Lukaşenko öldürülsə hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək - FƏRMAN

Baxış sayı:
957

Belarus prezidenti Aleksandr Lukaşenko “Suverenliyin və konstitusion quruluşun müdafiəsi haqqında” fərman imzalayıb. Fərmana əsasən dövlət başçısı həlak olsa hakimiyyət Təhlükəsizlik Şurasına keçəcək.

Sənəddə prezidentin sui-qəsd, terror aktı, xarici hərbi təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində həlak olması halında hakimiyyətin Təhlükəsizlik Şurasına keçməsinin proseduru göstərilir. Habelə fərmana əsasən Belarusun baş naziri Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəcək.

Belarus və Rusiya xüsusi xidmət orqanları bir neçə həftə əvvəl Lukaşenkonun və ailə üzvlərinin öldürülməsi də daxil olmaqla, Minskdə dövlət çevrilişi planının üstünü açdıqlarını elan ediblər. Bu planda iştirak edən müxalif fəallar Moskvada FTX tərəfindən həbs edilib. Onlar Belarus KQB-sinin özünü “müxalif general” kimi təqdim edən agenti ilə danışıqlarda bu planı müzakirə ediblər.