Rusiyada səhiyyə naziri itkin düşüb
9-05-2021 21:13
Baxış sayı:
1012

Rusiyanın Omsk əyalətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb. Bu barədə “Kommerçeskie vesti” məlumat yayıb.
Qeyd edilir ki, nazir mayın 7-də ova gedib. Polisin məlumatına görə, 49 yaşlı Aleksandr Muraxovski həmin gün itkin düşüb. O, Bolşeukovsk rayonunun Pospelovo kəndində yerli vaxtla saat 16:00-da çıxıb və geri qayıtmayıb. Muraxovskinin axtarışı ilə əvvəlcə tanışları, yaxınları məşğul olublar, mayın 8-dən axtarışlara polis əməkdaşları, qvardiya, ov müfəttişləri və yerli sakinlər qoşulublar.
Axtarışlar ərazinin çətin relyefi və bataqlıq olması səbəbindən ağırlaşıb./report