Axtarış
The search found 105739 results in 0.088 seconds.
Search results
Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də kəskin artdı - DAHA 31 NƏFƏR VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.
Muxalifet2 - 8-04-2021
Mübariz Mənsimovun əmlakını axtarmaq üçün detektivlər göndərilir - AYDA 4 MİN DOLLAR MAAŞLA...
Rusiyada müflis elan edilmiş “Palmali” MMC şirkətinin Türkiyə ərazisində əmlakını axtarmaq üçün detektivlər göndərilir. Virtualaz.org xəbər verir ki, bu haqda müflisləşmə haqda Rusiya vahid federal Reyestrinin saytında göstərilir.
Orada deyilir ki, detektivlərin xidməti “Palmali” MMC-nin hərracda satılan əmlakından daxil olan vəsaitlər hesabına ödəniləcək və hər bir hüquqi, yaxud fiziki şəxs bu xidmətə görə ayda 4 min dollardan çox olmayan haqq alacaq.
Muxalifet2 - 8-04-2021
Bakı Moskvaya "yox" dedi, erməni diversantlarını geri qaytarmadı! - FOTOLAR
Erməni hərbi əsirləri gətirməli olan təyyarə Bakıdan İrəvana boş gəlib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.
Bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan fastor.am-a açıqlamasında bir qrup “hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi.
Muxalifet2 - 9-04-2021
İtkin düşən erməni əsgərlərin valideynləri Ermənistan MN-in binasını mühasirədə saxlayır
Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərin valideynləri və yaxınları 11 saata yaxındır ki, Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alaraq əməkdaşların çıxışına imkan vermirlər.
APA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan MN-dən bir mənbə bildirib. Etirazçıları polis əməkdaşlarının da sakitləşdirə bilmədiyi vurğulanıb. Nazirliyin bütün giriş və çıxış qapıları tutulub.
Qeyd edilib ki, indiyə qədər etirazçılar tələblərinə nə Müdafiə Nazirliyindən, nə də polisdən rəsmi açıqlama ala bilməyiblər.
Muxalifet2 - 9-04-2021
Daha 9 erməni hərbçinin meyitinin qalıqları Ermənistana təhvil verildi
Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qulluqçulardan yeddisinin meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Daha iki meyitin qalıqlarını Azərbaycan tərəfi Talış kəndi istiqamətində aşkarlayaraq təhvil verib.
Muxalifet2 - 9-04-2021
Paşinyan Putinlə görüşdən sonra özünü necə aparacaq - Zəngəzur dəhlizinin açılması nə vaxta qaldı?
Ermənistanın baş nazirinin Moskva səfəri ilə bağlı ermənilərin gözləntiləri elə də yüksək deyil; proseslər Azərbaycanın maraqları çərçivəsində cərəyan edir; erməni ekspertlərsə Nikolu ələ salır...
Muxalifet2 - 9-04-2021
Bakı və Ankaranın ortaq “yol xəritəsi”: Qarabağda antiterror əməliyyatı an məsələsinə çevrilir
Azərbaycan Silahlı Qüvvələri Türkiyə-NATO tipində modernləşdirilir - Prezident anons vermişdi...; Rusiya nəşri: “Azərbaycan və Türkiyənin birgə təlimləri artıq hər ay keçirilir və müntəzəm xarakter alıb...”
Məğlub Ermənistan kapitulyasiyadan 5 ay ötməsinə rəğmən, hələ də bölgədə haqq elədiyi yeri ilə barışmağa tələsmir. Əksinə, “ağzı” əməllicə yansa da, ara-sıra yenə də başından böyük iddialar səsləndirir. Bakı və Ankara ilə şərt dilində danışmağa, Rusiyanın köməyi ilə regionda özünə sərfəli geosiyasi gündəm formalaşdırmağa cəhdlər edir.
Muxalifet2 - 9-04-2021
Rüstəm Muradov Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırdı
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.
Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.Muxalifet2 - 9-04-2021
“ERMƏNİSTANA TÜRKİYƏ-AZƏRBAYCAN HEYƏTİ GƏLİB...” - Erməni mətbuatından ilginc iddia
Ermənilərin hərbi əsir adlandırdığı, əslində isə diversant hesab olunan şəxsləri İrəvana gətirməli olan təyyarənin Bakıdan boş qayıtması Ermənistanda böyük gərginliyə səbəb olub. Erməni mətbuatının yaydığı ilk məlumatlarda Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradovun təyyarədə tək olduğu bildirilirdi. Lakin sonradan Ermənistan mətbuatında Muradovun təyyarədə tək olmadığına dair məlumatlar yayılıb.
Muxalifet2 - 9-04-2021
PUTİNİN GİZLİ UKRAYNA PLANI... - "Kremlin tələblərini qəbul etmək Zelenski üçün "intihar" olar"
ABŞ Ukraynaya dəstək məqsədilə Qara dənizə hərbi gəmilər göndərməyi nəzərdən keçirir. Əslində 2014-cü ildən bəri ABŞ tez-tez Qara dənizə - Ukrayna və Gürcüstan limanlarına hərbi gəmi göndərir. İndi ABŞ-ın CNN telekanalının yaydığı xəbərdən belə anlaşılır ki, söhbət 1 ədəd gəmidən yox, gəmi qruplaşmasından gedir.
Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, ABŞ-ın qərarı Rusiyanın Ukrayna sərhədlərinə böyük sayda hərbi qüvvə cəmləşdirərək Kiyevi güc tətbiq etməklə hədələməsi ilə əlaqədardır.
Muxalifet2 - 9-04-2021
Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!
