Axtarış
The search found 105739 results in 0.107 seconds.
Search results
Azad Rəhimov II Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB / VİDEO
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.
“Report” xəbər verir ki, mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.
Muxalifet2 - 2-05-2021
Düşmənin təxribatının qarşısı belə alındı - SƏRHƏDÇİLƏRİMİZ ERMƏNİLƏRƏ HƏDDİNİ GÖSTƏRDİ / VİDEO
Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Videoda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.
Muxalifet2 - 2-05-2021
Zərif general Süleymani ilə bağlı sözlərinə görə üzr istədi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə üzr istəyib. Bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir. Zərifin sözlərinə görə, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.
Muxalifet2 - 2-05-2021
BƏZİ ÖLKƏLƏRİN İMTİNA ETDİYİ RUSİYA PEYVƏNDİ AZƏRBAYCANA GƏTİRİLDİ - 40 min dozadan əlavə, daha 260 min doza da alınacaq
Rusiyadan alınan peyvəndin ilk partiyası (40 min doza) mayın 2-də Azərbaycana gətirilib.
Peyvəndi gətirən təyyarəni Azərbayacnın xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələri qarşılayıb.
Bu ilin martında Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.
Muxalifet2 - 2-05-2021
Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT - Ölənlər və yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.
Muxalifet2 - 2-05-2021
“TƏRTƏR İŞİ”NİN PƏRDƏARXASI VƏ DƏHŞƏTLİ HƏDƏFLƏRİ... - Dünən planları nə idi, bu gün nədir?
Ordumuzu ləkələmə kampaniyası şimal cəbhəsindən qərb cəbhəsinə daşınsa da, məqsəd dəyişməyib!
Nəcməddin Sadıkov başda olmaqla, bu işdə əli olanların heç biri məsuliyyətdən kənarda qalmamalıdır!
Muxalifet2 - 3-05-2021
“GENERAL DOSTLARINA DEMİŞDİ Kİ...” - Xamenei Cavad Zərifin Qasım Süleymani ilə bağlı səs yazısı haqda
İranın Ali lideri Ayətullah Əli Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qası Süleymani ilə bağlı yayımlanan son səs yazısına da münasibət bildirib.
Muxalifet2 - 3-05-2021
Lerikdə biri əsgər olmaqla üç uşağın anasını qətlə yetirən kəndin mollasıdır - DİN ADAMI PİS NİYYƏTLƏ QADININ EVİNƏ SOXULUB VƏ...
Lerikdə üç uşaq anasını amansızcasına qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil. QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə belə deyib. O qeyd edib ki, həmin şəxsin din xadimi olması ilə bağlı heç bir rəsmiləşmə olmayıb: “Hər mollalıq edən şəxs din xadimi sayılmır”.
***
Muxalifet2 - 3-05-2021
Gürcüstanda karantin qadağaları sərtləşdirilir
Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin (NK) mətbuat xidməti məlumat yayıb.
Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar verilib.
“Yeni qaydalar mayın 3-dən 12-nə qədər tətbiq olunacaq. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə NK-dan bildirilib.
Muxalifet2 - 3-05-2021
İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: Qalmaqallı görüntülər yayıldı - VİDEO
Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.
Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.
Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.
Muxalifet2 - 3-05-2021
AZƏRBAYCANDA DAHA BİR MƏMUR HƏBS OLUNDU - Korrupsiya ittihamı və...
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Muxalifet2 - 3-05-2021
Koronavirus bəlasını dünyaya yayan Uhanda son durum... - BİR ÇOX SUALLAR HƏLƏ DƏ CAVABSIZ QALIB / FOTO
Çinin 2019-cu ilin sonlarında ilk dəfə yeni növ koronavirusun yayılmağa başladığı və daha sonra tətbiq edilən sərt karantin rejiminə görə bir müddət xəyalət-şəhəri xatırladan Uhan şəhərində ötən gün on minlərlə adamın qatıldığı “Çiyələk musiqi festivalı” keçirilib. Bu festivaldan fotoları beynəlxalq media dərc edir. Qonşu Hindistanda isə dəhşətli “festival” hökm sürür-orada koronavirusdan ölənləri şəhər parklarında qalanmış tonqallarda yandırırlar.
Muxalifet2 - 3-05-2021
ERMƏNİSTAN PREZİDENTİNƏ CİNAYƏT İŞİ AÇILDI - O, bu faktı hər kəsdən gizlədib...
