Axtarış
The search found 105739 results in 0.03 seconds.
Search results
Rusiya “İsgəndər-M” haqda suallara nə üçün cavab vermir? - SİYASİ EKSPERTLƏRİN ŞƏRHİ
500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır. “Yeni Müsavat” yada salır ki, Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E” raketləri mövcuddur. Lakin “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması xeyli vaxtdır Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb olub. Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib.
Muxalifet2 - 4-05-2021
Bayden ABŞ-ın qaçqın qəbulu limitini qaldırır
Mayın 3-də Prezident Co Bayden Birləşmiş Ştatlara qaçqın qəbuluna bu il üçün limiti 62 min 500 nəfərə qaldırıb. Bu, “dünya ölkələrində qaçqınlarla bağlı görünməmiş fövqəladə vəziyyət”lə izah olunur.
Bayden sələfi Donald Trampın qoyduğu rekord aşağı səviyyəni qaldırmadığına görə tənqid olunurdu.
Muxalifet2 - 4-05-2021
Эльдар Азизов подверг критике главу Сабунчинского района
В Исполнительной власти города Баку прошло видеосовещание, посвященное состоянию парков, скверов и образцовых дворов.
Выступая на совещании, глава города Эльдар Азизов отметил что, за последние годы благодаря президенту Ильхаму Алиеву, Баку превратился в город парков и этот процесс продолжается.
Muxalifet2 - 4-05-2021
Bayden ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verdi
ABŞ prezidenti Co Baydenin administrasiyası "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılmasını uzadıb. Bu barədə xarici KİV-lər xəbər verir.
Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.
Muxalifet2 - 4-05-2021
Tehranın general Polad Həşimov planının fiaskosu - VİDEO
Xəbər verildiyi kimi, İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Ali dini lider Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejat bir neçə gün əvvəl general Polad Həşimovun ailəsini ziyarət edib.
Muxalifet2 - 4-05-2021
Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT - Ölənlər və yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 322 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 296 875 nəfər müalicə olunaraq sağalıb, 4 597 nəfər vəfat edib, aktiv xəstə sayı 21289 nəfərdir.
Muxalifet2 - 4-05-2021
Çin vaksini vurduranlar Avropaya gedə bilməyəcək? - "Bu, son qərar deyil..."
Bu ilin yayında Avropa Birliyi turistlər üçün sərhədləri açmağa planlaşdırır. İndi həmin Avropa ölkələrinə yalnız Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş vaksinlərlə peyvənd olunan şəxslərin səyahət edə biləcəyi gözlənir.
Avropa Birliyi indiyə qədər yalnız dörd vaksini təsdiqləyib. Bu, "Pfizer", "Moderna", "Johnson&Johnson" və "Vaxzevria" (İstehsalçı şirkət "AstraZeneca") vaksinidir.
Muxalifet2 - 4-05-2021
İCRA BAŞÇISININ XANIM MÜAVİNİ HAQDA ŞOK FAKT - Xalidə Bayramova qohumuna saxta kovid arayışı verilməsini tələb edib
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Muxalifet2 - 4-05-2021
Azərbaycan Ordusu “Bayraktar”larla döyüş təliminə başladı - HƏDƏFLƏRƏ DƏQİQ ZƏRBƏLƏR ENDİRİLDİ / VİDEO
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənin qorxulu yuxusuna çevrilmiş “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də daxil olmaqla müxtəlif təyinatlı PUA-ların cəlb olunduğu təlimlər keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.
Muxalifet2 - 4-05-2021
Qorxmaz Hüseynov vəzifəsindən azad edildi - PREZİDENT SƏRƏNCAM İMZALADI
Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
Muxalifet2 - 4-05-2021
Eldar Mahmudovun Bakıdakı şirkəti ləğv olunur - AMMA AVROPADA BİZNES-İMPERİYASI VAR…
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun ailə biznes imperiyasına daxil olan “Kristal İnşaat” MMC şirkəti ləğv olunur. Bu barədə elan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində yerləşdirilib.
Elana əsasən kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına təqdim edə bilərlər.
