Axtarış
The search found 105739 results in 0.03 seconds.
Search results
Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar başa çatıb - QARAGÖL ƏTRAFINDA GƏRGİNLİK
Bəlli olduğu kimi, Azərbaycan tərəfinin Laçın rayonunun Ermənistanla sərhəd ərazilərində öz dövlət sərhədini bərpa etməsi gərginliyə səbəb olub. Belə ki, yüksək dağlıq ərazilərdə qarın əriməsi və hava şəraitinin yumşalması ilə Azərbaycan sərhədçiləri ölkəmizə aid olan Qaragöl dövlət qoruğu ətrafında mövqe tutublar. Erməni tərəfi isə bunu “Ermənistan ərazisinə müdaxilə” kimi qiymətləndirərək hay-küy qaldırıb, təxribatçı bəyanatlar səsləndirib.
Muxalifet2 - 14-05-2021
“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək” - NETANYAHU
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı əməliyyatlarla bağlı danışıb. Bu barədə “Donia Al-Watan” nəşri yazıb. Baş nazir Qəzza sektorunda əməliyyatların “nə qədər lazımdırsa, o qədər” davam edəcəyini bildirib.
“Son söz hələ deyilməyib və bu proses İsraildə sakitlik və təhlükəsizliyi bərpa etmək üçün nə qədər lazımdırsa, o qədər də davam edəcək”, - B.Netanyahu bildirib.
Eyni zamanda, B.Netanyahu HƏMAS-ın etdiklərinə görə çox böyük əvəz ödəyəcəyini qeyd edib.
Muxalifet2 - 14-05-2021
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq
23 aprel Ümumdünya Kitab Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir.
Muxalifet2 - 14-05-2021
Ərdoğan beynəlxalq ictimaiyyətə çağırış etdi - QÜDSDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI
“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şəkildə daxil olduq. Çünki dərd içindəyik, dərdimiz var”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Muxalifet2 - 14-05-2021
Elxan Poluxova daha bir vəzifə verildi
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, bu barədə məktub CARİCOM-un baş katibi İrvin Laroka onlayn formatda təqdim edilib.
E.Poluxov bu təşkilatı regional təhlükəsizliyin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirib, rəsmi Bakının bu proseslərə töhfə verməyinə hazır olduğunu qeyd edib.
Muxalifet2 - 14-05-2021
Evli ola-ola başqa kişilərlə yazışan qızını öldürən ata: “Elə şeylər var ki, danışmaq olmur...”
Bakı Ağır Cinayətlər Məhkəməsində qızını boğub öldürməkdə ittiham olunan Xaçmaz rayon sakini, 69 yaşlı Ələkbər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet2 - 14-05-2021
PAŞİNYAN PUTİNDƏN HƏRBİ YARDIM İSTƏDİ - Erməni baş nazirin özü açıqladı
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib.
O bildirib ki, məktubunda Azərbaycanla həmsərhəd olan Sünik (Zəngəzur) vilayətindəki vəziyyətlə əlaqədar Rusiya dövlət başçısından hərbi yardım istəyib.
Muxalifet2 - 14-05-2021
RUSİYA MÜDAFİƏ NAZİRLİYİNDƏN QARABAĞLA BAĞLI AÇIQLAMA - "Sülhməramlılara qarşı..."
Rusiya sülhməramlıkontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Muxalifet2 - 15-05-2021
Baydenin psixi durumu narahatlıq doğurur - Generallar bəyanat veriblər
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenin fiziki qabiliyyətini şübhə altına alan 124 istefada olan general və admiralın açıq məktubu və 2020-ci ildəki prezident seçkilərinin yekunları Pentaqonda fəaliyyət göstərən hərbçiləri qıcıqlandırıb. Onlar bu seçkiləri antidemokratik, mülki əhali və hərbi qulluqçular arasında ayrı-seçkilik yaradan amil heab edirlər.