Təhsilini onlayn qaydada davam etdirən tələbə, şagird və müəllimlər “Nar”ın təqdim etdiyi sərfəli “TƏHSİL+” internet paketindən yararlana bilərlər. İnternet paketi “Microsoft Teams” və “Zoom” kimi platformaları bir paketdə birləşdirməklə istənilən məkanda onlayn təhsilə imkan yaradır. Abunəçilər heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən hər iki tətbiqdən istifadə edə bilərlər.
Muxalifet2 - 9-04-2021
AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 35 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 2206 nəfər virusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.
Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.
Muxalifet2 - 9-04-2021
SENSASİON AUDİOYAZI: Rusiya kəşfiyyatı kuratoru casusa tapşırıq verir: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür...”
Bolqarıstanın hərbi kəşfiyyat Xidmətinin Rusiyanın xeyrinə casusluqda ittiham olunan əməkdaşlarının işi üzrə sensasion audioyazı yayılıb. Audioyazıda Rusiya hərbi kəşfiyyatının (GRU) Bolqarıstandakı agent-rezidenti həmin casuslardan birinə tapşırıq verir: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür, indi aktualdır...”
Muxalifet2 - 9-04-2021
“Çörək tapmayan övladlarımın ağlaya-ağlaya gecələməsi məni param-parça edir” – QARABAĞ DÖYÜŞÇÜSÜNDƏN PREZİDENTƏ ÜRƏKSIZLADAN MÜRACİƏT
Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi 84, ev 14-də yaşayan könüllü Vətən müharibəsi iştirakçısı Paşazadə Elçin Yadigar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə başçısına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!Muxalifet2 - 9-04-2021
ABŞ UKRAYNAYA HANSI SİLAHLARI VERMƏLİDİR? – “Ən zəif yeri Hərbi Hava Qüvvələridir”
Beynəlxalq mətbuatda Rusiyanın iri miqyaslı hərbi gücünü Ukrayna sərhədləri yaxınlığında toplamasına geniş yer ayrılır. Bütün baş verənlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün heç də bitmədiyinin sübutudur. Döyüşlər 2014-2015-ci illərdə öz zirvə nöqtəsinə çatmışdı. İndi isə münaqişə yenidən qızışır və onun həlli hələ də yoxdur.
Muxalifet2 - 10-04-2021
“Əbədi maska rejimi”nin fəsadları - Astma və ekzema
Moskva həkimləri ölkənin keçmiş Baş sanitariya həkimi Gennadi Onişenkonun bu bəyanatını şərh ediblər ki, maska rejimi bizimlə həmişəlik qala və bu, hansı təhlükələrə səbəb ola bilər.
Moskva şəhər xəstəxanalarından birinin pulmanoloqunun sözlərinə görə, daim qoruyucu maska daşımaq ümumilikdə, zərərsizdir, ancaq bronxial astmaya meyllilik xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Mütəxəssis hesab edir ki, maska daşımağın təhlükəsiz olub-olmamasını müəyyən etmək üçün idealda hər bir nəfəri müayinə etmək vacibdir.
Muxalifet2 - 10-04-2021
Sarkisyanın kürəkəni Paşinyanı pəncərədən atacağına söz verdi
"Əgər növbədənkənar seçkilər (parlament seçkiləri -red) keçirməsə, mən Paşinyanı (Ermənistanın baş naziri Nikol Paşinyanı-red) pəncərədən atmaq məsuliyyətini üzərimə götürməyə hazıram".
Bu barədə “ Armnews” teleşirkətinə müsahibəsində Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bildirib.
Muxalifet2 - 10-04-2021
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Koronavirus pandemiyası özü ilə bir sıra problemlər gətirməklə birgə insanaları yeni reallıqlara uyğunlaşmağa da məcbur edib. Dünya ölkələri gələcəkdə şəxsiyyət vəsiqəsi ilə yanaşı vacib sənədlər arasında "COVİD-19 pasportları"nın olmasını da nəzərdən keçirirlər.
Muxalifet2 - 10-04-2021
Jirinovski Türkiyə ilə aviaəlaqələrin təcili dayandırılmasını təklif etdi - FOTO
Türkiyə ilə aviaəlaqələri təcili şəkildə dayandırmaq lazımdır. Ən azı orada yoluxma sayı azalana kimi...
Bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski özünün “Telegram” səhifəsində yazıb.
Millət vəkili bu addımı Türkiyədəki pandemik vəziyyətlə əsaslandırıb.
RLDP sədri bildirib ki, əgər bu barədə qərar qəbul edilməzsə, Türkiyədən geri qayıdan turistlər Rusiyada da yoluxma sayının artmasına səbəb olacaqlar./virtualaz.org
Muxalifet2 - 10-04-2021
Havada “Bayraktar” göründü, separatçılar qorxuya düşdü - TƏMAS XƏTTİ BOYU UÇUB...
Bu gün Ukraynanın şərqində, Donbass üzərində Ukrayna silahlı qüvvələrinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi görünüb.
Bu haqda Donbassdakı rusiyayönümlü separatçıların tərəfində vəziyyəti izləyən ANNA-News müxbiri bildirir. Məlumata görə, pilotsuz təyyarə təmas xətti boyu uçub, amma separatçıların nəzarətində olan ərazilərin hava sahəsinə daxil olmayıb. Bununla belə “Bayraktar”-ın təmas xətti boyu separatçıların mövqelərini və orada cəmləşdirilən qüvvələrin görüntülərini çəkdiyi təxmin edilir. Bu, Donbass üzərində uçuş keçirən ilk “Bayraktar” təyyarəsidir.
Muxalifet2 - 10-04-2021