Muxalifet2 - 4-05-2021
"Работа продолжается": из возвращенных "денег Януковича" $1,3 миллиарда были наличными - МИД
По словам Евгения Енина, "ближайшее окружение Януковича, которое родом из Донбасса, обворовывало, прежде всего, тот же Донбасс"
Muxalifet2 - 4-05-2021
Россия является главным автором "фейков" о вакцинах от коронавируса - Степанов
С начала 2021 года в базу данных EUvsDisinfo добавили более 100 примеров прокремлевских дезинформационных заявлений относительно вакцинации
Главным автором «фейков» о вакцинах от COVID-19 является Россия.
Об этом министр здравоохранения Максим Степанов написал в Facebook.Muxalifet2 - 4-05-2021
Azərbaycan daha üç ermənini təhvil verdi - HƏRBİ QULLUQÇULAR, YOXSA TƏXRİBATÇILAR...
Humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.
Belə ki, hərbi əsirlərin ekstradisiyası Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingent komandiri general-leytenant Rüstəm Muradovun vasitəçilik missiyası ilə həyata keçirilib.
Muxalifet2 - 4-05-2021
Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır
Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.
Muxalifet2 - 4-05-2021
“Yeni klinika”da iki aydır maaşlar verilmir - "Həmçinin maaşlarımızdan 500 manat pul kəsilib"
“Yeni klinika”da çalışan tibb işçiləri iki aydır ki, maaş ala bilmirlər.
Bu şikayətlə “Qafqazinfo”ya həmin klinikada çalışan tibb işçiləri müraciət ediblər.
Onların sözlərinə görə, əmək haqlarının hansı səbəbdən verilmədiyi məlum deyil:
“İki aydır ki, maaş ala bilmirik. Hansı səbəbdən verilmədiyi, nə vaxt olacağı məlum deyil. Həmçinin maaşlarımızdan 500 manat pul kəsilib. Bayram günləri işə çıxmağımıza baxmayaraq, 10 günlük pulumuz hesablanmayıb. Rəhbərliyə etiraz etdikdə “kimə istəyirsiz şikayət edin. Xoşunuza gəlmir, işdən çıxın” deyilir”.
Muxalifet2 - 4-05-2021
Xameneyini istefaya çağıran rejissorun həyatı təhlükədədir
BMT-nin 6 eksperti İranın dissident rejissoru Məhəmməd Nurizadın dərhal həbsxanadan azad olunmasına çağırıb.
Ekspertlər bildirirlər ki, onun vəziyyəti ölümlə nəticələnəcək qədər ciddidir.
Ekspertlərin mayın 4-də dərc etdikləri bəyanatda deyilir:
"Biz Məhəmməd Nurizadla pis rəftardan və onun öz fikrini ifadə etməsinə görə davamlı olaraq həbsxanada saxlanmasından ciddi şəkildə narahatıq. Tamamilə aşkardır ki, Məhəmməd Nurizadın vəziyyəti onun həbsxanada saxlanmasına imkan verməməlidir”.
Muxalifet2 - 5-05-2021
Alimpaşa həbsə girdi, maralları saman ümidinə qaldı - ONUN QAZ FERMASINDA VƏ BALIQ TƏSƏRRÜFATINDA İŞLƏR NƏ YERDƏDİ...
Şəmkir rayonunun bu günlərdə DTX tərəfindən həbs olunan icra hakimiyyəti başçısı (əlbətdə, indiki halda keçmiş başçısı) Alimpaşa Məmmədovun çoxşaxəli biznesi barədə faktlar artıq ictimaiyyətə məlumdur. Rəsmi məlumatda da bildirildiyi kimi Alimpaşa Məmmədov korrupsiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına Şəmkirdə “Az Farel” balıqyetişdirmə təsərrüfatı qurub, “Şəmkir səbəti” ticarət mərkəzi açıb və digər gəlirli biznes sahələrində “oturub”. Əlbətdə, bütün bu işləri keçmiş başçının varisi, yəni oğlu idarə edirdi.
Muxalifet2 - 5-05-2021
Şirvanda arvad ərini bellə döyüb - 40 YAŞLI ŞƏXS XƏSTƏXANALIQ OLUB
Şirvan şəhərində döyülmə hadisəsi baş verib.
Hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.
Muxalifet2 - 5-05-2021
Güclü külək paytaxtda beş ağacı aşırıb - FOTO
Güclü külək Bakıda fəsadlar yaradıb.
Belə ki, paytaxtın Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:
Muxalifet2 - 5-05-2021