Axtarış
The search found 105739 results in 0.032 seconds.
Search results
Dilqəmlə Şahbazın səhhəti pisləşib
Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra altı il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.
Modern.az-ın əməkdaşı onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.
Muxalifet2 - 6-04-2021
Rusiyanın aparıcı hərbi ekspertlərindən etiraf: “Bəli, bu, bizim “İskəndər M” idi”
“İskəndər” raketləri ətrafındakı qalmaqal getdikcə böyüyür. Bir neçə günlük susqunluq və inkar cəhdlərindən, habelə “vurulan “İskəndər”lərin qalıqlarının Suriyadan gətirilməsi” kimi sui-qəsd nəzəriyyələrinin informasiya məkanına sızdırılmasından sonra, Rusiya tərəfi azərbaycanlı minaaxtaranların aşkar etdikləri raket qalıqlarının məhz adıçəkilən operativ taktiki komplekslərə məxsus olduğunu etiraf etməyə başlayıb.
Muxalifet2 - 7-04-2021
“MTN GENERALLARININ HƏBSİ CASUS ŞƏBƏKƏSİNİN İFŞASINA YOL AÇACAQ...” - Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK açıqlamalar
Ərəstun Oruclu: “Düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək, müvafiq dövlət orqanlarını hədəfə alacaqlar"
İlham İsmayıl: "Keçmiş MTN İstintaq baş idarəsi rəisinin və Hərbi əks-kəşfiyyat idarəsi rəisinin həbsi istintaq üçün açar fiqurlar ola bilər"
Muxalifet2 - 7-04-2021
ÖTƏN İL ÖLKƏDƏN 1,1 MİLYARD ÇIXARILB - Oliqarxlar milyonları hansı ölkələrə daşıyır?
Ölkə iqtisadiyyatının ağır böhran yaşadığı 2020-ci ildə Azərbaycandan xaricə 1,1 milyard manat ekvivalentində qanunsuz vəsait çıxarılması baş verib.
Muxalifet2 - 7-04-2021
"HACIBALA ABUTALIBOV MƏNƏ HƏMİN SƏNƏDİ TƏQDİM ETDİ..." - Rasim Quliyevin işi
Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.
Həmin bəyanatda adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamlara cavab verib.
Muxalifet2 - 7-04-2021
“DAİMA KRIM TATAR TÜRKLƏRİNİN YANINDAYIQ” - Akar Ukrayna ilə Rusiya arasındakı gərginlik haqda
“Ukrayna və Rusiya arasında problemlərin dialoq yolu ilə dinc şəkildə həll olunmasına tərəfdarıq”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Muxalifet2 - 7-04-2021
12 İLDİR DAVAM EDƏN MƏZHƏKƏ... - Ombudsman, icra məmurları Konstitusiyanı “JEK”dən aşağıda tutur
“Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi icra hakimiyyəti orqanlarını qeyri-yaşayış otaqları ayırmaq və xammalla təchiz etməklə əlillərin sahibkarlıq fəaliyyətini və məşğulluğunu təmin etməyə görəvləndirib.
Muxalifet2 - 7-04-2021
“NATO UKRAYNAYA KÖMƏK GÖSTƏRSƏ, ALOV BÜTÜN QARA DƏNIZI BÜRÜYƏCƏK” – “Putinə görə, “Ukrayna” deyilən bir yer, “ukraynalılar” deyilən xalq yoxdur…”
“2008-ci ildə Tbilisidə etdikləri kimi Kiyevin arxasından çəkilib, Ukraynanı ortalıqda qoya bilərlər”
“Krımsız Rusiya Qara dənizdə ancaq balıq ovlaya bilər”
Muxalifet2 - 7-04-2021
Azərbaycan ordusunun məzuniyyətdə olan əsgəri yanaraq vəfat edib - FOTO
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 7-04-2021
“Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün...” - VAŞİNQTONDAKI NÜFUZLU BEYİN MƏRKƏZİNİN ANALİTİKİ
Vaşinqtonda demokratlara yaxınlığı ilə bilinən “Atlantic Council” nüfuzlu analitik mərkəzinin xarici siyasət araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Stefan Blank Bayden administrasiyasını Ukraynaya 100 ədəd F-15 ağır qırıcı-bombardmançı təyyarəsi satmağı təklif edib.
