Axtarış

The search found 105739 results in 0.034 seconds.

Search results

  1. Prezident Qarabağa qayıdışın başlayacağı vaxtı açıqladı

    “Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib”.

    Muxalifet2 - 14-04-2021

  2. LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI - "Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar"

    Rusiya xarici işlər naziri Sergey Lavrov yenidən erməni xislətini ortaya qoyub. Bu dəfə Lavrov Türkiyəni hədəfə alıb. Ermənipərəst nazir mətbuat konfransında Ankaranın Kiyevə dronlar satması ilə bağlı məlumatı şərh edərkən deyib ki, Rusiya Türkiyə və digər ölkələri Ukraynada militarist ab-havanı qızışdırmaqdan çəkinməyə çağırır.

    Muxalifet2 - 14-04-2021

  3. "“ALBERT RIJİY” MƏNİ SÖYDÜ, ONA GÖRƏ ÖLDÜRDÜM...” - Kriminal avtoritet Əli Heydərovun qatili danışdı / YENİLƏNİB, VİDEO

    “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu aprelin 12-də Moskvada “Skorpion” tapança-pulemyotu ilə güllələyən Mətləb Sultanov (əvvəlcə onun Taleh Orucov ad-soyadlı sənəd daşdığı məlum olmuşdu, tutulandan sonra əsl kimliyi müəyyən olunub,-red.) əvvəllər öz bacısını qətlə yetirdiyi üçün mühakimə olunub. “Rossia-1” telekanalı xəbər verir ki, bu cinayət 2008-ci ildə baş verib-Mətləb ata evində 33 yaşlı bacısı Pərvanə Hüseynəliyevlə dalaşıb. Bundan sonra o, bacısını öldürüb və onun ərinin qulağını kəsib.

    Muxalifet2 - 14-04-2021

  4. "ABŞ, Rusiya və Fransa Ermənistanı Dağlıq Qarabağ statusundan imtina etməyə çağırdı" - PAŞİNYAN AÇIQLADI

    “2016-cı il aprel müharibəsindən bir müddət əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi iddiasından imtina edilməsini tələb ediblər”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

    Hökumət başçısı danışıqlar prosesinin mərhələlərini sadalayaraq bildirib ki, Azərbaycan Qarabağın statusu ilə bağlı mövqeyini tədricən sərtləşdirib. Üstəlik, 2014-2015-ci ildən başlayaraq rəsmi Bakının bu mövqeyi həmsədrlər tərəfindən dəstəklənirdi.

    Muxalifet2 - 14-04-2021

  5. “Ağdamda gördüklərimiz çox dəhşətlidir” - Ukrayna Baş nazirinin müavini

    “Sizin də bildiyiniz kimi, Azərbaycan və Ukraynanın qonşuları fərqli olsa da, taleləri oxşardır. Çox təəssüf ki, bu qonşuların fəaliyyəti nəticəsində sizin də, bizim də torpaqlarımızın bir hissəsi işğal olunub. Lakin hazırda biz azad olunmuş torpaqlarda dayanmışıq”.

    Bunu APA-nın yeli bürosuna açıqlamasında Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdama səfəri zamanı deyib.

    Muxalifet2 - 14-04-2021

  6. “ONLAR BİZİM DÜŞMƏNLƏRİMİZDİR, AMMA...” - Paşinyan atəşkəs qərarını necə verdiyini də açıqladı

    "Azərbaycan Dağlıq Qarabağın statusunu hər hansı formada müzakirə etməkdən qəti imtina etdi..."

    Ermənistan parlamentindəki son çıxışı zamanı Baş nazir Nikol Paşinyana verilən suallar arasında türkləri ermənilərə düşmən hesab edib-etmədiyi barədə sual da olub. Maraqlıdır ki, həmin sualı parlamentin Paşinyanın partiyasından olan vitse-spikeri Alen Simonyan verib.

    Muxalifet2 - 14-04-2021

  7. Türkiyəyə getmək istəyən 500 min rusiyalıya stop qoyulub - "Moskva Ankara ilə hesablaşmalı olacaq"

    Ötən həftə Ukryan prezidenti Vladmir Zelenskinin Türkiyəyə rəsmi səfəri, Ankarda onun yüksək səviyyədə qarşılanması və prezident Ərdoğanın Krım və Donbass problemi ilə bağlı Kiyevə birmənalı dəstək ifadə etməsi Kremldə qəzəb doğurub.

    Moskva dərhal təzyiqlərə əl atıb. Əvvəlcə Rusiyadan bu ölkəyə aviareyslər 45 günlük dayandırılıb, ardınca may ayında Türkiyəyə dincəlməyə gedəcək 500 min rusiyalının çıxışına stop qoyulub. Yerli medianın yazdığına görə, ümumi dəyəri 423 mln. dollar olan turist paketləri ləğv olunub.

    Muxalifet2 - 14-04-2021

  8. ​AZƏRBAYCANDA DAHA 31 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində daha 2293 nəfər COVID-19-a yoluxub

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.
     
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
     
    İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.
     

    Muxalifet2 - 14-04-2021

  9. “ABŞ UKRAYNANI KRIMA HÜCUMA HAZIRLAYIR” – Patruşev böyük müharibənin anonsunu verdi

    "Krıma qarşı terror hücumları təhlükəsi davam edir. Əsas səbəblər ABŞ, NATO, bir sıra Avropa ölkələri və Ukraynanın anti-Rusiya fəaliyyətidir. Rusiya və digər ölkələrdə terror hücumlarına hazırlaşa biləcək təxribat və kəşfiyyat bölmələri üçün təlim mərkəzləri Qərbin dəstəyi ilə Ukraynada yerləşdirilib".

