“Biz, tərəflərə problemin dinc yolla həllini təklif edirik” - Mövlud Çavuşoğlu

Baxış sayı:
782

Rusiya və Ukrayna arasındakı münaqişədə Türkiyə neytrallıq nümayiş etdirir, amma bu böhranın həlli üçün diplomatik səylər göstərməyə hazırdır. Bu barədə aprelin 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib («Daily Sabah»).

«Donbassda problem mövcuddur, amma Minsk razılaşması da var. Biz, tərəflərə bu problemin dinc və diplomatik yolla həllini təklif edirik. Türkiyə istənilən ölkənin - Ukraynanın, Rusiyanın və bütün qalan ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Biz, həm Rusiya, həm də Ukrayna ilə münasibətlər qururuq. Bizim bir ölkə ilə münasibətimiz digər tərəflə münasibətə təsir göstərməməlidir. Rusiya və Ukrayna arasındakı böhranda biz, hansısa tərəfi dəstəkləmirik» - Mövlud Çavuşoğlu yerli NTV telekanalının efirindən bildirib.

Onun sözlərinə görə, Türkiyənin siyasəti «bütün problemlər üzrə, o cümlədən Krım üzrə» aydındır.

«Biz, hər iki tərəflə öz mülahizələrimizi səmimi və açıq şəkildə bölüşürük, bizm siyasətimiz konstrukivdir. Hazırda situasiya yumşalmağa doğru getməyə başlayıb ki, bu da bizi sevindirir. Türkiyə bu proosesə öz tövhəsini verməyə hazırdır» - nazir fikrini tamamlayıb.