Muxalifet2 - 15-05-2021
HƏMAS İsrail limanına hücum etdi - BARIŞIQ TƏKLİFİNİN ARDINCA
Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Aşdod şəhərindəki limana hücum edib və bu, güclü yanğına səbəb olub.
Virtualaz.org bildirir ki, məlumatı “Times of Israel” yayıb.
Qəzetin məlumatına görə, baş verənlər nəticəsində xəsarət alan olmayıb. Bundan başqa, sosial şəbəkələrdə yer alan video göstərir ki, HƏMAS-ın raketi transformatora düşüb və bu, yaxın ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun sədri Xaled Maşal bildirib ki, Fələstin hərəkatı İsraillə barışığa hazırdır və onun şərtlərini açıqlayıb.
Muxalifet2 - 15-05-2021
“GRU dediyini eləyir, hədələmir...” - RUSİYA KƏŞFİYYATINA İŞLƏYƏN ZABİTİN MƏHKƏMƏDƏ DEDİKLƏRİ
Ötən gün ABŞ-ın Virciniya ştat məhkəməsi uzun illər Rusiyanın Baş Kəşfiyyat İdarəsinə casusluq etmiş keçmiş “yaşıl beretli”, xüsusi təyinatlı qüvvələrin zabiti və o cümlədən Azərbaycanda xidmət etmiş Piter Debbinsə hökm çıxarıb.
ABŞ KİV-ləri xəbər verir ki, məhkəmənin hökmü ilə 46 yaşlı Debbins 15 il 8 ay azadlıqdan məhrum edilib. Bundan əvvəl prokuror onun barəsində 17 il həbs cəzası verilməsini tələb etmişdi. Vəkillər isə Debbinsin 5 il həbs cəzasına məhkum edilməsinə çalışırdılar.
Muxalifet2 - 15-05-2021
ERMƏNİLƏR BU ÖLKƏDƏ TƏXRİBATLAR PLANLAŞDIRIR... - Azərbaycanın Baş Konsulluğundan soydaşlarımıza müraciət
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Amerikada yaşayan azərbaycanlılara müraciət edib.
Məlumatlara görə, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır. Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.
Muxalifet2 - 15-05-2021
Azərbaycanda yeni 5 manatlıq dəmir pullar buraxıldı
2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.
Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.
Muxalifet2 - 15-05-2021
Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?
Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.
Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.
Muxalifet2 - 15-05-2021
BAŞ PROKURORLUQDAN XÜSUSİ ƏMƏLİYYAT - Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həbs olundu
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.
Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Muxalifet2 - 17-05-2021
DMANİSİDƏKİ KÜTLƏVİ DAVA HAQDA AZƏRBAYCAN SƏFİRLİYİNDƏN AÇIQLAMA - "Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcək"
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələri ilə bağlı bəyanat yayıb. Bu barədə “Report”un yerli bürosuna diplomatik nümayəndəlikdən məlumat verilib.
Muxalifet2 - 17-05-2021
“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı
“Nar”ın baş sponsorluğu ilə yayımlanan “Breyn Rinq” intellektual yarışının 17-ci mövsümünün ilk yarımfinalçılarının adı məlum olub. ¼ finalda “Nar” və “Norm Sement” komandaları arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Beləliklə, “Nar” kuboku uğrunda “Nar” və “Şəki” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.
Muxalifet2 - 17-05-2021
“İSLAM DÜNYASI İSRAİLƏ QARŞI SƏFƏRBƏR OLMALIDIR...” – “Məscidi-Aksa məsələsi həm də Azərbaycanın daxili işi kimi dəyərləndirilməlidir”
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Muxalifet2 - 17-05-2021
"ERMƏNİSTAN HƏLƏ DƏ 8 KƏNDİMİZİ İŞĞAL ALTINDA SAXLAYIR" - Fərid Şəfiyev sərhəddə baş verənləri şərh edib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.
Muxalifet2 - 17-05-2021
Dmanisidə baş verən qarşıdurma ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.
“Report”un yerli bürosu xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama yayıb.
DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.
Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.
Muxalifet2 - 17-05-2021