Axtarış
The search found 105739 results in 0.106 seconds.
Search results
Hacı İbrahim Nehrəmlinin qardaşı həbs edildi - RƏSMİ
Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 17-04-2021
“Paşinyan Azərbaycanla yeni saziş imzalamağa hazırlaşır” - Keçmiş səfir
“Ermənistan Baş naziri Nikol Paşinyan və komandası indi Azərbaycanla Dostluq və Əməkdaşlıq Sazişinin hazırlanması ilə məşğuldur”.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.
O, Paşinyan tərəfindən hazırlanan sənədin sülh sazişi olacağını bildirib.
Minasyan hesab edir ki, bu sazişlə Ermənistana Azərbaycana təslim olması beynəlxalq hüquq mexanizmləri ilə rəsmiləşəcək
“Bu onun missiyasının son akkordudur””, - sabiq diplomat vurğulayıb.
Muxalifet2 - 17-04-2021
Lukaşenko prezidentlik dövrünün ən əsas qərarını açıqlayacaq
Belarus lideri Aleksandr Lukaşenko yaxın günlərdə dörddə bir əsrlik prezidentliyi dövrünün əsas qərarlarından birini qəbul edəcəyini deyib.
Bu barədə “Belta” agentliyi məlumat yayıb.
O bildirib ki, qərar rəsmiləşdirilmə mərhələsindədir və onu daha sonra açıqlayacaq: “Bu, dörddəbir əsrlik prezidentliyim dövrünün əsas qərarlarından biri olacaq. Bu, çox ciddi qərar olacaq”.
Dövlət başçısı hansı qərardan bəhs etdiyini açıqlamayıb, amma əlavə edib ki, böyük ehtimalla, bu, Prezident dekreti olacaq.
Muxalifet2 - 17-04-2021
GÖYÇAYDA ƏMƏLİYYAT KEÇİRİLİB... - Vəzifəli şəxslər saxlanılıb
Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var.
APA-nın xəbərinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.
Muxalifet2 - 17-04-2021
Putinin müşaviri ABŞ səfirini Vaşiqntona qayıtmağa çağırıb - Lavrov sanksiyalara qarşı cavab tədbirlərini açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 16-da deyib ki, Moskva Rusiyadakı 10 ABŞ diplomatından ölkəni tərk etmələrini tələb edib. Xatırladaq ki, bundan bir gün əvvəl ABŞ Rusiyanın 10 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi. ABŞ prezidenti Co Baydenin fərmanında deyilirdi ki, Moskva Amerika seçkisinə müdaxilə cəhdlərinə, kiberhücumlara və başqa ziyanlı hərəkətlərə görə cəzalandırılır.
Muxalifet2 - 17-04-2021
AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 30 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 2148 nəfər virusa yoluxub
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 148 yeni yoluxma faktı qeydə alınıb, 2 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 30nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib. 31 935 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 17-04-2021
Rusiya saxlanılan Ukrayna konsulunu ölkədən çıxarır - YENİLƏNİB
Rusiya Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Yerli KİV-lər xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.
Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir.
Xatırladaq ki, bu gün müvəqqəti işlər vəkili Pokotilo konsulun saxlanılması ilə bağlı Rusiya XİN-ə çağrılıb.
Muxalifet2 - 17-04-2021
“QOŞUNLARI UKRAYNA SƏRHƏDLƏRİNDƏN GERİ ÇƏK...” - Merkel, Makron və Zelenski Rusiyaya çağırış etdilər
Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Vladimir Zelenski üçtərəfli danışıqlar zamanı Rusiyaya qoşunlarının Ukrayna sərhədləri yaxınlığından geri çəkilməsi ilə bağlı çağırış ediblər.
“İnterfaks”ın məlumatına görə, liderlər arasındakı görüş Parisdə baş tutub.
Merkel görüşə videokonfrans vasitəsilə qatılıb.
Görüş zamanı Almaniya hökuməti və Fransa dövləti başçıları Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar.
Muxalifet2 - 17-04-2021
“ABŞ məni və uşaqlarımı öldürməyi planlaşdırırdı” - LUKAŞENKODAN SENSASİON İDDİA
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Belarusda “dövlət çevrilişi cəhdinin” qarşısının alındığını elan edib. Virtualaz.org xəbər verir ki, FTX Moskvada keçirdiyi əməliyyatla Belarus və ABŞ vətəndaşlığı daşıyan Yuri Zyankoviç və Aleksandr Feduta adlı iki nəfəri saxlayıb. Onlar mayın 9-da Minskdə Belarus prezidenti Aleksandr Lukaşenkonu aradan götürməyə hazırlaşırdılar.
