Axtarış
The search found 105739 results in 0.034 seconds.
Search results
Bakıda marketdə məhsulları yararsız hala salan şəxs işdən qovulmuş generalın oğlu imiş - VİDEO / Yenilənib
Bakıdakı marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucovla bağlı maraqlı detal məlum olub.
Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur.
Xatırladaq ki, R.Orucov və onun tanışı Xəyalə Vəliyeva bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.
Muxalifet2 - 5-05-2021
BAYRAM MƏMMƏDOV İSTANBULDA QƏTLƏ YETİRİLİB? - Yaxınları intihar etmədiyini iddia edir... / YENİLƏNİB
İctimai fəal Bayram Məmmədovun fəciəvi şəkildə həyatını itirməsi müzakirə mövzusuna çevrilib.
Bakupost.az xəbər verir ki, əvvəlcə onun özünü dənizə ataraq intihar etməsi xəbəri yayılsa da, yaxın çevrəsi bunu təkzib ediblər. Onlar Bayramın intihar etməsinin qeyri-mümkün olduğunu yazıblar.
Muxalifet2 - 5-05-2021
“GERİ QAYTARA BİLMƏYƏCƏYİM BİR ÇOX ŞEYLƏRİ İTİRDİM…” - Aysel Novruzova ilə jandarma komandanı Hüseyn Barış Kopan arasında oteldə nə baş vermişdi?!
Türkiyənin Trabzon şəhərində 9 il bundan əvvəl fahişəliklə məşğul olan azərbaycanlı qadını saxlayan, onu deportasiya etməklə qorxudaraq oteldə cinsi əlaqəyə razı salmaqda ittiham edilərək 3 il 4 ay həbs cəzasına məhkum edilən jandarma zabitinə yüksək məhkəmə bəraət verib.
Muxalifet2 - 5-05-2021
ERMƏNİSTAN ORDUSU QARABAĞI TƏRK ETMƏYƏ BAŞLAYIB? - Azərbaycan ordusu Əsgəranla üzbəüz mövqelərdə... / VİDEO
Ermənistana bağlı hərbi qüvvələr Qarabağdan çıxarılır. “Turan”ın xəbərinə görə, son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikləri videogörüntülər yayılıb. Kadrlarda Xankəndindən çıxarılan erməni ordusunun kolonu görünür. Ağır texnika kolonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda “KamAZ” kolonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur.
Muxalifet2 - 5-05-2021
“Revanş Ermənistanın xəritədən silinməsinə gətirib çıxara bilər” - EKSPERT
“Ermənilərin Türkiyədən "şeytan" obrazı yaratmaq cəhdi informasiya müharibəsidir. Erməni lobbisi Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərinə qarşı çıxmağa çalışır”.
Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Muxalifet2 - 5-05-2021
"SPACE" TV-yə YENİ RƏHBƏR TƏYİN OLUNUB - ADA Universitetinin müəllimidir
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub. "Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.
Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı "Report"a təsdiq edib.
Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.
O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Muxalifet2 - 5-05-2021
“Bayden höküməti ABŞ tarixində ermənilərə ən yaxın hökümətdir” – ELXAN MEHDİYEV
ABŞ-ın Dövlət katibi Entoni C. Blinken aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Dövlət Departamentinin press-relizində deyilirdi ki, dövlət katibi Blinken və prezident Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın daimi əhəmiyyətini qeyd ediblər və bir sıra məsələləri müzakirə ediblər.
Muxalifet2 - 5-05-2021
Azərbaycanda daha 1080 nəfər koronavirusa yoluxdu – 20 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 080 yeni yoluxma faktı qeydə alınıb, 2 074 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Muxalifet2 - 5-05-2021
“ƏKS HALDA HAMI TƏHDİD ALTINDA OLACAQ…” - Ən güclü vaksini yaradan türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti ilə birlikdə koronavirusa qarşı hazırda ən effektiv vaksin olan “Pfizer BioNTech” vaksinini işləyib hazırlayan alman şirkəti “BioNTech” texnologiya şirkətinin qurucusu, türk professor Uğur Şahin pandemiyanın nə vaxta qədər davam edəcəyinə dair öz proqnozlarını açıqlayıb.
“The Wall Street Journal” tərəfindən təşkil edilən online konfransda çıxışı zamanı professor pandemiyanın 2022-ci ilin ortalarına qədər davam edəcəyini deyib.
Muxalifet2 - 5-05-2021
BAYRAM MƏMMƏDOV HANSI ŞƏRAİTDƏ ÖLÜB? – İstanbul polisi şahid ifadəsini açdı
"Heykəl məhbusu" kimi tanınan və İstanbulda meyiti bazar günü aşkarlanmış azərbaycanlı fəal Bayram Məmmədovun ölümü ''şübhəli ölüm'' deyil - İstanbul polisi deyir.