    "AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev yerli mətbuata açıqlamasında deyib. 

    Muxalifet2 - 14-04-2021

  10. "1 MİLYONLUQ MƏSCİDİMİ ALDILAR" - Qubada qadınla videosu yayılan axunddan ŞOK AÇIQLAMALAR

    Qubanın keçmiş axundu adı keçən qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama verib. Onun açıqlaması ilə baş verənlərin yeni və maraqlı təfərrüatları üzə çıxıb.

    Əvvəlcə axundun adının məhkəmə işində keçməsi haqda xatırlatma edək...

    2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi olmuş Elnur Əfəndiyevlə görüntüləri yayılmış Z.Q (ad və soy ad şərtidir) hakim önünə çıxarılır. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu və şantajla külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

    Muxalifet2 - 14-04-2021

  11. Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatdı

    Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb.

    Onu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

    Muxalifet2 - 14-04-2021

  12. AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Naxçıvana və əks-istiqamətdə həyata keçirilən reyslərin sayını 4-dən 3-ə endirib.

    Bu barədə AZAL-dan məlumat verilib.

    Məlumata görə, aviareyslərin sayının azaldılması tələbatın az olması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. Belə ki, bu ayın sonuna qədər saat 16:20-də yerinə yetirilən uçuş olmayacaq. Aviarayeslər gündə 3 dəfə - saat 8:00, 13:40 və 19:20-də həyata keçiriləcək. Mayın 1-dən isə uçuşların gündə 4 dəfə həyata keçirilməsi nəzərdə tutulur.

    Muxalifet2 - 14-04-2021

  13. “HAMINIZ MİNDİYİNİZ GƏMİDƏ BOĞULACAQSINIZ” – Partiya başqanından “paralel dövlət”çilərə sərt xəbərdarlıq

    “Cənablar, artıq gecdir, sizin kimliyiniz bəllidir. Dövleti-Ali sizi bağışlaya bilməz. Hamınız mindiyiniz gəmidə boğulacaqsınız”.
    Muxalifet.az
    xəbər verir ki, bunu Turan Partiyasının başqanı Cahandar Bayoğlu "paralel dövlət”çilərə sərt mesajında bildirb. O, daha sonra qeyd edir:

    Muxalifet2 - 14-04-2021

  14. Azərbaycanda iki ayda 2 417 boşanma qeydə alınıb

    Bu ilin yanvar-fevral aylarında qeydə alınan boşanma və nikah hallarının sayı açıqlanıb.

    Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halı qeydə alınıb.

    Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

    Muxalifet2 - 14-04-2021

  15. Zelenski erməni əsilli iş adamının vətəndaşlığını ləğv etdi

    Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin vətəndaşlığının ləğv edilməsi barədə fərman imzalayıb.

    Yerli KİV-lər xəbər verir ki, Ukrayna vətəndaşlığı ləğv edilənlərdən biri də erməni əsilli Araik Amirxanyandır.

    Qeyd edilir ki, Araik Amirxanyan tanınmış erməni əsilli iş adamıdır. O, korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

    Muxalifet4 - 15-04-2021

  16. BAKIDA DAHA İKİ MÜƏLLİM KORONAVİRUSDAN ÖLDÜ- FOTO

    Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin iki müəllimi koronavirusdan vəfat edib. Modern.az xəbər verir ki, xeyli müddətdir xəstəxanada müalicə alan məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva aprelin 10-da dünyasını dəyişib. Digər bir müəllim, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə ötən gün vəfat edib.

    Lalə Kərimova xəstəxanadan yayılan son videogörüntüsündə “uşaqları qoruyun” kəlməsini işlədib.

    Sosial şəbəkələrdə yayılan xəbərləri Bakı Şəhər Təhsil İdarəsi də təsdiqləyib.

    Muxalifet4 - 15-04-2021

  17. “İlham Əliyev dedi ki, mən Ermənistanı da dirçəltməyə hazıram..." - LUKAŞENKODAN SENSASİON AÇIQLAMA

    Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb. Bildirib ki, vaxtilə İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif etmişdi.

    Muxalifet4 - 15-04-2021

  18. MÜHARİBƏNİN DƏ DƏYİŞƏ BİLMƏDİYİ “RUSBAŞLAR”... - Şəhid atasının, qazinin ödədiyi vergi ilə rus məktəbləri saxlanmalıdırmı?

    Bir neçə gün əvvəl İrəvan metropolitenindən rus dilində lövhələrin yığışdırılması haqda məlumat yayıldı və hətta bu barədə Rusiyanın Ermənistandakı səfirinə sual da verildi. Səfirsə “məsələni öyrənmək üçün vaxt lazım olduğunu” deyərək, sualdan yayındı. İrəvanda rus dilinin getdikcə tamamilə sıxışdırılması fonunda istər-istəməz Rusiyadan Ermənistan qədər asılı olmayan Azərbaycanda bu dilə münasibət məsələsi barədə düşünməli oluruq...

    Muxalifet4 - 15-04-2021

  19. “Biz, tərəflərə problemin dinc yolla həllini təklif edirik” - Mövlud Çavuşoğlu

    Rusiya və Ukrayna arasındakı münaqişədə Türkiyə neytrallıq nümayiş etdirir, amma bu böhranın həlli üçün diplomatik səylər göstərməyə hazırdır. Bu barədə aprelin 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib («Daily Sabah»).

    Muxalifet2 - 15-04-2021

  20. AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 36 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 2317 nəfər virusa yoluxub

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 36 nəfər “COVID-19”dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

    Muxalifet2 - 15-04-2021

Pages