziyanlarla bağlı yazılar dərc etmişik. 

    Muxalifet2 - 19-05-2021

  18. Xəzərdə nəhəng tanker neft buruğu ilə toqquşdu - 4.5 MİN TON QAZ-KONDENSATLA BAKIYA GƏLİRDİ... / FOTO

    Xəzər dənizində Rusiyaya aid nəhəng tanker neft buruğu ilə toqquşub. “Baza” Telegram-kanalı bu haqda yazır.

    Məlumata görə, “Konstruktor Jivotovski” tankeri mayın 6-da Həştərxan limanından Bakıya doğru yola çıxıb, mayın 12-də Xəzərin Azərbaycan sularında pis hava şəraiti səbəbindən neft buruğu ilə toqquşub. Toqquşma nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb, amma tanker özü zədələnib və mayın 13-dən etibarən Bakı limanındadır. Təmir üçün mütəxəssislərin gəlişini gözləyir.

     

    Muxalifet2 - 19-05-2021

  19. Kim Çen In yırtıq və dar cinsləri qadağan etdi - REJİM ÜÇÜN TƏHLÜKƏ HESAB ETDİYİNDƏN

    Şimali Koreya lideri Kim Çen In gənclərin xarici görünüşündə fərdiliyin özünü biruzə verməsini ölkədə mövcud siyasi quruluş üçün təhlükəli hal sayır.  

    Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

    Məlumata əsasən, Şimali Koreyada yırtıq və dar cinslər qadağan olunub. Bu geyimlərdə küçəyə çıxmaq ictimai asayişi pozmaq kimi qiymətləndirilir. Bununla yanaşı, ölkə sakinlərinin saç düzümü formalarına da məhdudiyyətlər qoyulub.

    Muxalifet2 - 19-05-2021

  20. Həbsdə olan sabiq nazir müavininin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Muxalifet2 - 19-05-2021

Pages