Axtarış
The search found 105739 results in 0.085 seconds.
Search results
DYP-dən uzaq məsafələrə səyahət edən sürücülərə müraciət
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
Xəbərdarlıqda deyilir:
"Yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsi pandemiya şəraitində uzun müddət evdə qalan vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaradıb. Bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.
Muxalifet2 - 19-05-2021
Moskva sərhəd məsələsində vasitəçilik təklif etdi - BİRGƏ KOMİSSİYA YARADILA BİLƏR
Rusiya Federasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Yerevana və Bakıya sərhəddəki vəziyyətin həllində kömək təklif edib.
Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.
Muxalifet2 - 19-05-2021
Mirmahmud Mirəlioğlu və ailəsi koronavirusa yoluxdu - PARTİYA SƏDRİNİN VƏZİYYƏTİNİN YAXŞI OLMADIĞI BİLDİRİLİR
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.
Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Evdə müalicə alan partiya sədrinin vəziyyətinin yaxşı olmadığı vurğulanıb. Eyni zamanda, onun özüylə bərabər ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, M. Mirəlioğlunun 65 yaşı var. Siyasətçi 2011-ci ildən KXCP-na rəhbərlik edir./Medicina.azMuxalifet2 - 19-05-2021
İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı - RƏSMİ
Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Muxalifet2 - 19-05-2021
Sərhədçilərimizi qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirildi - YARDIMLI DAĞLARINDA GİZLƏNMİŞDİ
Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini öldürən şəxslər hadisə yerindən qaçaraq, Yardımlı rayonu ərazisində dağlarda gizləniblər.
Muxalifet2 - 19-05-2021
Heydər Əliyev Fondu partiya sədrinin müalicəsini öz üzərinə götürdü
Koronavirusa yoluxan Klasssik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Muxalifet.az xəbər verir ki, bu gün partiya sədrinin vəziyyətinin yaxşı olmadığı barədə dostları paylaşım etmişdi.
Eyni zamanda, onun ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi qeyd olunurdu.
Muxalifet2 - 19-05-2021
“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb
Mobil operatorun bölgələrə xüsusi diqqət ayırması sayəsində 2021-ci ilin birinci rübü ərzində regionlar üzrə 4G istifadəçilərinin sayında 42% yüksəliş qeydə alınıb. Buna “Nar”ın regionlarda baza stansiyalarının sayını artırması, paytaxtla yanaşı, bölgələrdə satış və xidmət mərkəzlərini yeniləməsi, sərfəli tarif və paketlər, eyni zamanda “Nar+” tətbiqi vasitəsilə müştəri xidmətlərinin daha rahat və əlçatan olması təsir edib.
Muxalifet2 - 19-05-2021
“Oksigen” və “Leyla Şıxlinskaya”nın adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
Gəncə Hava Limanında Gəncə- Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayışlar saxta çıxıb.
“Report”un əldə etdiyi məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
Muxalifet2 - 19-05-2021
“FƏLƏSTİN İŞĞAL ALTINDA OLAN BİR DÖVLƏTDİR, BUNDAN ARTIQ NƏ EDƏ BİLƏR?” – “Fələstinin Ermənistana dəstəyi ilə bağlı yalanları onlar yayırlar...”
Səfiri Nasir Əbdül Kərəm: “Müharibə dövründə də Fələstin XİN-i Azərbaycana dəstək bəyanatı yayıb. Neçə dövlət rəsmi formada Dağlıq Qarabağla bağlı belə bəyanat yayıb?”
“İsrail etnik təmizləmə siyasəti aparır, bunu xüsusən də Qüds şəhərində həyata keçirir”
Muxalifet2 - 19-05-2021
Xüsusi təyinatlılar Fərhad Əhmədovun yaxtasına hücuma hazırlaşır - 115 METRLİK YAXTANI KİM ƏLƏ KEÇİRMƏK İSTƏYİR?..
Rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana, keçmiş ərinin 225 milyon funt sterlinq Luna super-yaxtasını qaçırmaq üçün Xüsusi Qayıq Xidmətinin (SBS) veteranlarını cəlb edib. Virtualaz.org bildirir ki, bu barədə DailyMail nəşri məlumat yayıb.
Muxalifet2 - 19-05-2021
Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır - DTX RƏSMİ AÇIQLAMA YAYDI
Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.