Ermənistanın Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi ilə bağlı cinayət işi açıb.
Bu barədə ölkənin Vəkillər Palatasının sədri Ara Zöhrabyan feysbuk səhifəsində yazıb.
O xatırladıb ki, martın 30-da 53 vəkil A.Sarkisyanın ikili vətəndaşlığının olması faktının gizlədilməsi ilə əlaqədar məlumat yayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin Xüsusi İstintaq Xidməti cinayət işi başlamaqdan imtina edib. Vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.
Muxalifet2 - 3-05-2021
ELDAR HƏSƏNOV HAQQINDA NÖVBƏTİ MƏHKƏMƏ QƏRARI - Həbs müddəti uzadıldı...
Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Muxalifet2 - 3-05-2021
“Bu binanın daşları hələ çox adamın başına düşəcək” – 13 yaşlı oğlanın faciəsi MKTB-yə dərs olmadı
Aprelin 30-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsi Rafiq İsgəndərov küçəsində yerləşən binadan daş plitənin qoparaq düşməsi nəticəsində yaralanan 14 yaşlı Əli Şabanovun vəziyyəti ağır olaraq qalır. Baş verən bədbəxt hadisədən üç gün keçsə də, ərazidəki təhlükə bu günədək aradan qaldırılmayıb. Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinə sakinlər məlumat verib. Koma vəziyyətində olan Əli Şabanovun əmisi Mais Şabanov Sputnik Azərbaycan-a bildirib ki, qardaşı oğlu aprelin 30-da axşam saatlarında repetitor hazırlığından çıxaraq evə gəlib.
Muxalifet2 - 3-05-2021
BURAXILIŞ İMTAHANLARININ TƏKRAR KEÇİRİLMƏSİ TƏLƏB OLUNUR - DİM nə deyir?
Pandemiya dövründə bölgələr üzrə orta məktəblərin buraxılış imtahanlarının müxtəlif vaxtlarda ayrı-ayrı suallarla keçirilməsi müəyyən narazılıqlara səbəb olub. Məsələn, bir bölgə üzrə suallar həddindən artıq asan, başqasında isə hətta pandemiyadan əvvəlki dövrlə müqaysədə daha ağır olduğu iddia olunur. İmtahan sualları ilə bağlı qeyd edilən paradoks nə dərəcədə əsaslıdır və nə ilə bağlıdır?
Muxalifet2 - 4-05-2021
Füzuli hava limanı nə vaxt açılacaq? - VİDEO
Azərbaycan Televiziyasının “Əsas məsələ” verilişinin növbəti buraxılışı tikilməkdə olan Füzuli hava limanının ərazisindən yayımlanacaq.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Elnar Məmmədlinin təqdimatında efirə gedəcək verilişdə hava limanının işğalda azad olunmuş bölgələr üçün əhəmiyyəti müzakirə olunub.
Verilişin qonaqları deputat Vüqar Bayramov, siyasi şərhçi Vüqar Zifəroğlu və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov görülən işlər barədə danışıb.
Muxalifet2 - 3-05-2021
Pentaqonun kəşfiyyat idarəsinin hesabatında Qarabağ haqda nə yazılıb... - RUSİYA ABŞ-IN MÖVCUDLUĞUNA TƏHDİD HESAB EDİLİR
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi 2021-ci ildə gözlənilən qlobal təhdidlər barədə Senatda dinləmələr üçün nəzərdə tutulan hesabat hazırlayıb. Hesabat Senatın silahlı qüvvələrin işi üzrə komitəsinin saytında dərc edilib.
Muxalifet2 - 4-05-2021
ŞUŞANIN İŞĞALINDAN BİR NEÇƏ GÜN ƏVVƏL ÇƏKİLƏN FOTO - Məşhur fotoqraf paylaşdı
Dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşada çəkdiyi bir fotonu paylaşıb.
Məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlər barəsindəki xatirələrini yazıb:
“Şuşa 1992.
Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika vasitəsilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az əvvəl tərk etməli idim.
Muxalifet2 - 4-05-2021
Həbsdə olan icra başçısı dövlət əmlakını necə özəlləşdirib? - VİDEO
Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, zavodu dövlət xidməti 2018-ci ildən özəlləşdirməyə çıxarsa da, hərrac baş tutmayıb.
Muxalifet2 - 4-05-2021