Axtarış
The search found 105739 results in 0.091 seconds.
Search results
Prezident və xanımı Şuşaya gedir - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar! Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Muxalifet2 - 12-05-2021
Sabah Şuşada bayram namazı qılınacaq - VİDEO
29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq. Bu barədə Bakı Media Mərkəzindən məlumat verilib.
Muxalifet2 - 12-05-2021
Putinlə Ərdoğan arasında telefon danışığı - QÜDSDƏKİ VƏZİYYƏT MÜZAKİRƏ EDİLDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Qüdsdəki vəziyyəti müzakirə ediblər.
Muxalifet2 - 12-05-2021
MƏMİŞOV ÖZÜNƏ VƏ QARALOVA TİKDİRDİYİ VİLLANIN MATERİAL XƏRCİNİ VERMƏDİ... - Sabiq baş prokurorun adı hallanan cinayət işinin detalları
Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sabiq rəisi Niyaz Məmişova görə həbsdə olan Əlisultan Yüzbəyovun anası deyir ki, oğlu illərdir heç bir günahı olmadığı halda cəza çəkir.
Muxalifet2 - 12-05-2021
Gədəbəy sakinləri minaya düşüb - İKİ NƏFƏR AĞIR XƏSARƏT ALIB
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Muxalifet2 - 12-05-2021
Şuşada bayram namazı qılınıb - VİDEO / YENİLƏNİB
29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınır.
Muxalifet.az xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.
Bayram namazı televiziyalar vasitəsilə canlı yayımlanır.
Qeyd edək ki, Şuşa işğaldan azad olunandan sonra Yuxarı Gövhərağa məscidi təmir olunub.
Muxalifet2 - 13-05-2021
BLİNKEN LAVROVLA SƏRT DANIŞIB - Növbəti həftə kritik görüş gözlənilir
ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrova deyib ki, prezident Co Baydenin administrasiyası Moskvanın Birləşmiş Ştatlarda və ya başqa yerlərdə hər hansı təcavüzünə cavab verməkdə tərəddüd keçirməyəcək.
Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Blinken Lavrovla mayın 12-də telefonla danışıb:
Muxalifet2 - 13-05-2021
"MƏNİM QULLARIMIN HƏR BİRİ 10 ADAM ÖLDÜRMƏLİDİR..." - Kazan qatili törətdiyi cinayətin səbəblərini açıqlayıb
Kazan məktəbinə silahlı hücum təşkil edən İlnaz Qələviyev ilkin ifadəsində törətdiyi cinayətin səbəblərini açıqlayıb.
Lenta.ru portalının məlumatına görə, o, Allah olduğunu bəyan edib.
“Mən kütləvi qatil olmağı planlaşdırmışdım. Bu qərara arpelin 1-də evdə olarkən gəlmişdim. O zaman anladım ki, mən Allaham, mən hər şeyə qadirəm, nə istəsəm, kiminlə istəsəm edə bilərəm. Mən başa düşdüm ki, kainatdakı bütün varlıqlardan qurtulmaq üçün insan cildində bu dünyaya gəlmişəm”, - deyə Qələviyev bildirib.
Muxalifet2 - 13-05-2021
Hələ də 100 minlik qoşun sərhəddə hazır gözləyir... - VƏ MİNLƏRLƏ DİVERSANT İŞ BAŞINDADIR
Təxminən 100 minə yaxın hərbi qulluqçudan ibarət Rusiya qoşun qruplaşmaları hələ də Ukrayna sərhədləri yaxınlığında, o cümlədən Krımda hazır gözləyir. Bu haqda Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri İvan Bakanov “Ukrayna 30” ümumukrayna forumunda çıxışı zamanı deyib.
Muxalifet2 - 13-05-2021
“Bu işin arxasında Polad Bülbüloğlu ilə Əli Həsənov dayanır” - “Lavrov olayı”na görə işdən çıxarılan jurnalistdən AÇIQLAMA
"Sergey Lavrova verdiyim sualın işdən azad olunmağımla nəticələnməsinin arxasında Rusiyadakı səfir Polad Bülbüloğlu və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov cütlüyü dayanır. Onların diqtəsi qarşısında “Lider” TV rəhbərliyi prinsipsizlik göstərərək, 15 il qüsursuz fəaliyyəti ilə seçilən əməkdaşından imtina etdi. Bu qərara şirkətin nəinki etik, həm də fiziki baxımdan müflisləşməyə doğru getməsi də səbəb oldu.