Polis BBC-yə bildirib ki, Bayram Məmmədov Moda adlanan ərazidə çəkələklərini dənizə salıb və onu götürmək üçün əyildikdə dənizə düşüb.
"Bir müddət çırpınıb, amma bədəni dərinlərə sürüklənib", - İstanbul polsi bunun şahid ifadəsi olduğunu deyib. Hadisə mayın 2-də saat 15:00 ətrafında İstanbulun Anadolu hissəsində, sahildə baş verib.
Muxalifet2 - 5-05-2021
DEPUTAT DİM-i BURAXILIŞ İMTAHANLARINI TƏKRAR KEÇİRMƏYƏ ÇAĞIRDI - Abituriyentlər və valideynlər məhkəməyə müraciət edəcək
Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb.
Deputat qeyd edib ki, bəzi suallar ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulur.
"Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, - deyə A.Badamov əlavə edib.
Muxalifet2 - 5-05-2021
Azərbaycanda xüsusi təyinatlı qüvvələrin zabiti intihar etdi - “MÜHARİBƏDƏN SONRA PSİXOLOJİ PROBLEMLƏRİ YARANDI...”
Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.
Bu barədə "Qafqazinfo"ya hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib. Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.
Muxalifet2 - 5-05-2021
PUTİN VƏ BAYDEN BAKIDA GÖRÜŞƏ BİLƏR - ABŞ mediası
ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər.
Bunu ABŞ-ın “Politico” qəzeti yazıb.
Nəşr Ağ ev və Kreml sahiblərinin mümkün görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyini öyrənib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının adını çəkiblər.
Muxalifet2 - 6-05-2021
Dövlət Vergi Xidməti məsləhət qarşılığında 9 milyon manat ödəyəcək - TENDER
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti monitorinq, məsləhət və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Muxalifet.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC-dir.
Qalib şirkətə 8 mln 973,9 min manat ödəniləcək.
Muxalifet2 - 6-05-2021
MURADOVUN TƏYYARƏSI NİYƏ BOŞ GƏLIB, DOLU QAYITDI? - Və ya erməni diversantların qaytarılmasının arxasında hansı səbəblər dayanır?
Üç erməni hərbçisinin Ermənistana təhvil verilməsinə dair Azərbaycan tərəfinin hələlik hər hansı rəsmi məlumatına rast gəlinməsə də, sosial şəbəkələrin və erməni mətbuatının əsas gündəm mövzusu məhz bu hadisədir. Və əvvəllər olduğu kimi, yenə ermənilər üçün bu prosesdə əsas fiqur Qarabağdakı Rusiya sülhməramlılarınn komandanı general-leytenat Rüstəm Muradov, yəni Rusiyadır.
Muxalifet2 - 6-05-2021
İranla ABŞ arasında gərginlik yarandı - BU VİDEOYA GÖRƏ
İranın dövlət televiziyası İRİB tərəfindən yayımlanan təbliğat videosunda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yeni siyasi gərginliyə səbəb olub. Ölkənin ali lideri Əli Xameneinin xalqa müraciət etməsindən bir müddət əvvəl yayımlanan videonun 1:09 hissəsində raketlərin ABŞ Kapitolunu hədəf aldığı göstərilir. Sözügedən təbliğat videosunda Kapitol binasının raket zərbəsi ilə dağıdılması, daha sonra Qüds şəhərinə doğru irəliləyən İran ruhanilərinin görüntüləri yer alıb.
Muxalifet2 - 6-05-2021
Şuşada təmir-bərpa işləri davam edir - FOTO/VİDEO
İşğaldan azad edilən Şuşada təmir bərpa işləri aparılır.
Belə ki, Şuşa şəhərinin abadlaşdırılması, yeni infrastrukturun qurulması istiqamətində görülən işlər davam etdirilir.
Təmir-bərpa işlərinin əks olunduğu görüntüləri təqdim edirik:
Muxalifet2 - 6-05-2021
Kamran Balayev London meri postu uğrunda mübarizə aparır
Bu gün Londonda mer seçkiləri keçirilir.
APA-nın Britaniya bürosunun xəbərinə görə, azərbaycanlı Kamran Balayev London meri vəzifəsinə namizəddir.
Muxalifet2 - 6-05-2021
Gənclər və idman naziri kim olacaq? - BU ŞƏXSLƏRİN ADLARI ÇƏKİLİR...
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Azad Rəhimovun yerinə kim təyin olunacaq?
Artıq bir müddətdir gənclər və idman naziri vəzifəsinə təyin olunmaq şansı olan şəxslərin adı sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Muxalifet.az axar.az-a istinadən müzakirəyə çıxarılan şəxslərin siyahısını təqdim edir:
Muxalifet2 - 6-05-2021
Qohumunun maşınını sökərək ehiyat hissələrini satdı
Qohumunun avtomobilini sökərək ehiyat hissələrini satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan VAZ-21074 markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib.
Muxalifet2 - 6-05-2021