Bu təklif Donbassda yeni müharibə və Rusiya ilə Ukrayna arasında Qərbin də cəlb oluna biləcəyi irimiqyaslı toqquşma riskinin artmaqda olduğu bir vaxtda səslənir.
Muxalifet2 - 7-04-2021
AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 37 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 2595 nəfər virusa yoluxub
Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.
Muxalifet2 - 7-04-2021
Əhməd Əhmədzadə Yekəxana gölünü xilas etməyə niyə imkan vermirdi... - BELƏ İŞLƏYƏNDƏ ƏLBƏTDƏ, RAHAT YATMAQ OLMAZDI
Bu günlərdə Prezident İlham Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri, düz 27 ildir bu vəzifəni tutan Əhməd Əhmədzadəni işdən azad etdi. Və onun yerinə indiyədək özəl sektorda işləmiş gənc menecer Zaur Mikayılov təyin olundu.
Muxalifet4 - 8-04-2021
"MOSKVA İLƏ İRƏVAN ARASINDA QARANLIQ ƏMƏKDAŞLIQ VAR" - "Söhbət silah bazarını titrədəcək məsələdən gedir...”
Hərbi ekspert:"Azərbaycan Rusiyadan ağlabatan izahat gözləyir"
"Ermənistana nüvə başlığı daşıya biləcək raketlər kimin vasitəsilə, nə vaxt və hansı şəraitdə verilib?
"Nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi, onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının, alayının və ya divizionunun silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir".
Muxalifet4 - 8-04-2021
MƏMMƏDYAROVUN "QARA KASSASI" DA ERMƏNİ ƏSİLLİ ÇIXDI! - O, diplomatik sistemdən qovulsa da, əri hələ də idarə rəisidir... / VİDEO
XİN-dəki korrupsiya piramidasının əsas fiquru-Lamiyyə Canəhmədova niyə həbsdən buraxılıb?
2020-ci ilin yayı Azərbaycan üçün çox mühüm siyasi əhəmiyyətli hadisələrlə tarixə düşdü. Ermənistanın Tovuz istiqamətində hücum cəhdlərindən cəmi bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) sensasion həbslər həyata keçirdi.
Muxalifet4 - 8-04-2021
Ölkədən bir ildə 1.1 milyardı kimlər və niyə çıxarıb... - MƏRKƏZİ BANKDAN AÇIQLAMA
Mərkəzi Bank kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirmək üçün xüsusi bəyanatla çıxış edib.
Muxalifet4 - 8-04-2021
“DEYİRLƏR ƏLİYEV BACARDI, SƏN DƏ BACARARSAN...” - Rusiya Xəzər donanmasını da Ukrayna sahillərinə göndərir
Rusiyanın Xəzər donanmasının desant və artilleriya katerləri Qara dənizə göndərilir. Bu haqda Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti bildirir. Məlumata əsasən Xəzərdən hərbi gəmilərin Qara dənizə aparılması “iki donanma arasında qarşılıqlı əlaqə” üzrə təlimlər çərçivəsində həyata keçirilir.
Muxalifet4 - 8-04-2021
"Türkiyə PUA-larının qarşısını almaqda acizik" - Almaniyanın müdafiə naziri
"Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdır".
“TRT Haber” xəbər verir ki, bu, Almaniyanın tanınmış “Frankfurt Allgemeine Zeitung” (FAZ) qəzetindəki məqalədə qeyd olunub.
Qəzetin yazdığına görə, bu qurğu Almaniya ordusunda şoka səbəb olub.
Muxalifet2 - 8-04-2021
"Rusiya Qarabağ münaqişəsinin qalmasına cəhd göstərir" - ABŞ RƏSMİSİ
“Ola bilsin ki, Rusiya Dağlıq Qarabağ ətrafında münaqişənin tənzimlənməsinə deyil, onun qalmasına cəhd göstərir”.
TASS xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarındakı çıxışında bildirib.
“Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda uzunmüddətli qalmaq cəhdindən narazılığının artacağını gözləyirəm”, - o deyib.
Muxalifet2 - 8-04-2021
"MƏNİM HƏBSİMİ İSTƏYƏNLƏR..." - Hacıbala Abutalıbov hələ də danışır
Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Demokrat.az bildirir ki, Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır: "Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".
Muxalifet2 - 8-04-2021
Əliyev və Putin Qarabağı müzakirə etdi - YENİLƏNİB
Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AZƏRTAC xəbər verir ki, elefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.
Muxalifet2 - 8-04-2021