Muxalifet2 - 13-05-2021
NAZİRİN BACANAĞININ BANKI ÇÖKÜR - “AFB Bank”ın kapitalı qısa müddətdə əriməyə başlayıb
“AFB Bank” 2020-ci ildə iki dəfə yarım balacalaşıb, aktivləri 202 milyon manata düşüb. TİA.Az-ın məlumatına görə, müştərilər banka yerləşdirdikləri 402 milyon manatın 282 milyon manatını geri çəkiblər.
Bankın hesabatına görə “AFB Bank” 2021-ci ilə ciddi azalmalarla start verib. Yanvar-mart aylarının hesabatında bankın cəmi aktivlərində 54,3% azalma müşahidə olunub.Muxalifet2 - 13-05-2021
Katalizatora görə cərimə yazıla bilərmi? - EKSPERTDƏN AÇIQLAMA / VİDEO
Son günlər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları katalizatoru olmayan avtomobilləri mühafizə olunan duracağa yerləşdirərək sürücülər barəsində 150 manat cərimə tətbiq edirlər.
Avtosfer.az-ın məlumatına görə, bu məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobilin dəm qazının normadan artıq olub-olmamasını qaz analizatorla yoxladıqdan sonra müəyyən etmək mümkündür.
Muxalifet2 - 13-05-2021
Rüstəm Muradov gedir, yerinə çeçenlər üzərində döyüş təcrübəsi keçmiş general gəlir
Rusiyanın Qarabağdakı “sülhməramlı” qüvvələrin komandanı dəyişdirilir.
Ovqat.com erməni mənbələrinə istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradovu general-leytenant Aleksey Avdeev əvəz edəcək.
Məlumatı RF Müdafiə Nazirliyindəki bir mənbə ermənilərin NEWS.am saytına açıqlamasında deyib.
Bildirildiyinə görə, yeni komandan bu ayın sonunadək vəzifəsinə başlayacaq.
General Avdeev 17 may 1967-ci ildə Daşkənddə anadan olub.
Muxalifet2 - 13-05-2021
“Mübariz Mənsimovun Fətullah Gülənin yanına azı 10 dəfə getdiyini mən bilirəm..." - MEHMET AĞARDAN AÇIQLAMA
Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar azərbaycanlı iş adamı və “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun FETÖ lideri Fətullah Gülənlə yaxın olduğunu deyib.
Muxalifet2 - 13-05-2021
Azərbaycan XİN-dən Ermənistanla sərhəddəki vəziyyətlə bağlı BƏYANAT
10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
Muxalifet2 - 13-05-2021
ABŞ Azərbaycan və Ermənistana çağırış etdi - "XƏBƏRLƏRİ DİQQƏTLƏ İZLƏYİRİK..."
ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.
Muxalifet2 - 14-05-2021
İsraildə ehtiyatda olan 9 min nəfər orduya çağırıldı - SƏFƏRBƏRLİK
İsrailin müdafiə naziri Beni Qantz təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 9 min nəfərin orduya çağırılması barədə sərəncam verib.
Bu barədə ölkə televizisiyasının "Yeddinci Kanal"ı məlumat yayıb.
Bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Xiday Zilberman qoşunların "hər an quru əməliyyatına başlamağa hazır olduğunu" bildirib.
Muxalifet2 - 14-05-2021
Qəzza bölgəsindən İsrailə 2 minə yaxın raket atılıb
Sön dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb.
Bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd olunub ki, raket zərbələri nəticəsində İsrailin yeddi vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb. Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib.
İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların 650 əhəmiyyətli hərbi obyektlərinə zərbələr endirib. “HƏMAS” və “İslam cihadı” hərəkatının 100-dən çox yaraqlısı məhv edilib.
Muxalifet2 - 14-05-2021
UKRAYNADA PUTİNİN ƏN ƏSAS ADAMI “VURULDU” – “ABŞ Ukraynaya təhlükəsizlik təminatı verib”
Kiyev məhkəməsi mayın 13-də Kremlə yaxın maqnat və siyasətçi Viktor Medvedçukun dövlətə xəyanətdə ittiham edilən başqa bir rusiyayönlü millət vəkili ilə birlikdə ev dustağı edilməsinə dair hökm verib.
Məhkəmə prokurorların Medvedçukun saxlanmasına dair dinləmədən əvvəl verdiyi vəsatəti rədd edib. Prokurorlar habelə saxlanacağı təqdirdə Medvedçukun zaminə buraxılması üçün 300 milyon qrivna (10.8 milyon dollar) zamin pulu müəyyən edilməsini istəmişdilər.
Muxalifet2 - 14-05-2021
Küncə sıxışdırılan Paşinyan Putinə zəng vurdu
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı mayın 13-də axşam saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Muxalifet2 - 14-05-2021