Muxalifet2 - 19-05-2021
“Səfər Mehdiyev istefa verməlidir” - EKSPERT
Dövlət Gömrük Komitəsinə əməlli başlı çaxnaşma düşüb. Komitənin məsul şəxsləri arasında həbslər başlayıb. Artıq 5 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb. Ekspertlərin fikrincə, həbslər müvafiq komitədə islahatların anonsundan xəbər verir. Hansı ki, islahatlar çərçivəsində komitənin ya hansısa nazirliklələrə bilrəşdirilməsi, ya da rəhbərlikdə istefaların olacağı gözlənilir. Son vaxtlar bu qurumla bağlı mətbuatda çoxsaylı şikayətlər və neqativ fikirlər yayılır. Şikayətlərdə komitə rəhbəri Səfər Mehdiyevin yarıtmaz fəaliyyəti tənqid olunur və istefası tələb edilir.
Muxalifet2 - 19-05-2021
Azərbaycan sərhədçiləri təxribat törətmək istəyən erməni hərbçiləri cəzalandırdı / VİDEO
Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçiləri cəzalandırıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Kadrlardan görünür ki, sərhədi keçməyə cəhd edən bir qrup erməni hərbçi Azərbaycan hərbçiləri tərəfindən ərazidən qovulur.
Kadrlarda ermənilərin qorxduğu aşkar görünür və onlar Azərbaycan hərbçilərinin əmrlərini müticəsinə yerinə yetirirlər.
Muxalifet2 - 19-05-2021
“Qarabağ” 90-cı dəqiqədə vurulan qolla “Neftçi”yə məğlub oldu - VİDEO / YENİLƏNİB
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulur. “Qafqazinfo” xəbər verir ki, sonuncu – 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək.
Turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutacaq. Mövsümün çempionunu müəyyənləşdirəcək Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edəcək. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıdır.
Azərbaycan Premyer Liqası
Muxalifet2 - 19-05-2021
AÇIQ HAVADA MASKADAN İSTİFADƏ LƏĞV EDİLİR - Yeni qərarlar elan olunacaq
"Azərbaycanda açıq havada maskanın istifadəsinin ləğvi ilə bağlı yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır".
“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq.
Muxalifet2 - 20-05-2021
Paşinyan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığını təsdiqlədi - “ÜÇTƏRƏFLİ DANIŞIQLAR GEDİR...”
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla yeni üçtərəfli sənəd imzalamağa hazırlaşdığını deyib. Lakin Paşinyan sənədin məzmununu açıqlamayıb, onun hələlik işçi sənəd formasında olduğunu bildirib.
Paşinyan qeyd edib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır. Və təklif edilən həll variantı Ermənistanın maraqlarına cavab verir. “Azərbaycan öz razılığını versə mən bu sənədi imzalayacam”,-o deyib.
Muxalifet2 - 20-05-2021
"“Lotu Quli” başqa ölkədən pasport alaraq Türkiyəyə geri dönə bilmişdi" - SÜLEYMAN SOYLU SEDAT PEKERİN İDDİALARINI CAVABLANDIRDI
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən ilin avqustunda Antalyada güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edildiyi halda necə geri dönə bildiyi haqda danışıb. Nazir bu mövzuya TRT Haber-ə müsahibəsi zamanı “yeraltı dünyasının” xaricə qaçan lideri Sedat Pekerin onun ünvanına səsləndirdiyi, son günlər Türkiyədə gündəm olan ittihamları ilə bağlı danışarkən toxunub. Bildirib ki, “Lotu Quli” başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə geri dönə bilmişdi.
Muxalifet2 - 20-05-2021
Из Ирана идут грузовики армянским сепаратистам в Карабах - ВИДЕО, ВСЕ ЕЩЕ АКТУАЛЬНО
В Азербайджане с особой чувствительностью, если не сказать, ранимостью воспринимают любое сообщение о связях тех или иных кругов иранского общества с Арменией, и тем более с карабахскими сепаратистами. И вопрос не только в этноконфессиональной идентичности, едином историко-культурном наследии, духовном мировосприятии и переплетенных в одно целое нравственно-религиозных традициях. Вопрос и в схожем, исходя из религиозных традиций, понимании и философском осмыслении справедливости в нашей жизни.
Muxalifet2 - 20-05-2021
Bakıda polis əməkdaşı qadını öldürdü və intihara cəhd etdi - RƏSMİ AÇIQLAMA
Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı, 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Muxalifet2 - 20-05-2021
İRAN GENERALLARI İRƏVANA GƏLİB... - Ermənistana hərbi yardım təklif ediblər? / VİDEO
İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlib. Modern.az xəbər verir ki, Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır.
Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır.
“Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”,-deyə məlumatda qeyd olunur.
Muxalifet2 - 20-05-2021