Pandemiya ilə mübarizədə inək nəcisindən istifadə olunur... - HƏKİMLƏR ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ
Hindistanda həkimlər ölkə sakinlərini Covid-19 infeksiyası ilə mübarizə üzrə təcrübədə inək nəcisinə bel bağlamaqdan çəkinməyə çağırıblar.
Mütəxəssislərin bildirdikləri kimi, bu «profilaktik üsulun» effektliliyi barədə elmi sübutlar yoxdur və ondan istifadə digər xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu barədə mayın 11-də «Röyter» agentliyi xəbər verib.
Pandemiya Hindistana dağıdıcı zərər vurub: indiki ana ölkədə 22,66 milyon yoluxma halı qeydə alınıb, koronavirus səbəbilə ölənlərin sayı isə 216 min 116 nəfərə çatıb. Ekspertlər bildirirlər ki, faktiki rəqəmlər bundan 5-10 dəfə yüksək ola bilər.
Yerli səhiyyə sistemində yaşanan böhran xəstəxana çarpayılarının, süni tənəffüs aparatlarının və tibbi vasitələrin çatışmazlığına gətirib çıxardıb, çoxları müalicə ala bilmədikləri üçün ölürlər.
Hindistanın qərbindəki Qucarat ştatında induizmin bəzi ardıcılları həftədə bir dəfə sahibsz inəklər üçün olan sığınacaqlara gedirlər ki, öz bədənlərini inəklərin nəcisi və sidiyi ilə örtsünlər. Onlar ümid edirlər ki, bu «üsul» koronavirusa qarşı onların immunitetini qaldıracaq və ya artıq yoluxmuş insanları sağaldacaq.
İnduizmdə inək Yerin və həyatn müqəddəs rəmzi hesab olunur və əsrlər boyunca induistlər inək peyinindən öz evlərinin və dua mərasimi yelərinin «ağardılmasında» istifadə edirlər - düşünürlər ki, bu maddə müalicəvi və antiseptik xüsusiyyətə malikdir.
«Biz, görürük ki, bura hətta həkimlər də gəlirlər. Onlar inanırlar ki, bu «terapiya» onların immunitetini yaxşılaşdırır və onlar pasiyentlərini qorxu hissi keçirmədən müalicə edə bilərlər» - Hindistanın farmasevtika şirkətlərindən birinin kiçik meneceri Quatam Manilal Borisa bildirib və əlavə edib ki, bu praktika ötən il onun özünə Covid-19 infeksiyasından sağalmağa kömək edib.
Həmin vaxtdan başlayaraq, o, induist monarxların məktəbinə gəlir. Məktəb «Zydus Cadila» şirkətinin mənzil-qərargahı ilə üzbəüz yerləşir. Bu, Hindistan şirkətidir və koronavirus əleyhinə vaksin hazırlayır.