Muxalifet2 - 17-04-2021
İranın Suriya, Livan və İraqdakı əməliyyatlarına rəhbərlik edən general qəflətən öldü - QASIM SÜLEYMANİNİN “SAĞ ƏLİ” İDİ...
İranın təhlükəsizlik aparatında çox mühüm fiqur hesab olunan yüksək rütbəli general qəfil ölüb.
Xarici KİV-lər xəbər verir ki, briqada generalı Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusu təyinatlı “Qüds” qüvvələrinin komandan müavini idi. Onun 65 yaşında “qəfil ürək tutmasından” öldüyü bildirilir, hər hansı digər təfərrüatlar açıqlanmır.
Muxalifet2 - 19-04-2021
Rusiya vətəndaşlarının Avropaya girişinə qadağa qoyulur... - TƏKLİF
Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə daxil olmasının qadağan edilməsini təklif edib.
TASS xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.
Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.
Muxalifet2 - 19-04-2021
AZƏRBAYCANA RAKET ZƏRBƏLƏRİNİ RUSİYANIN ENDİRDİYİ ETİRAF EDİLDİ! - VİDEO
Kremlin üfunət saçan ruporu həyasızcasına hər şeyi açıqladı
Kremlin əsas təbliğat alətlərindən olan telejurnalist Vladimir Solovyov son canlı efirində Ukrayna-Rusiya qarşıdurmasından danışarkən Qarabağ mövzusuna da toxunub. Azərbaycanın möhtəşəm qələbəsini və ermənilərin biabırçı məğlubiyyətini heç cür həzm edə bilməyən bu rəzil məxluq növbəti dəfə ölkəmizə qarşı nifrətini gizlətməməklə yanaşı, maraqlı bir etirafa da imza atıb.
Muxalifet2 - 19-04-2021
Azərbaycanda bələdiyyə sədri həbs edildi - RÜŞVƏT ALARKƏN YAXALANDI
İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Muxalifet2 - 19-04-2021
İsrail maska qadağasını ləğv etdi - Türkiyə və Hindistanda yoluxma və ölüm sayı artır
Amerika Birləşmiş Ştatlarda böyüklərin yarısına COVID-19 vaksininin azı bir dozası vurulub. Dünyanın digər yerlərində tüğyan edən virus dalğası gələnəcən ölkə əhalisini peyvəndləmə çalışır.
Artıq yaşı 18 və yuxarı olanlardan 130 milyonuna, yaxud böyüklərin 50.4 faizinə vaksinin azı bir dozası vurulub. İnformasiyanı aprelin 18-də Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi yayıb. Böyüklərdən 84 milyon nəfər, yaxud əhalinin üçdə biri isə tam peyvənd olunub.
Muxalifet2 - 19-04-2021
Sizə zəng edib bu məlumatları soruşsalar, cavab verməyin! - Əhaliyə XƏBƏRDARLIQ
Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.
Muxalifet2 - 19-04-2021
RAMİZ MEHDİYEVDƏN NÖVBƏTİ TƏYİNAT - Kürəkəninin qardaşına AMEA-da vəzifə verdi
Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib. Unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifə Fikrət Əliyevə həvalə edilib.
Qeyd edək ki, o, AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsində çalışıb. Həmçinin F.Əliyev Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır.
Muxalifet2 - 19-04-2021
RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Səfir göndərildi
Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
Muxalifet2 - 19-04-2021
Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi
Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur.
Muxalifet2 - 19-04-2021
ƏRDÖĞAN PUTİNİ NECƏ DAYANDIRDI? - "Türkiyənin uğurunun bir sirri var idi"
İspaniyanın “El Peridoico” qəzeti Türkiyənin bölgədə qazandığı nüfuzdan, Rusiyaya qarşı uğurlu həmlələrindən bəhs edən məqalə yayımlayıb.
Muxalifet2 - 20-04-2021
KORONAVİRUSA YOLUXMA VƏ ÖLÜM SAYI YENİDƏN ARTDI - Bu günün statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 20-04-2021